Məzmuna keç

Xəstə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıllı adamın sağlamlığının qiymətini anlamağı üçün xəstə olmağa ehtiyacı yoxdur. Ərəb atalar sözləri
  • Başqaları üzərində güc siyasidir və başqaları üzərində güc sahibi olmaqla maraqlanan insanlar, dərin bir dəyər]]sizlik kompleksi olan insanlardır. Özlərini davamlı olaraq başqaları ilə müqayisə edir və özlərini dəyərsiz hiss edirlər. Dünyaya və özlərinə bunun belə olmadığını, üstün varlıq]lar olduqlarını sübut etmək istəyirlər. Bütün siyasətçilər, dəyərsizlik kompleksindən əziyyət çəkirlər. Bütün siyasətçilərin psixoloji müalicə almaqları gərəkdir. Bunlar xəstə insanlardır və bu xəstə insanların əlindən bütün dünya çox böyük iztirab içindədir. Üç min ildə beş min müharibə! Oşo
  • Bədəninin hər hansı bir yerində ağrı hiss etməyənlərin ağlı xəstədir. Hippokrat
  • Əgər xəstə yaşamağı çox istəyirsə, həkimlər ona heç nə edə bilməz. Faina Ranevskaya
  • Gimnastika tam bir cəfəngiyyatdır. Sağlam adama o lazım deyil, xəstə üçün isə zərərlidir. Henri Ford
  • Həkim bir-iki xəstə öldürməyincə, həkim olmur. Teluqu atalar sözləri
  • Həkim soyuqqanlı, xoşxasiyyət və insanpərvər olmalıdır. O, xəstə üçün ata, sağalmaqda olan insan üçün mühafizəçi, sağlam şəxs üçün dost olmalıdır. O, xəstənin sağalmağa olan ümidini hər an dəstəkləməlidir. Hippokrat
  • Həkimi çox olan xəstə ölər. Amxar atalar sözləri
  • Həkimlə söhbətdən sonra xəstənin halı yaxşılaşmırsa, o, həkim deyildir. Vladimir Bexterev
  • İradəsizliyin ən xırda əlamətlərini — şıltaqlığı, incikliyi, çılğınlığı, xəstə xudpəsəndliyi öz daxilində boğ. Onların toxumlarından fərdiyyətçilik törəyir. Vasili Suxomlinski
  • İşıq xəstə gözlərə əzab verər, xoşbəxtlik yaralı ürəyə ağrı gətirər. Rəşad Nuri Güntəkin
  • Kiminə görə təklik, xəstə adamın qaçışıdır; kiminə görə də, xəstə kəslərdən qaçışdır. Fridrix Nitsşe
  • Köpək xəstə olanda çaqqallar damda oynaşar. Əfqan atalar sözləri
  • Qadınlar istəsələr, doğrudan xəstə olarlar, hətta paxıllıqlarından ölərlər də. Andre Morua
  • Mən hər cür zərər verməkdən və ədalətsizlik etməkdən çəkinərək xəstələrin rejimini onların xeyrinə yönəldəcəyəm. Hippokrat
  • Mən xəstə baxıcısı olmaq istəyirəm, heç kimi olmayan insanların kimisə olmaq istəyirəm. Florens Naytingel
  • Ömür qısa, sənət yolu uzun, əlverişli fürsət tezkeçən, təcrübə aldadıcı, fikir çətindir. Ona görə də nəinki həkimin özü hər şeydən istifadə etməli, eləcə də xəstə, onu əhatə edənlər, bütün xarici amillər həkimin fəaliyyətinə kömək etməlidir. Hippokrat
  • Özünü olmazsa olmaz görənlər xəstə tiplərdir. Ölçü budur: "Olsam da olar, olmasam da olar; olmasam hərhalda daha yaxşı olar." Fətullah Gülən
  • Sağalmaz xəstə cəmiyyət özünə qarşı müharibəyə başlayır. Bu müharibə resursları mənimsəyir, həyat qüvvələrini boşaldır. Cəmiyyət özünü yeməyə başlayır. (20-ci əsrin əvvəllərində Rusiyada) Arnold Cozef Toynbi
  • Sağlam bədən mehmanxana, xəstə bədən xəstəxana kimidir. Frensis Bekon
  • Sağlam dilənçi olmaq xəstə varlı olmaqdan yaxşıdır. Artur Şopenhauer
  • Sağlam və pullu olmaq, xəstə və kasıb olmaqdan daha yaxşıdır. Rus atalar sözləri
  • Südəmər bir uşaq tutmamış maya,
    Tutmayın siz, axmaq, xəstə bir dayə,
    Süd ilə bədənə girərsə azar,
    O, bədəndən, yalnız öləndə çıxar! Nəsirəddin Tusi
  • Yalnız xəstə cəmiyyət öz problemlərini görmək istəmir, öz üzvlərinə bərabər imkanlar yaratmır və öz qadınlarının bacarıqlarına biganə qalır. Frida Kahlo
  • Yalnız məndən çox əziyyət çəkən insanların olduğunu düşünmək mənə təsəlli verir və bu xəstə bir eqoistlikdir. Virciniya Vulf

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.420