Kumık atalar sözləri
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adamın ədəbi qızıldan artıqdır.
- Ağılsız nə verdiyini, ağıllı - nə gördüyünü söyləyəcək.
- Aqil zülmkara sirr açmaz.
- Almağa salamı yox, dinləməyə kəlamı.
- Ata-ananı saymayan sayılmaz.
- Ata balası olma, el balası ol.
- Avam anlamaz, arsız dinləməz.
- Ay abdal, ay dərviş, axça ilə bitər iş.
B
[redaktə]- Baş baş olsun, papaq tapılar.
- Baş qoysan da daşa, öz elində yaşa.
- Bədəsillə dost olma.
- Bəxtli adam özünü itirməz.
- Bəy qanunu - bir bəyin şıltaqlığıdır.
- Bəyə güvənmə, suya söykənmə.
- Bəylik gedər, birlik getməz.
- Bilənlə bilməyən tən olmaz.
- Birlik olmasa, dirilik olmaz.
- Borc pulla içən iki dəfə sərxoş olar.
- Böyüklər məclisinin ayağında oturunca, kiçiklər məclisinin başında otur.
- Böyüyə hörmət, kiçiyə rəğbət.
C
[redaktə]- Can nəvazişdən doymaz.
- Cins cinsini tapar.
Ç
[redaktə]- Çağıranı eşit, çapandan qaç.
D
[redaktə]- Davanın xeyri az olar, vuruşan hacılar olsa da.
- Dəniz sudan, insan nəvazişdən doymaz.
- Dizi qaralmayan bala olmaz, bağrı yarılmayan ana olmaz.
- Doğulanda ayaq üstə duran döl erkək olur.
- Donu bahalı ipə-sapa yatmaz.
- Dövran keçər, el qalar.
- Dünənimi bilənim, bugünümdən xəbər tut.
- Düşmən səni daşla vurursa, sən onu çörəklə vur.
E
[redaktə]- El abrını saxlamayan onu düşməndən də qorumaz.
- El ağasız, don yaxasız olmaz.
- El elcə, kəmər belcə.
- El kəsən əl ağrıtmaz.
- El qarğısa, ağac da quruyar.
- El qınağı əlli ilə yuyulmaz.
- El ilə üzüm qara.
- El namusunu güd.
- El üçün çəkilən zəhmət unudulmaz.
- El yatsa keçə olur, dursa buynuz.
- Elçiyə ölüm yoxdur.
Ə
[redaktə]- Ədalətli iş tutan zalımdan qorxmaz.
- Ədəbsiz kişi öyülməz.
- Əllə çapıb, ətəklə yığan.
- Ər biləni el bilər.
- Əyilməyənə bükülmə.
G
[redaktə]- Gəlinini burunlayan qaynana gəlinsiz qalar.
- Göz görməsə, ürək sevməz.
- Gözlər qorxaqdır, yalnız əllər qəhrəmandır.
- Güc olan yerdə qanun yoxdur.
H
[redaktə]- Hansı evdə bal varsa, orada bədbəxtlik yoxdur.
X
[redaktə]- Xəstə tələsər, amma alma vaxtında dəyər.
K
[redaktə]- Köhnə düşmən dost olmaz.
Q
[redaktə]- Qaçan büdrəməkdən qorxmaz.
- Qovundan gələn gəlir bir aylıqdır.
M
[redaktə]- Meşədə knyazlar yoxdur.
Ö
[redaktə]- Öküz əyridirsə, şum da əyridir.
S
[redaktə]- Südlə girən sümüklə çıxar.