Məzmuna keç

Leyli və Məcnun (Nizami)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bağışla atını, sən get piyada,
    Şillələr yesən də mərd ol dünyada.
  • Bir xərabə görsən qurmağa tələs,
    Məsləhət belədir, əməyin itməz.
  • Bülbüllər olsa da bağın zinəti,.
    Əncirlər olmuşdur qarğa qisməti.
  • Düşmən silahlansa qarşında əgər,
    Sən də qılınc vurub qüvvəni göstər,
    Lakin silah töksə qarşında düşmən,
    O miskin düşmənlə gəl vuruşma sən.
  • Gecəni gündüzü çox vermə bada,
    Yaxşı ad uğrunda çalış dünyada.
  • Gül kimi yumşaqlıq göstərmə, gerçək,
    Olma ikiüzlü, bənövşələr tək.
    Ömrü başa vurar şir ürəklilər,
    Öküz ürəklidə olmaz bir hünər.
  • İradəsiz olma, iradəsizlər
    Ayaqsız qurd kimi yerdə sürünər.
    Tülkü canavarı edirsə məğmun,
    Ondan iradəsi böyükdür bunun.
  • Qanı çörəyinə yavanlıq elə,
    Papağı dik saxla, baş getsə belə.
  • Quyuya salsan da yaxşılığı bil,
    Yenə qayıdacaq, o itən deyil.
  • Mərdə təmiz bir ad candan əfzəldir,
    Ləkəli qalmaqdan ölüm gözəldir.
  • Neçin alçaqlara boyun əyirsən?
    Oyuncaq olursan namərdlərə sən?
    Nə üçün boynuna min yük alırsan?
    Zalımın zülmündən razı qalırsan?
    Qəlbi yumşaqlığı bir dəfə unut,
    Çiynini dağ kimi ucaqılda tut!
    Sən də süsən kimi ipəkdən olsan,
    Səni saf torpaq da yaralar inan!
    Zəlillik ürəyə ağrılar salar,
    Zülmə dözənlərin sonu olar xar.
    Tikantək çiynində tut yarağını,
    O vaxt qucaqlarsan gül budağını.
    İnsanı sarsıdar göz yaşı, nalə,
    Ah çəkib, of deyən yetməz kəmalə!
  • Öz qəbiləsinə asi olan şəxs
    onunla bir yerdə yaşaya bilməz.
  • Səadət kamalla yetişir başa
    Xalqa hörmət elə, ədəblə yaşa.
  • Şir güclü olsa da tox bir canavar,
    Ondan qoçaq olar ovda çaqqallar.
  • Yaxşılıq etməsən əgər insana,
    Böyüklük şərəfi verilməz sana.
  • Yaşa ki, dünyaya işıq verəsən,
    Torpağa göz dikmə ilan kimi sən.

Mənbə

[redaktə]

S.Vəhdət, Az.EA nəşriyyatı, Bakı, 1966 il.