Lak atalar sözləri
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Acgöz insanı ancaq torpaq doydurar.
- Ağıllı olub bədxah olmaqdansa, ağılsız olub xeyirxah olmaq yaxşıdır.
- Ana evin dirəyidir.
- Ana hara — qız da ora.
- Ancaq verən əl bilir, yeyən mədə yox.
- Arvadı yaxşı olan səadət gəzməz, pis olan — ölüm.
- At qovulmaz, eşşək gəlib ötməsə.
B
[redaktə]- Bacaran od qalasa, dənizin dibində də yanar, bacarmayan qalasa, quruda da yanmaz.
- Balaca balta böyük ağacı aşırar.
- Biçinə bir saat gecikən, bir ilə çata bilməz.
- Bihudə savaşan, minnətsiz barışar.
C
[redaktə]- Canının qorxusundan siçan da dişlər.
- Cəsarət təkcə atı deyil, özünü də idarə etmək bacarığıdır.
Ç
[redaktə]- Çaya atılan daş ayaq qoymağa lazım olar.
- Çayın dərin olub-olmadığını bilmək üçün daş atarlar.
- Çörək olmayanda, çörək dostları da olmur.
D
[redaktə]- Danışan dəli olanda, gərək qulaq asan ağıllı ola.
- Dilənçi doğulmaqdansa, heç doğulmasan yaxşıdır.
- Divarın qulağı var, tavanın — gözü.
- Dostun min də olsa azdır, düşmənin — bir də olsa çox.
- Dövlətli babasının da dəfninə xərc çəkə bilir, kasıb doğma atasına yox.
- Düz söz poladı kəsər.
E
[redaktə]- Evlənməmiş oğula, ərə getməmiş qıza etibar yoxdur.
G
[redaktə]- Gözəl — könül sevən olur, yoxsa könül sevən — gözəl olur?!.
X
[redaktə]- Xəncərlə ala bilmədiyini xoş sözlə alarsan.
- Xoş söz poladı kəsər.
İ
[redaktə]- İkiüzlü dostdan düşmən yaxşıdır.
- İlanı gərək əjdaha olmamış öldürəsən.
Q
[redaktə]- Qamçı ilə vurmazdan əvvəl ata bax.
- Qardaş var ki, qardaşının ölməyini də istəmir, artmağını da.
- Qocalmış qurd çəyirtkəylə dolanar.
- Qorxaqın itirdiyini qoçaq tapar.
- Qorxuda həya olmur, zorda — abır.
M
[redaktə]- Məhəbbətsiz ailə köksüz ağac kimidir.
- Məsləhət eləyən səhv eləməz.
Ö
[redaktə]- Özgə ovlayan quşu aslan yeməz.
- Özümünki saymasa, özgə heç saymaz.
- Özünə xeyir verən, özgəyə də xeyir verər.
P
[redaktə]- Pis gün dönüb yaxşı olar, pis adam yaxşı olmaz.
S
[redaktə]- Sakit pişik quyruğun böyüyünü sürükləyər.
- Sevgisiz ailə köksüz ağac kimidir.
- Sözün mənzili qısa olar.
- Sözün yaxşısı qısa olur, ipin yaxşısı — uzun.
T
[redaktə]- Tez nahar edənlə tez evlənən peşman olmaz.
U
[redaktə]- Ulaq toyda da su daşıyar.
Ü
[redaktə]- Ürəkdən ağlayanda korun da gözündən yaş gələr.
V
[redaktə]- Vətən doğma anadır, qürbət ögey ana.
Y
[redaktə]- Yarpaq tökülsə də ağac yaşayır.
- Yuxudan plov bişirmək olmaz: yağ və düyü lazımdır.
Mənbə
[redaktə]- Dünya xalqlarının atalar sözləri. Bakı, 2015