Müəllim
Jump to navigation
Jump to search

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağac və müəllim öz barı ilə tanınır. Fars atalar sözləri
- Allah əvvəlcə elə-belə, praktika üçün yaramazları, sonra isə məktəb müəllimlərini yaratdı. Mark Tven
- Allahın iradəsini pərgarla ölçmək istəyən riyaziyyatçı, həmçinin Zəbur kitabının köməyi ilə astronomiyanı və ya kimyanı dərk etməyin mümkün olduğunu düşünən ilahiyyatçı müəllim axmaqdır. Mixail Lomonosov
- Amansız hökmdarı, savadsız müəllimi, qəzəbli arvadı və laqeyd qohumları təcili tərk etmək lazımdır. Çanakya
- Arvadın hörməti ərinə görə, oğlun izzəti atasına görə, şagirdin biliyi müəlliminə görə, ordunun gücü sərkərdəsinə görə müəyyən edilir. Kəlilə və Dimnə
- Ata-ana bədəni, müəllim ürəyi yaradır. Monqol atalar sözləri
- Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib. Aristotel
- Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalayiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagirdlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
- Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel
- Azərbaycan müəlliminin bir amalı olmalıdır. Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir ölkəyə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək. Heydər Əliyev
B[redaktə]
- Bədbəxtlik, şübhəsiz çox böyük bir müəllimdir, lakin bu müəllim; dərslərini bahalıya ödətdirər və faydası da puluna dəyməz. Jan Jak Russo
- Bildiyini tətbiq etməyən müəllim və ya tələbə məsləhət görülmüş dərmanı içməyən xəstəyə bənzəyir. Konfutsi
- Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir. Yan Komenski
- Bir ata yüz müəllimə əvəzdir. Corc Herbert
- Bir cəmiyyətin millət ola bilməsi üçün mütləq müəllimlərə ciddi ehtiyacı var: onlar cəmiyyəti həqiqi bir millət halına gətirirlər. Mustafa Kamal Atatürk
- Bir müəllim əbədiyyətə hökm edən insandır. Henri Bruks Adams
- Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq. Heydər Əliyev
- Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Heydər Əliyev
- Bu günün uşaqları zalımdır: valideynlərinə qarşı çıxır, yeməklərini yeyir və müəllimləri qarşısında zalım kimi davranırlar. Sokrat
- Bütün böyük müəllimləri bir otağa toplayın, və onlar hər şeydə bir-biri ilə razılaşacaqlar. Onların şagirdlərini bir yerə toplayın, və onlar hər şeydə bir-biri ilə mübahisə edəcəklər. Brüs Li
- Bütün işlər məhz məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir. Heydər Əliyev
Ç[redaktə]
- Çoxu elə öz yatağındaca ölüb. Heç kəs öz ömründən artığını yaşamayıb. Hətta savadlı adamlar, çox oxuyanlar – qaradərili həkimlər, müəllimlər, qəzetçilər, biznesmenlər – belə çox çətin bir məsələ qarşısında aciz qalıblar. Belələri ağılları ilə işləyib irəli getməklə yanaşı, bir də öz irqlərinin qayğısına qalmağa məcbur olublar və bəzən bu yerdə ağıl da aciz qalıb. Ağ adamlar elə güman edir ki, savadından asılı olmayaraq bütün qaradərililərin içində dərin cəngəllik var. Onlar keçilməz çaylara hökm edir, budaqdan budağa tullanaraq meymun səsi çıxarır, zəhərli ilanlarla yatıb dururlar. Qaradərililərin qana bulaşmış dişləri isə ağ adamların qanına susayır. Onlar haradasa düz fikirləşirlər. Qaralar ağ adamları zəncilərin mülayim, xoşrəftar, ağıllı, eşqli adamlar olduğuna inandırmaq istədikcə, zəncilərin bir çox inaclarının daha saf duyğulara bağlı olduğunu sübut etməyə çalışdıqca, həmin cəngəlliklər daha sıx və keçilməz olur. Amma bir həqiqət var, axı bu cəngəllikləri qaralar öz əvvəlki vətənlərindən, başqa dünyadan götürüb gətirməyiblər. Xeyir, bu cəngəllilkləri onlar üçün ağlar yaradıb. Və beləcə yayılıb, dərinlşəib, qalınlaşıb o cəngəlliklər. Hətta onların ölümündən sonra da cəngəlliklər böyüyüb, yaşıllaşıb və bu, onlara həyat verən ağlara yetişənə qədər davam edib. Cəngəllik onların hər birini tanınmaz hala salana qədər dəyişib. Onlar qaniçən olublar, ağlasığmaz dərəcədə azğınlaşıblar – elə olmaq istəməsələr də, – və bir vaxtlar öz əlləri ilə saldıqları cəngəlliklərdən ölümünə qorxmağa başlayıblar. Sən demə budaqdan budağa tullanıb meymun səsi çıxaran canlı onların ürəyində, onların ağ və zərif dəisi altda yaşayırmış. Sən demə o qana bulaşmış dişlər də onların öz dişləriymiş… Toni Morrison
D[redaktə]
- Dərs deməyi sevən müəllimlər uşaqlara öyrənməyi öyrədirlər. Robert Con Meehan.
- Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Doğrudur, bu proses çox mürəkkəb prosesdir. Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir. Bilirəm, bu, asan məsələ deyil. Bu, bir çox amillərlə bağlıdır, ondan asılıdır... Ancaq indi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar... Heydər Əliyev/Təhsil
- Dövlətin müəllimə münasibəti dövlətin gücünü və ya zəifliyini sübut edən dövlət siyasətidir. Otto fon Bismark
- Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz. Sokrat
- Dünyadakı bütün peşələr insanlardandır. Və yalnız üçü Allahdandır - müəllim, hakim və həkim. Sokrat
- Düşmənin yaxşı keyfiyyətlərini qiymətləndirmək, müəllimin pis keyfiyyətlərinə dözmək lazımdır. Onlara müəllimə hörmət xatirinə deyilən sözün mənasını dərk etmək lazımdır. Çanakya
E[redaktə]
- Eşq, vəzifədən daha yaxşı bir müəllimdir. Albert Eynşteyn
- Eynilə sevilməyən bir müəllim kimidir qəlbim. Barmaq qaldıranların inadına, həmişə dərsdən anlamayanları seçdi. - Sunay Akın
Ə[redaktə]
- Əgər bir xalqı məhv etmək, onu adam toplusuna çevirmək istəyirsinizsə, müəllimini savadsız, həkimini isə kəmsavad eləyin. Biri onun başını, o biri canını zay eləsin. Firidun bəy Köçərli
- Əgər bir müəllim olsa bədəsil, Yetişdirə bilməz, bəxtiyar nəsil. Sədi Şirazi
- Əgər mərhəmət göstərməyə imkanınız varsa, hətta müəllimə də yol verməyin. Konfutsi
- Əgər müəllim ancaq işini sevirsə, o yaxşı müəllim olacaq. Əgər müəllim bir ata, bir ana kimi şagirdi sevirsə, o bütün kitabları oxuyan, lakin nə işini, nə də şagirdləri sevməyən müəllimdən yaxşı müəllim olacaq.Əgər müəllim işinə və şagirdlərə olan məhəbbətini özündə birləşdirirsə, o kamil müəllimdir. Lev Tolstoy
- Əgər müəllim dürüstdürsə, o, həmişə diqqətli bir şagird olmalıdır. Maksim Qorki
- Əgər müəllim olmasa heç birimiz cəmiyyətdə tutduğumuz yeri tuta bilməz və fəaliyyət göstərə bilmərik. ”Buna görə də“...hər bir müəllim bilməlidir ki, onun üzərinə düşən vəzifə, onun dövlət üçün, millət üçün, Azərbaycan xalqı üçün gördüyü iş bütün başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ən gərəklisidir, ən lazımlısıdır. Heydər Əliyev
- Əgər səmada uşaqların duaları eşidilsəydi, yer üzündə bir nəfər də olsun canlı müəllim olmazdı. Fars atalar sözləri.
- Əgər sən özünü bir işə məcbur edə bilmirsənsə və özünə tələbkarlıqla yanaşa bilmirsənsə, başının üstündə yüz müəllim də dursa əlindən bir şey gəlməyəcək. Vasili Suxomlinski
- Əgər tələbə müəlliminin simasında elmi rəqibini deyil, nümunəni görürsə, o heç vaxt müəllimindən uzağa gedə bilməyəcək. Vissarion Belinski
- Ən yaxşı müəllim təcrübədir. Alman atalar sözləri.
- Ən yüksək ad müəllimlikdir. Müəllimlik sənəti şərəfli bir sənətdir. Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Heydər Əliyev
F[redaktə]
- Fəlakət kimi müəllim az tapılar. Əbdülhaq Hamid Tərxan
H[redaktə]
- Heykəltəraş mərmər üçün hansı rolu oynayırsa, müəllim də uşağın həyatında həmin rolu oynayır. (Jozef Adddison)
- Həqiqi müəllim adını daşıyan insan həmişə, tarixin ən çətin dövrlərində dəyanətli, dözümlü olubdur və mənəviyyatını hər şeydən yüksək tutubdur. Heydər Əliyev.
- Həmişə şagird qalan insan, deməli, öz müəlliminə borcunu pis ödəyir. Fridrix Nitsşe
- Hər hansı bir sahədə ən yaxşı müəllim təcrübədir. İohann Lavater
- Hər kəsə aydındır ki, pul ilə ayaqqabı almaq olar, xoşbəxtlik yox, pul ilə qida almaq olar, iştah yox, pul ilə yataq almaq olar, yuxu yox, pul ilə dərman almaq olar, sağlamlıq yox, pul ilə xidmətçi tapmaq olar, dost yox, pul ilə əyləncə yaratmaq olar, sevinc yox, pul ilə müəllim tapmaq olar, ağıl yox. Sokrat
- Hər müəllim həqiqəti öz üsulu ilə açır və yoxa çıxır. Fəridəddin Əttar
- Hər müəllim, zamanı gəldiyində öyrətməyi buraxmasını öyrənməlidir. Bu çətin bir sənətdir. Bertolt Brext
- Həyat, çox zalım bir müəllimdir. Əvvəl imtahan edər, sonra dərsi verər. Andre Gid
- Həyatda ən çox güvəndiyim şəxs müəllimdir. Çünki onun silahı kitabdır və bu silahla istənilən düşməni çökdürmək mümkündür.[1] Ogüst Kont
- Həyatını müəllimliyə sərf edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insandır.Heydər Əliyev.
- Hökmdara, eləcə də müəllimə, ataya, böyük qardaşa və qohumlara xoş münasibət qızmar günəşdəki kölgəni xatırladır. Bu nadir hallarda olur. Çanakya
- Hökmdarın, eləcə də Allahın, müəllimin, münəccimin və həkimin hüzuruna əliboş getmək lazım deyil. Hədiyyələr vaxtında öz bəhrəsini verəcək. Çanakya
İ[redaktə]
- İnsan mənəviyyatında elə keyfiyyətlər vardır ki, insan bunlarsız həqiqi tərbiyəçi ola bilməz. Həmin keyfiyyətlər içərisində uşağın mənəvi aləminə nüfuz etməyi bacarmaq birinci yerdə durur. Yalnız özünün uşaq olduğunu heç vaxt unutmayan adam həqiqi müəllim ola bilər. Bir çox müəllimlərin bədbəxtliyi ondadır ki, onlar şagirdin hər şeydən əvvəl idrak, yaradıcılıq, insani qarşılıqlı münasibətlər aləminə qədəm qoyan canlı insan olduğunu unudurlar. Vasili Suxomlinski
- İnsanı kamilliyə çatdırmaq məqsədi güdən sənət dünya sənətlərinin ən şərəflisi olmalıdır. Nəsirəddin Tusi
- İnsanlar bir birinə qarşı xəbərçilik etməyə başladıqdan sonra, onların ürəklərində qanun yer alıb. Rüşvət vermək gizli işdir. Əgər insanlar rüşvət almaq və ya təklif etmək zamanı bir birinə qarşı xəbərçilik etməyə başlasalar, onda hər şey məhv olacaq. Buna görə qanun qarşısında keçilməz qorxu olmalıdır. İnsanlar rəhbərin qərarını yox, qanunu yerinə yetirməlidir. Bu prinsip ən ağır cəzaların köməyi ilə təyin olunub. Məsələn, taxt-tac varisi qanunlara əməl etmədiyinə görə, sarayda ən hörmətli adam olan onun müəlliminin burun və qulaqlarını kəsmişdir. Bundan sonra məmurlar və ölkənin əhalisi qanunları icra etməyə başlamışdır. Şan Yan
K[redaktə]
- Kahin- hökmdarın, ər-arvadın, müəllim isə şagirdlərin günahları qarşısında məsuliyyət daşıdıqları kimi, hökmdar da öz dövlətinin vətəndaşlarının günahları qarşısında məsuliyyət daşıyır. Çanakya
- Kim bir işdə xalqa rəhbər olmaq istəyirsə, başqasına tərbiyə verməyə başlamazdan əvvəl özünü tərbiyə etməlidir. Tərbiyə yalnız dil ilə öyüd verməkdən deyil, hərəkətləri ilə nümunə göstərməkdən də ibarət olmalıdır. Nəfsinə müəllim olub özünü tərbiyə edən şəxs insanlara müəllimlik edib onları tərbiyə edəndən daha çox tərifə layiqdir. Kim bir işdə xalqa rəhbər olmaq istəyirsə, başqasına tərbiyə verməyə başlamazdan əvvəl özünü tərbiyə etməlidir. Tərbiyə yalnız dil ilə öyüd verməkdən deyil, hərəkətləri ilə nümunə göstərməkdən də ibarət olmalıdır. Nəfsinə müəllim olub özünü tərbiyə edən şəxs insanlara müəllimlik edib onları tərbiyə edəndən daha çox tərifə layiqdir. Həzrəti Əli
- Kim ki, zamanın axınından öyrənməyib, o daha heç bir müəllimdən heç nə öyrənə bilməyəcək. Rudəki
- Kim mənim səhvlərimi düzgün göstərirsə, o mənim müəllimim, kim mənim düz hərəkətlərimə doğru qiymət verirsə, o mənim dostum, kim mənə yaltaqlanırsa, o düşmənimdir. Syun-Tszı
- Kimlərdən biz öyrəniriksə, düzgün olaraq bizim müəllimlərimiz adlandırılırlar, lakin hər öyrədən bu ada layiq deyil. Höte
- Kimsə deyib: “ Düz deyirlərmi ki, pisliyə yaxşlıqla cavab vermək lazımdır?” Müəllim dedi: “ O halda, yaxşılığın əvəzini nəylə vermək lazımdır? Pisliyin əvəzini ədalətlə, yaxşılığın əvəzini isə yaxşılıqla vermək lazımdır”. Konfutsi
- Kitab-lal müəllimdir. Platon
- Kitab yorulmayan müəllimdir. Marsel Prust
- Köhnə məlumatlardan bəhrələnərək yeni məlumatlar əldə etmək təlim-tərbiyənin təməlidir. Bu işi bacaran insan müəllim sayıla bilər. Konfutsi
- Köhnəyə müraciət edən yeni şeylər açmaq bacarığına malikdir, müəllim olmağa layiqdir. Konfutsi
Q[redaktə]
- Qələm - ən yaxşı müəllimdir, yazılmış nitq ən yaxşı düşünüləndir. Xahiş edirəm, ümumi sözlərlə danışma. Mark Tulli Siseron
- Quru ayaq üstə içsə, şagird qaça-qaça içər. (Quru - müəllim, ruhani mürəbbi). Teluqu atalar sözləri
M[redaktə]
- ...Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursaolsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir... Heydər Əliyev
- Məktəbdəki ən vacib fenomen, ən ibrətamiz mövzu, şagird üçün ən canlı nümunə müəllimin özüdür.[2].
- Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza dəyərli vətəndaşlar hazırlamaqdır. Heydər Əliyev
- Məktəblərini xalqın düşünən beyni, alimlərini görən gözü, müəllimlərini əbədi sərvəti, qadınlarını əxlaq abidələri, gənclərini şah damarı, şəhidlərini şəfaətçiləri, bayrağını ürəyi, vətənini anasının ləyaqəti kimi görən millət var olub yaşayacaqdır. Füyuzat jurnalı
- Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur, ancaq bundan da yüksək ad müəllimlikdir. Heydər Əliyev
- Mən bir çox şeyi müəllimlərimdən, bundan daha çox isə şagirdlərimdən öyrəndim. Konfutsi
- Mən dünyada müəllimlikdən yüksək ad tanımıram. Heydər Əliyev
- Mən müəllmimdən kimin ağıllı insan olduğunu soruşduqda o, “az danışıb çox eşidən” cavabını verdi. İsaak Barrou
- Milləti yalnız və yalnız müəllimləri xilas edə bilər. Bir cəmiyyətin millət ola bilməsi üçün mütləq müəllimlərə ehtiyacı var: onlar cəmiyyəti həqiqi bir millət halına gətirirlər. Mustafa Kamal Atatürk
- Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Heydər Əliyev.
- Müəllim bir şama bənzər: özünü əridərək başqalarına işıq verər. (Paulo Ruffini)
- Müəllim bir şama bənzər, özünü istehlak edərək başqalarına işıq verər. Mustafa Kamal Atatürk
- Müəllim, bir zəkanı tamamilə hazır məlumatlarla dolduran təlimçi deyil, tələbələr öz özlərinə fikirlərini inkişaf etdirmələri üçün onları cəlb edən bir insan olmalıdır. (A.Karrel)
- Müəllim dedi: “Deyəsən, mənim işim ümidsizdir. Mən səhvlərini bilib özü qarşısında günahını boynuna alan adama hələ rast gəlməmişəm”. Konfutsi
- Müəllim dedi: “Kobud qida yemək, bulaq suyu içmək, başını dirsəyinə söykəyib yatmaq - bunların hamısında bir sevinc vardır. Ədalətsiz əldə edilmiş var-dövlət və şöhrət isə mənim üçün üzən buludlardır!” Konfutsi
- Müəllim dedi: “Qarşımda yaxşılıq görəndə qabağa qaçıram ki, geridə qalmayım. Qarşımda pislik görəndə oradan sanki ayaqlarım qaynar suya düşmüş kimi qaçıram”. Konfutsi
- Müəllim dedi: “Mən başa düşə bilmirəm: necə ola bilər ki, etibar etmədiyin adamla iş görəsən? Oxu olmayan araba ilə necə hərəkət etmək olar?” Konfutsi
- Müəllim dedi: “Mən qadın gözəlliyini sevdikləri qədər fəziləti sevən adama rast gəlməmişəm”. Konfutsi
- Müəllim dedi: “Mən uydurmur, ancaq ötürürəm. Keçmişə inanır və onu sevirəm”. Konfutsi
- Müəllim dedi: “Müdrik insan sulara, mərhəmətli insan isə dağlara sevinir. Müdrik fəaldır, mərhəmətli sakitdir. Müdriklər həyata sevinir, mərhəmətlilər uzun ömür sürürlər”. Konfutsi
- Müəllim dedi: “Nəcib insan alət deyil”. Konfutsi
- Müəllim dedi: “On evdən ibarət istənilən kənddə fəzilətdə məndən üstün olan adam tapılar, amma oxumağa olan sevgimə bərabər adam tapılmaz”. Konfutsi
- Müəllim dedi: “Şagirdlərim! Elə zənn edirsiniz ki, sizdən nə isə gizlədirəm? Yox, sizdən heç nə gizlətmirəm. Mən yalnız sizə məlum olanları deyirəm”. Konfutsi
- Müəllim də səhv edə bilər. Sinhal atalar sözləri
- Müəllim durub yesə, şagirdləri gəzə-gəzə yeyərlər. İndoneziya atalar sözləri
- Müəllim həqiqəti heç zaman deməməli, hər bir şagirdin özü üçün tapmalı olduğu həqiqətə bələdçi, yolgöstərən olmalıdır. Yaxşı müəllim ancaq katalizatordur. Brüs Li
- Müəllim - hüzurunda əyləşənin könül zəmisini icarəyə alan, ona həqiqət toxumunu, haqq sevdasını, millət və vətən sevgisinin toxumlarını əkən şəxsdir. Füyuzat jurnalı
- Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir. Viktor Hüqo
- Müəllim nə qədər ki, oxuyur, öyrənir o, yaşayır, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür. Konstantin Uşinski
- Müəllim öz peşəsini məhəbbətlə sevən artist, sənətkar olmalıdır. Anton Çexov.
- Müəllim üçün öyrətmək asan olduqca, şagird üçün öyrənmək çətin olur. (Lev Tolstoy)
- Müəllim ümumiyyətlə şagirdlərdən daha çox şey öyrənər. Bu doğru deyilmi? (Duqlas Noel Adams)
- Müəllim yalnız dərs deyən, sadəcə bir-iki saat sinif otaqlarında şagird və tələbələrlə təmasda olan bir şəxs, adi tərbiyəçi deyil. O, zaman və gənclik arasında körpü yaradan, öz şəxsiyyəti ilə nümunə göstərən, sabahın qurucularını hazırlayan, millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan bir varlıqdır. Xudu Məmmədov
- Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini-uşaqların tərbiyəsini yalnız ona etibar edir. Heydər Əliyev
- Müəllim zahirən təvazökar görünməklə tarixin ən böyük işlərindən birini görür. Dövlətin özü isə bu işə söykənir və nəsillər onunla yaşayırlar. Konstantin Uşinski
- Müəllimdən işgəncə görməyən həyatda zülm çəkər. Sədi
- Müəllimə, Allaha və savadlı insana sədaqət hər kəsi zinətləndirər. Çanakya
- Müəllimi olmayan millət hələ millət adını daşımağa layiq deyil. Onore de Balzak
- Müəllimi üzə tərifləyərlər, dostu - arxada, işçini işdən sonra. Tai atalar sözləri
- Müəllimin bütün qüruru şagirdlərdə, əkdiyi toxumların böyüməsindədir. Dmitri Mendeleyev
- Müəllimin çubuğu güldəndir, kim ki, görməyib cahildir. Fars atalar sözləri
- Müəllimin davranış normalarının mahiyyəti ondan ibarətdir ki, o, nə həddindən artıq ciddilik nümayiş etdirməli, nə də son dərəcə mülayim və ya hər şeyə göz yuman olmamalıdır, çünki sərtlik şagirdi müəllimin əleyhinə qaldırır, etikasızlıq müəllimə hörmətsizliyə, tədris etdiyi fənnə və onun elminə laqeyd münasibətə gətirib çıxarır. Fərabi
- Müəllimin evi kitabxanadır, dövləti şagirdlərdir, sazı, nəğməsi şagirdlərin sədası, qazancı isə millətin məhəbbət və ehtiramıdır. Sultan Məcid Qənizadə
- Müəllimin vurduğu yerdə gül bitər. Türk atalar sözləri
- Müəllimlər tacirlər kimi qaçılmaz bəladır, mümkün qədər onlara olan zərurəti azaltmaq lazımdır. Fridrix Nitsşe
- Müəllimlərdən işgəncə görməyən həyatda zülm çəkər. Adolf Disterveq
- Müəllimlərə, xilasedicilər və gecə gözətçilərinə hörmət qoy... Cekson Braun
- Müəllimlərə münasibətdə hörmətsizlik etməyin. Ceyms Uotson
- Müəllimləri tənqid etmək olmaz. Çanakya
- Müəllimlik ağırdır, ancaq pak və müqəddəs xidmətdir. Seminariyada aldığınız elm və tərbiyəni elə yüksək və hündür məqamda saxlayın ki, nuru ətrafı da işıqlandıra bilsin. Firidun bəy Köçərli
- Müəllimlik dünyanın ən nəcib peşələrindən biri, bəlkə də birincisidir. Bağ bağbansız keçinə bilmədiyi kimi, bəşəriyyət də müəllimsiz keçinə bilməz.... Hünərli usta dəmirdən səbr ilə misri qılınc yona bildiyi kimi, yaxşı müəllim də kəctab millətdən xoşbəxt cəmiyyət hazırlayır. Sultan Məcid Qənizadə
- Müəllimlik hər şeydən əvvəl bir tanrı sənətidir. Platon
- Müəllimlik sənəti şərəfli bir sənətdir. Heydər Əliyev
- Müəllimliyin mahiyyəti öyrənməni cəlbedici etmək, bu fikrin başqa bir fikrə təsiri ilə qığılcım effekti yaratmaqdır. Marva Collins.
O[redaktə]
- Ovvay da eyibsiz deyil; ən yaxşı müəllim də nöqsansız olmur. (Ovvay - qədim tamil şairəsi, xeyirxahlıq nümunəsi sayılır. Tamil atalar sözləri
Ö[redaktə]
- Öz peşəsini, tədris etdiyi fənni sevməyən müəllim, cisimsiz kölgə, yağışsız bulud, işıqsız çıraqdır. Elmini, tədris etdiyi fənni sevən, daim çalışan müəllim öz kökü üzərində bitən, öz şirəsi ilə bəslənən və buna görə daim artan, yaşıllaşan, çiçəklənən, bəhrə verən ağacdır. Yaxşı müəllim şagirdlərin şüurunu başqa çaylardan axıdılan sularla deyil, məktəblinin şüurunda gizlənmiş idrak bulağını açıb, onun suyu ilə sulayır. Müəllim əməkdə və geyimdə sadəliyin, fəaliyyətində gümrahlıq və əməksevərliyin, davranışda təvazökarlıq və gözəl əxlaqın, nitqdə danışmaq və susmaq sənətinin nümunəsi, ictimai həyatda ağıllılığın örnəyi olmalıdır. Yan Komenski
- Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. Heydər Əliyev
P[redaktə]
- Pis müəllim şagirdlərə həqiqəti təqdim edir, yaxşı müəllim isə onu tapmağı öyrədir.[3]Adolf Disterveq
- Pis müəllimin pis də şagirdləri olar. Monqol atalar sözləri
R[redaktə]
- Respublikamızın çox güclü müəllim ordusu var. Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır. Heydər Əliyev
- Ruh bədəndən üstün olduğu kimi, müəllim də atadan üstündür. Çünki ata bədəni, müəllim isəə ruhu inkişaf etdirir. - Miqel de Servantes
S[redaktə]
- Saray müəlliminin elmin bütün sahələrindən məlumatı, inandırmaq bacarığı olmaqla bərabər, gözəl natiq, soyuqqanlı, daxilən və zahirən saf bir insan olmalıdır. Çanakya
- Sevmək müəllimin tək yoludur. Erix Fromm
- Söz və sehr mahiyyət etibarilə eynidir. Sözlərin sehrli gücləri vardır. Hətta bu gün də öz sehrli güclərinin çoxunu qoruyub saxlayırlar. Məsələn, çox böyük xoşbəxtliyə səbəb olduqları kimi, dərin qəm-qüssəyə də yol açırlar. Həmçinin biliyin müəllimdən tələbəyə ötürülməsini də sözlər həyata keçirir. Hətta bir natiqin öz dinləyicilərini təsiri altına salaraq onlara öz istədiyini etdirməsi də sözlərin qüdrətindəndir. Sözlər insanın ən coşqun hisslərini oyadan və hər cür fəaliyyəti həyata keçirən qüvvəyə malikdir. Bir sözlə, sözlərin insanlar üstündəki nüfuzu çox böyükdür. Daha doğrusu, sözlər adamlara təsir göstərməyin universal üsuludur.[4] Ziqmund Freyd
Ş[redaktə]
- Şagirdlər müəllimlərin səhvləri kimi heç bir şeyi möhkəm yadda saxlamırlar. Lev Tolstoy
- Şagirdlər öz müəllimlərinin həzm etdikləri ilə qidalanır. [5] Karl Kraus
- Şagirdlərin bilmələri lazım olduğundan daha çox şey bilməyən bir müəllimdən daha qorxunc heç bir şey ola bilməz. Yohann Volfqanq Göte
- Şəxsiyyəti valideyn, ruhu isə müəllim tərbiyə edir. Nikolay Qoqol
T[redaktə]
- Tarix ən pis şagirdləri olan ən yaxşı müəllimdir. İndira Qandi
- Təbiət bir müəllimdir. O, gözləri açır, zehni işıqlandırır və ürəyi təmizləyir. Alfred Nobel
- Təcrübə ən yaxşı müəllimdir, amma heyf ki, adamdan çox yüksək haqq tələb edir. Tomas Karleyl
- Tarix- keçmişin şahidi, həqiqətin işığı, canlı xatirə, həyat müəllimi, keçmişin xəbər gətirənidir. Mark Tulli Siseron
- Təcrübə ən yaxşı müəllimlərin öyrətdiklərindən də qiymətlidir. Marsel Sesiro
- Təcrübə tələbkar müəllim kimidir: əvvəlcə imtahana, sınağa çəkir, sonra öyrətməyə başlayır.[6] Uilyam Verner
- Təcrübədən daha güclü müəllim yoxdur, lakin öyrənmək istəyi olmadıqca, təcrübədən bir şey öyrənilməz. Corc Bernard Şou
- Tələbə müəlliminə bir nümunə kimi deyil, bir rəqib kimi baxmalıdır ki, öz müəllimini ötüb keçə bilsin. Vissarion Belinski.
- Tələbələrinə öyrənmə arzusu peyvənd edə bilməyən bir müəllim soyuq dəmiri döyən bir dəmirçi kimidir. Henrix Mann
- Tərbiyə ağılın müəllimi, düşüncə isə rəhbəridir.[7]. İohann Lavater
U[redaktə]
- Uğur bərbad bir müəllimdir. Ağıllı insanları heç məğlub olmayacaqlarına inandırır. Bil Geyts
- Uşaqları tərbiyə edən müəllimlər onları dünyaya gətirən valideynlərdən daha hörmətlidir. Valideynlər uşaqlarına həyat, müəllimlər isə xoş həyat bəxş edir. Aristotel
- Uzağı görə bilməyən insan düşmənini, dostunu, tənbəli, bacarıqsızı, qocanı, yaxud müəllimi seçə bilmirsə, o, məğlubiyyətə məhkumdur. Çanakya
V[redaktə]
- Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı. Makedoniyalı İsgəndər.
- Vaxt da müəllim kimidir: problemləri səbrlə, tədricən yoluna qoyur. Ezra Kornel
Y[redaktə]
- Yaxşı müəllim daha çox faktları çatdıran şəxs yox, varlığı ilə bizi fərqli insanlara çevirən şəxsdir. Ralf Uold Emerson.
- Yaxşı şagird müəllimi olmayanda bilinər. Portuqal atalar sözləri
- Yaxşı müəllimlik düzgün cavab verməkdən daha çox, düzgün suallar verməkdir. Jozef Albers.
- Yazıçı öz sinfinin gözü, qulağı və səsidir. O, bunu dərk etməyə bilər, ancaq o, həmişə və labüd olaraq sinfin orqanı, onun duyğu cihazıdır yazıçının yalnız bir müəllimi var - onun oxucuları. Maksim Qorki
- Yazıçının yalnız bir müəllimi var: oxucu. Nikolay Qoqol
- Yazıq o tələbəyə ki, müəllimini üstələyə bilməyib. Leonardo da Vinçi
- Yeni nəsil, ən böyük respublikaçılıq dərsini bu günki müəllimlər birliyindən və onların yetişdirəcəkləri müəllimlərdən alacaq. Mustafa Kamal Atatürk
- Yer üzündə müəllimdən daha bir şərəfli peşə tanımıram. Sinoplu Diogen
Z[redaktə]
- Zaman əla müəllimdir. Edmund Berk Bork
- Zaman ən yaxşı müəllimdir, amma bütün şagirdlərini öldürür. İngilis atalar sözləri [8]
- Zaman ən yaxşı müəllimdir, təəssüf ki, o öz şagirdlərini öldürür. Hektor Berlioz
- Zəmanə yaxşı müəllimdir. Ərəb atalar sözləri
İstinadlar[redaktə]
Xarici keçidlər[redaktə]
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 325
- ↑ Афоризми / Oсвітa і праця вчителя.
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014. səh.325
- ↑ [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014.səh.325
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.432.
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014