Məzmuna keç

Nuşirəvan Adil Xosrov

Tehran məhkəməsinin binasında Xosrov Ənuşirəvanın təsviri, 1940

I Xosrov Ənuşirəvan - (501, Ərdistan, Sasanilər İmperiyası – 579, Ktesifon, Sasanilər İmperiyası) — 531–579-cu illərdə İranda hökmranlıq etmiş böyük Sasani padşahı. Tarixdə Nuşirəvan Adil kimi tanınmışdır.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adamların ən yaxşısı olmaq istəyirsənsə, heç şeyi xalqdan əsirgəmə.
  • Aldanmaq istəmirsənsə, görülməmiş işi görülmüş hesab etmə.
  • Alınıb-satılan qulu öz qarnının qulu olan adamdan daha azad hesab et!.
  • Ariflər səadət, iqbal gətirər,
    Nadanı xeyri də zərər yetirər.
  • Artıq dərəcədə kədərli olmaq istəmirsənsə, paxıl olma.
  • Bekarçılıq boş-boş fikirlər oyadır.
  • Bu dünya üçün çalışan təvazökar fasiq (fasiq-alçaq, rəzil, murdar adam) o dünya üçün çalışan mütəkəbbir abiddən (abid - İbadət edən) yaxşıdır.
  • Dalda ələ salınmaq istəmirsənsə, əlin altında işləyənlərlə mülayim dolan.
  • Dostunun az olmasını istəmirsənsə, paxıl olma.
  • Elmi olub, ağlı olmayan adama elmi əziyyət verər.
  • Əclaf adamın çörəyi ilə dolanmaqdansa, acından ölmək yaxşıdır.
  • Ədalətli ol ki, ədalət məhkəməsinə işin düşməsin.
  • Ən alçaq adam odur ki, birinin ehtiyacı ona düşə, imkanı ola, lakin kömək etməyə.
  • Ən aldadılmış adam ona deyərlər ki, nağdı nisyəyə dəyişə.
  • Ən nadan adam odur ki, birisi kiçiklikdən böyüklüyə çata, lakin ona yenə də kiçik kimi baxa.
  • Faydasız qulaq asan adamın başı başsağlığı verilən adamınkından daha çox ağrayar.
  • Haqq acı olsa da, onu dinləmək lazımdır.
  • Hədərə alma ki, hədərə də satasan.
  • Hər düşündüyünü etibarsız adama demə, lakin etibarlı adamdan da gizlətmə.
  • Həya-abırla yaşayıb dolanmaq istəyirsənsə, başqalarını rüsvay etmə.
  • Həyatdan dərs ala bilməyən adama heç kəs dərs verməməlidir, çünki əməyi hədərə gedər.
  • Həyatı arzu etdiyi kimi keçməyən adam nə üçün özünü diri hesab edir?
  • Xırdaçılıq edən və böyük ziyan verən olma.
  • İncidilmək istəmirsənsə, özünə rəva bilmədiyini başqasına da rəva görmə.
  • İnsanlar bir dəfə peşman olduqları işlərdən nə üçün bir də peşman olsunlar?
  • İstedadsız adamla dostluq etmə, istedadsız adam nə dostluğa yarayar, nə düşmənliyə.
  • İstəmirsən ki, sənə divanə desinlər, tapılmayan şeyi axtarma.
  • İstəyirsən camaatdan üstün olasan, duz-çörək verən ol.
  • İstəyirsən düşmən sənin sirrini bilməsin, onu dosta demə.
  • İstəyirsən xalq səni ağıllı hesab etsin, ağlı olmayan adama sirr vermə.
  • İstəyirsən xalq səni tərifləsin, sən də xalqı təriflə.
  • İstəyirsən ki, asudə yaşayasan, işlərini hadisələrin gedişinə uyğun qur.
  • İstəyirsən ki, dilin uzun olsun, əlini gödək et.
  • İstəyirsən ki, ədalətlilər sırasında adın çəkilsin, sənə tabe olanlan imkanın daxilində yaxşı saxla.
  • İstəyirsən ki, xalq arasında ən yaxşı və ən bəyənilmiş adam olasan, özünə məsləhət bilmədiyini başqalarına da məsləhət görmə.
  • İstəyirsən ki, sənin adını nəciblər sırasında çəksinlər, tamahkar olma və tamahkarlığı yaxına buraxma.
  • İstəyirsən ki, sirrinin üstü açılmasın, başqalarının sirrini açma.
  • İstəyirsən ki, ürəklərdə özünə yurd salıb seviləsən və xalq səndən nifrət etməsin, xalqın xeyrinə danış.
  • İstəyirsən ki, ürəyinə heç bir məlhəmlə sağalmayan yaralar vurulmasın, nadan adamla höcətə girişmə.
  • İstəyirsən qara camaat səni pisləməsin, onların işini təriflə.
  • İstəyirsən sənin dediyinə əməl etsinlər, özün dediyinə əməl et.
  • İstəyirsən sənin xalqa sərf etdiyin əmək hədər getməsin, xalqın sənə sərf etdiyi əməyi hədər etmə!.
  • İstəyirsən sənin qədrini bilsinlər, başqalarının qədrini bil.
  • İstəyrsənsə ki, dilin uzun olsun, əlini gödək et.
  • İstəirsən ki, ürəyinə heç bir məlhəmlə sağalmayan yaralar vurulmasın, nadan adamla höcətə girişmə.
  • Qorxusuz yaşamaq istəyirsənsə, başqalarına pislik etmə.
  • Ləyaqətsiz adamları diri hesab etmə.
  • Nadana hər şeyi qorumaq özünü öz nadanlığından qorumaqdan daha asandır.
  • Nə qədər ki, gecə-gündüz gəlib gedir, illərin dəyişməsinə təəccüb etməyin.
  • Nə üçün o adama dost deyəsən ki, o sənin düşmənlərinlə dostluq edir?.
  • Nə üçün o adamı düşmən saymayasan ki, o özünün igidliyini xalqı incitməkdə görür?.
  • Ondan daha betər rüsvayçılıq olmaz ki, biri bilmədiyi şeyin doğruluğunu iddia edə, sonra yalançı olduğu meydana çıxa.
  • Özündən aşağı adama möhtac olmaq böyük müsibətdir, suda boğulmaq alçaq adamdan kömək ummaqdan yaxşıdır.
  • Özünü alim sayan nadandan uzaq gəz.
  • Sənə pis deyəni onu sənə xəbər gətirəndən tez bağışla.
  • Sərvəti olmadan dövlətli olmaq istəyirsənsə, gözü tox ol.
  • Tay-tuşa möhtac olmaqdansa, ölmək yaxşıdır.
  • Uzun müddət peşman olmaq istəmirsənsə, nəfsə tabe olma.
  • Zirək olmaq istəyirsənsə, öz üzünü başqalarının aynasında gör.
  • Ziyan dəyənlər içərisində ən çox ziyan çəkən onu hesab et ki, ziyanını gözü ilə görmüş olsun.

İstinadlar

[redaktə]