Kəlam
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Axund gərək əyri yola getməsin,
Haqqın kəlamına yalan qatmasın. Aşıq Ələsgər - Almağa salamı yox, dinləməyə kəlamı. Kumık atalar sözləri
- Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalayiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagirdlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
Ə
[redaktə]- Əvvəl təam, sonra kəlam. Oğuznamə
F
[redaktə]- Fəsahətli kəlam ondan ibarətdir ki, müxtəsər və aydın olsun. Mirzə Fətəli Axundov
G
[redaktə]- Gözünüzü açıb Qurana baxın. Allah kəlamı olan Quranın bütün ayələri ədəb öyrədir. Mövlana Cəlaləddin Rumi
K
[redaktə]- Kamil insan kəlamından bəlli olar. Azərbaycan atalar sözləri/K
- Kəlamlar haqqında kitablar yalnız ağılın sərbəst fəaliyyətini boğmur, əksinə, ona səbəb olur. Lev Tolstoy
Q
[redaktə]- Qədimdən insanlar arasında müdrik və gözəl kəlamlar mövcuddur və biz onlardan öyrənməliyik. Herodot
- Qiymətli incidir hikmətli kəlam,
Onun qiymətini nə bilir avam. Əmir Xosrov Dəhləvi
N
[redaktə]- Nə salam, nə kəlam. Azərbaycan atalar sözləri/N
S
[redaktə]- Seçkilərdən əvvəl dediyim və artıq məşhur olan "mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" kəlamı sadəcə şüar, yaxud da ki, təbliğat naminə deyilən söz deyildir. Bu, mənim əqidəmdir, həyat prinsipimdir və mənim tabeliyimdə işləyənlərdən, yerlərdəki nümayəndələrimdən də tələbim budur: bu prinsiplərlə yaşamaq, insanların qayğıları ilə yaşamaq. İlham Əliyev
Ş
[redaktə]- Şair ən zərif, ən lətif kəlam, ürəkdə qaynayan ilhamdır. Məhəmmədhüseyn Şəhriyar