Mirzə Fətəli Axundov

Vikisitat saytından
Jump to navigation Jump to search
Mirzə Fətəli Axundov

Mirzə Fətəli Axundov - Azərbaycan dramaturqu, maarifçisi və filosofu.

Ə[redaktə]

  • Ərəblər bizim minillik səltənətimizi yıxdılar, şan və şövkətimizi bərbad etdilər, vətənimizi elə xarabadan da xarab etdilər ki, bu günə qədər abad etmək mümkün olmayıbdır.[1]
  • Əsl yüksək əxlaqlı, xeyirxah adam yalnız o adam hesab edilə bilər ki, o, özünün bütün hərəkət və davranışlarını əsil vətənpərvərliklə uyğunlaşdırsın.[2]

D[redaktə]

  • Dünyada heç bir nemət həyatın əvəzi ola bilməz və onu hər cüzi şey üstündə və ədalət pərdəsi altında azad insanlardan almaq olmaz.
  • Dünyada insan üçün ən böyük ləzzət yaxşı ad qoyub getməkdir ki, belə bir adı da yaxşı əməllərin müqabilində əldə etmək olar.

F[redaktə]

  • Fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz.

İ[redaktə]

  • İnsan öz həmvətənləri ilə cəmiyyətdə müttəfiq yaşamalıdır.

M[redaktə]

  • Mənim xalqımı rəzil edən o bayquşları (mollaları) tabutum üstündə ulaşmağa qoymayın!

P[redaktə]

  • Pis və çirkin adətləri insanın qəlbindən tənqid, istehza və məsxərədən başqa heç bir şey qoparıb çıxara bilməz.
  • Politika - səltənəti və məmləkəti idarə etməklə bağlı olan, səltənətin və məmləkətin mənafeyini və səlahiyyətlərini nəzərə alan işlərdir, bir də bunlar barədə elmdir.

S[redaktə]

Sərxoşluq əxlaqi cəhətdən pozulmağın ən eybəcər əlamətidir.

İstinadlar[redaktə]

Vikimənbə Mirzə Fətəli Axundov ilə əlaqəli məlumatlar var.