Tərəqqi

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Biz öz xahişimiz ilə bir-birimizə qul olmuşuq: Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustaya və qeyri qul deyil? Və buna səbəb bizim ata, baba adətləridir. Nə qədər böylə olsa biz tərəqqi etməyəcəyik və edə bilmərik. Həsən bəy Zərdabi

F[redaktə]

H[redaktə]

  • Heç bir millət qılınc və tüfənglə qabağa getməyibdir. Ancaq elmin gücünə tərəqqi etmək mümkündür. Nəriman Nərimanov
  • Hər tərəqqi və qurtuluşun anası hürriyyətdir. Mustafa Kamal Atatürk

X[redaktə]

  • Xəyal bilikdən daha vacibdir. Bilik məhduddur, xəyal isə bütün dünyanı əhatə edir, təkamül yaradan tərəqqini stimullaşdırır. Albert Eynşteyn

İ[redaktə]

  • İnsan cəmiyyətlərinin tərəqqi etməsi hər şeydən əvvəl dil və ədəbiyyatın tərəqqisi ilə bağlıdır. Namiq Kamal
  • İnsan tərəqqi üçündür, bu gün dünyaya gəlib-gedən, sonradan yeni dünyaya gələnə gərəkdir bir yol göstərsin, tainki yeni dünyaya gələnlər bunları insan görüb daha ziyadə tərəqqi edələr. Nəriman Nərimanov

N[redaktə]

  • Narazılıq bir insanın və ya millətin tərəqqi yolunda ilk addımıdır. Oskar Uayld

O[redaktə]

  • Orta əsrlər olsaydı özümü tonqala atardılar. İndi isə təkcə kitablarımı yandırırlar. Görünür, tərəqqi elə buymuş (Nasist Almaniyasında kitablarının yandırılması haqqında) [1]Ziqmund Freyd

T[redaktə]

V[redaktə]

  • Vəhdət bir millətin birliyi, bütövlüyü, sarsılmazlığı və tərəqqi yoludur. Əli bəy Hüseynzadə

Mənbə[redaktə]

  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.

İstinadlar[redaktə]

  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015