Nikolay Çernışevski
Jump to navigation
Jump to search
Nikolay Qavriloviç Çernışevski – Rus inqilabçı və mütəfəkkiri, yazıçı, iqtisadçı, filosof.
B[redaktə]
- Bilik məhəbbət oyadır, onunla nə qədər yaxından tanış olursansa, bir o qədər çox sevirsən.
- Böyük ideyalar və nəcib arzular mənbəyi olan sanballı kitablar, orijinal əsərlər oxumağa çalışın.
E[redaktə]
- Elmi ədəbiyyat insanları nadanlıqdan, bədii ədəbiyyat isə kobudluq və bayağılıqdan xilas edir.
Ə[redaktə]
- Əgər bizim uşaqlar əsil təhsil almaq istəyirlərsə, onlar mütaliə ilə təhsil almalıdırlar.
- Əsl sevgi yuxudan ayılmaq kimidir, adam dincəlir. Bütün varlığında bir təravət, bir sağlamlıq hiss edir. Elə əsl səadət də budur.
İ[redaktə]
- İdealımızı təzahür etdirən hər bir şey bizi heyran qoyur.
- İnsanı sevmək ona səadət arzu etmək deməkdir. Biz bunu bilirik. Azadlıq olmadan isə səadət yoxdur.
- İnsanın ləyaqəti onun vətənpərvərliyinin gücü ilə ölçülür.
- İradəli və ağıllı adam möhkəm əqidəyə malik olmaya bilməz. Yalnız küt və ya vicdansız adamlar əqidəsiz ola bilərlər.
Q[redaktə]
- Qılıncın öz daxili həqiqəti yoxdur.
M[redaktə]
- Məhəbbət əsəblərin daimi, qüvvətli və sağlam qıcıqlanmasıdır. Bu qıcıqlanma əsəb sistemini, əqli və əxlaqi qüvvələri inkişaf etdirir.
- Millətin ən mühüm kapitalı xalqın mənəvi keyfiyyətləridir.
O[redaktə]
- O yerdə ki, qadına bir insan kimi hörmət yoxdur, orada mən yoxam.
S[redaktə]
- Sevgi ona görə lazımdır ki, o, ucadır, onunla ucalırsan.
- Sevgidə o adam xoşbəxtdir ki, məhəbbətdən ağlı işıqlanır, qollarına qüvvət gəlir.
- Sevginin doğurduğu ləzzətlərin heç biri baxışlardan alınan zövq qədər incə deyildir.