Məzmuna keç

Nasir Xosrov

Nasir Xosrov - (1004 - 1088) - fars-tacik şairi, filosofu və din xadimi, XI əsr səyyahı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bədbəxtlərə xoşbəxtlik gətirməkdən böyük xoşbəxtlik ola bilməz.
  • Biliklə yaşarsan daim həyatda,
    Puçdur nadanlıqda keçən həyat da.
  • Bilmədiyiniz şeyi mühakimə etməyin - qayda sadədir: boş sözlər söyləməkdənsə, susmaq daha yaxşıdır.
  • Dostluq sözlə yox, əməllə sübut olunmalıdır.
  • Dostu düşməndən seçməyi bacar,
    Dost üçün canından keçməyi bacar.
  • Dostunuzu susuzluqla, aclıqla, ayrılıq və sevgi ilə sınaya bilərsiniz. Ancaq bunu bir dəfədən çox etməyin.
  • Dünyanı görmüş müdriklərə və uşaqlıqdan biliyə həris olan gənclərə hörmət edirəm.
  • Eşitdiyin sözlər, eşitdiyin xəbərlər gördüklərinlə müqayisə edilə bilməz.
  • Hər insandan sirdaş olmaz, hər səhəng də su saxlamaz.
  • Həya insan ruhunun əsasıdır. İnsanı insan olaraq mühafizə edən də budur.
  • Hikmətlə, biliklə, comərdliklə sən
    Hər iki dünyada şahsan, hakimsən!
  • İki halda insanın özünü idarə etməsi çətin olur: ehtirasa qapılan və ağılsız adamlarla danışan zaman.
  • İncidib "bağışla" söyləmə əbəs,
    Çətin bağışlayar incitdiyin kəs.[1]
  • İş səni yetirir vara, dövlətə,
    İşsiz qazancın da gedər asanca.
  • Natiq olmaq istəyirsinizsə, əvvəlcə dinləməyi öyrənin. Dinləməyi bilməyən, söz tapa bilərmi?
  • Nəyi bilmirsənsə, yiyələn ona,

Öyrənmək ar deyil insan oğluna.

  • Öyrən, çünki həyatın təlatümlərində yalnız bilik həmişə səninlə qalacaq.
  • Sələmçinin taleyi yazıqdır: qazancı ilə cəhənnəmə yol açır.
  • Unutma ki, dünya ancaq cahillər üçün dar qəfəsdir.
  • Uzun müddət düşünməyin, ümidlərinizdə diqqətli olun: taleyin çarxı məkrlidir, istənilən dönüş mümkündür.
  • Yalnız o dostlar gerçəkdir ki, sözdə deyil, əməldə bizimlə dərdlərimizi, müsibətlərimizi bölüşməyə hazırdırlar.
  • Yeməyə, yatmağa heyvan can atar,
    Bilikli insana, söylə, kim batar.

İstinadlar

[redaktə]
  1. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005. səh.127