Əl

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ancaq məhəbbət – həmişə yenidir. Həyatın boyu məhəbbətlə neçə dəfə rastlaçacağının əhəmiyyəti yoxdur – bir, iki və ya üç. Hər dəfə biz məchulluq və sirlə qarşılaşırıq. Məhəbbət bizi göylərə qaldıra bilər, cəhənnəmə ata bilər, lakin heç vaxt əvvəlki yerimizdə qoymaz. Məhəbbətdən imtina etmək olmaz, zira o, yaşamımızın qidasıdır. Ondan imtina etsək, həyat ağacının bardan əyilmiş budaqlarına baxa-baxa və o bardan cürət etmədən aclıqdan ölərik, halbuki, budur onlar – sadəcə əlini uzatmalısan. Paulo Koelyo
  • Ancaq verən əl bilir, yeyən mədə yox. Lak atalar sözləri
  • Avropa xalqları ailəsini bəşəriyyətin sabit bir hissəsi əvəzinə təkmilləşən nə etdi? Onlarda, mövcud olduqda səbəb kimi deyil, nəticə olaraq mövcud olan heç bir üstün mükəmməllik yoxdur; lakin onların əlamətdar xarakter və mədəniyyət müxtəlifliyi. Fərdlər, siniflər, millətlər bir-birindən son dərəcə fərqli idilər: onlar hər biri dəyərli bir şeyə aparan çox müxtəlif yollar açdılar; və hər dövrdə müxtəlif yollarda səyahət edənlər bir-birlərinə qarşı dözümsüzlük göstərsələr də və qalanların hamısı öz yolu ilə getməyə məcbur edilsəydi, bunu əla bir şey hesab edərdilər, lakin onların bir-birinin inkişafına mane olmaq cəhdləri nadir hallarda baş verirdi. Hər hansı bir daimi uğur və hər biri digərlərinin təklif etdiyi yaxşılığı almaq üçün vaxt keçdikcə dözdü. Avropa mənim fikrimcə mütərəqqi və çoxşaxəli inkişafı üçün bu yolların çoxluğuna tamamilə borcludur. Lakin o, artıq bu faydanı xeyli az dərəcədə əldə etməyə başlayır. O, qətiyyətlə bütün insanları eyniləşdirmək kimi Çin idealına doğru irəliləyir. Con Stüart Mill

B[redaktə]

  • Başqaları üzərində güc siyasidir və başqaları üzərində güc sahibi olmaqla maraqlanan insanlar, dərin bir dəyərsizlik kompleksi olan insanlardır. Özlərini davamlı olaraq başqaları ilə müqayisə edir və özlərini dəyərsiz hiss edirlər. Dünyaya və özlərinə bunun belə olmadığını, üstün varlıq]lar olduqlarını sübut etmək istəyirlər. Bütün siyasətçilər, dəyərsizlik kompleksindən əziyyət çəkirlər. Bütün siyasətçilərin psixoloji müalicə almaqları gərəkdir. Bunlar xəstə insanlardır və bu xəstə insanların əlindən bütün dünya çox böyük iztirab içindədir. Üç min ildə beş min müharibə! Oşo
  • Bazar günü həftədə yalnız bir gün olur və bu barədə təəssüflənirəm. İnsan elə qurulub ki, o, iki bazar gününə də dözə bilər. Mən bunun necə asan olduğunu, bu imkanın əldən verilməsini tez-tez düşünürəm. Dünyanı altı gündə yox, üç gündə yaratmaq qüdrətli Yaradan üçün heç nə idi və buradan sizin üçün həftədə iki bazar günü alınardı. Amma mən kiməm ki, Yaradanın müdrikliyini tənqid edəm?.. Mark Tven
  • Bazarı görünməz bir əl əlaqələndirir. Adam Smit
  • Bədbinlik həmişə mənə sofizm, eyni zamanda axmaqlıq və əlavə olaraq pis maneranın axmaqlığı kimi görünürdü... Mən həmişə bədbinə demək istəyirəm: “Əgər dünya sənin ürəyincə deyilsə, o zaman öz narazılığınla lovğalanma, dünyadan əl çək və başqalarına mane olma”. Lev Tolstoy
  • Birincisi: Sənə fikir vermirlər, sonra sənə əl çalırlar, sonra səninlə savaşırlar, axırda isə sən qalib çıxırsan. Mahatma Qandi

D[redaktə]

  • Dil ilə bütün dünyanı da əkmək olar, əl ilə bir parça torpağın öhdəsindən gəlmək çətindir. Madaqaskar atalar sözləri
  • Düşmənlə üz-üzə gəlməyi arzu etməyin, elə ki, qarşılaşdınız, dayanın, əl saxlayın. Allah səbr edənlərdəndir. Məhəmməd peyğəmbər

E[redaktə]

  • Ehtiyaclar və çətinliklər zamanı hər məxluqun ümidi Allahdan başqa hər şeydən kəsiləndə və bütün səbəblərdən, vasitələrdən əli üzüləndə Ona tərəf üz çevirər.[1] Həsən əl-Əskəri
  • Eşqin həqiqi mahiyyəti ondan ibarətdir ki, özünü düşünməkdən əl çəkəsən, özünü başqa "mən"də tapasan. Georq Vilhelm Fridrix Hegel

Ə[redaktə]

  • Əgər oruc tutan öz dilini, qulağını, gözünü, əl-ayağını, bədən üzvlərini haramlardan saxlamırsa, orucunun nə faydası var?[2] Fatimə
  • Əl bilir, ağız haradadır. Abxaz atalar sözləri
  • Əl əli yuyar əldə üzü yuyar. Azərbaycan atalar sözləri/Ə
  • Əvvəllər buna oxşar hallar baş verdikdə ola bilər belə adam dözməyi lazım bilməyib istər söz, istərsə əl ilə cavabını vermiş olsun. Nəsirəddin Tusi

G[redaktə]

H[redaktə]

  • Həyatdan daha yaxşısı odur ki, onu əldən verən zaman öz həyatından bezəsən. Ölümdən daha pisi odur ki, ona məruz qalanda ölümü arzulayasan.[3] Həsən əl-Əskəri
  • Həyatdan qəfil hədiyyələr gözləməkdən əl çək, həyatını özün qur. Lev Tolstoy

İ[redaktə]

  • İmam Əskəri (ə): "Elə bir izzət sahibi olmaz ki, haqdan əl çəkdikdən sonra zəlil olmasın. Elə bir zəlil və aciz olmaz ki, haqqı tapdıqdan sonra əziz və qüdrətli olmasın."[4] Həsən əl-Əskəri
  • İnsanlar ya biliklidirlər, ya da bilik əldə etməyə çalışırlar. Kim ki, biliksizdir və bilik əldə etməyə çalışmır, belə adamlarından xeyir gözləmə. Məhəmməd peyğəmbər

P[redaktə]

S[redaktə]

  • Sağ əl boş olsa, sol əldən ona dost olmayacaq. Ləzgi atalar sözləri
  • Sıxılmış yumruqlarla əl sıxa bilməzsiniz. Mahatma Qandi
  • Sevginin həqiqi mahiyyəti ondan ibarətdir ki,özünü düşünməkdən əl çəkəsən,özünü başqa “mən”də tapasan,yenidən özünü tapasan və öz-özünə malik olasan. Georq Vilhelm Fridrix Hegel

Y[redaktə]

İstinadlar[redaktə]

  1. "Bismillahir-rəhmanir-rəhim"i təfsir edərkən. ət-Tovhid, səh.321 , hədis 5
  2. Dəaimul-İslam, c. 1, səh. 268
  3. Tuhəful-Uqul, səh. 489
  4. Biharul-Ənvar, c. 78, səh. 374, hədis 24