Səadət
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ariflər səadət, iqbal gətirər,Nadanı xeyri də zərər yetirər. Nuşirəvan Adil Xosrov
- Arvadı yaxşı olan səadət gəzməz, pis olan - ölüm. Lak atalar sözləri
- Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib. Aristotel
B[redaktə]
- Bekarçılıqda səadət yoxdur. Fyodor Dostoyevski
C[redaktə]
- Comərdlik səadət açarıdır. Nasir Xosrov
Ə[redaktə]
- Ədalət ancaq həqiqətdən, səadət isə ancaq ədalətdən doğur. Emil Zolya
- Ədalət ancaq həqiqətdən, səadət ancaq ədalətdən əmələ gələ bilər. Anatol Frans
- Əgər bəşəriyyətin səadətini təmin edəcək bir sarayın tikintisində məsum bir körpənin göz yaşı axacaqsa, həmin saray mütləq tar-mar olacaqdır. Fyodor Dostoyevski
- Əsl sevgi yuxudan ayılmaq kimidir, adam dincəlir. Bütün varlığında bir təravət, bir sağlamlıq hiss edir. Elə əsl səadət də budur. Nikolay Çernışevski
H[redaktə]
- Həqiqi səadət əməkdə və və yalnız əməkdədir. Yulius Fuçik
İ[redaktə]
- İctimai səadət - ən yüksək qanundur. Klod Adrian Helvetsi
Q[redaktə]
- Qürbətdə səadət olmaz. Udmurt atalar sözləri
N[redaktə]
- Nadanlığın dərmanı elmdir, Elm sahibi etimad edən olar, etimad edən də səadət yolunu bilər və o yolla gedər. Düzgün yolla gedən mütləq məqsədinə çatar.[1]İbn Sina
O[redaktə]
- Oturan adamdan səadət də uzaq olar. Fin atalar sözləri
Ö[redaktə]
- Özgənin səadətinə küsənən özü səadət görməz. Gürcü atalar sözləri
S[redaktə]
- Səadət dalınca qaçma, o, sənin özündədir. Pifaqor
- Səadət kamalla yetişir başa
Xalqa hörmət elə, ədəblə yaşa. Leyli və Məcnun (Nizami) - Səadət kordur. Alman atalar sözləri
- Səadət qapıdan girəndə səfalət bacadan qaçar. Türk atalar sözləri
- Səadət qapını açmasa bu gün,
Kəsmə ümidini ondan büsbütün. Nizami Gəncəvi - Səadət olmayanda ata evi də yad görünər. Əfqan atalar sözləri
- Səadət şüşə kimidir: asan sınar. Alman atalar sözləri
- Səadət torpağı tərk edəndə su enir yerin yeddi qatına. Qaraqalpaq atalar sözləri
- Səadəti tapmaq saxlamaqdan asandır. Alman atalar sözləri
- Səadəti yorğan - döşəkdə gəzməzlər. Udmurt atalar sözləri
- Səadətlə bədbəxtlik eyni cığırla gedirlər. Alman atalar sözləri
U[redaktə]
- Uşaqsız evdə səadət olmaz. Adıgey atalar sözləri
Z[redaktə]
- Zəhmət - səadətin atasıdır. Alman atalar sözləri
Mənbə[redaktə]
- Dünya xalqlarının atalar sözləri. Bakı,2015
İstinadlar[redaktə]
- ↑ Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014