Frida Kahlo

Vikisitat saytından
Frida Kahlo
Doğum tarixi 6 iyul 1907
Doğum yeri Coyoacán
Vəfat tarixi 13 iyul 1954
Vəfat yeri Coyoacán
Dəfn yeri Koyoakan
Vikipediya məqaləsi
Dieqo Rivera, Malu Block və Frida Kahlonun fotoşəkili, Mart 1932; - Fridanın sitatı: "Onlar mənim sürrealist olduğumu düşünürdülər, amma deyildim. Mən heç vaxt xəyallar qurmamışam. Mən öz reallığımı çəkdim"

Frida Kahlo - (6 iyul 1907 - 13 iyul 1954), Meksikalı rəssam.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Ç[redaktə]

  • Çox aydın və intensiv şəkildə ifadə etmək istədiyim o idi ki, bu insanların qəhrəmanlar və tanrılar icad etmələrinin və ya təsəvvür etmələrinin səbəbi saf qorxudur. Həyat qorxusu və ölüm qorxusu.
  • Çalışaraq düzəldə bilmədiyindən vaz keçərək qurtularsan. Dünya həssas qəlblər üçün bir cəhənnəmdir.

G[redaktə]

  • Gülüşdən qiymətli heç nə yoxdur, onun köməyi ilə siz özünüzdən uzaqlaşa, çəkisizləşə bilərsiniz.

İ[redaktə]

  • İki cür uğur qazananlar var: alpinistlər (öz zəhməti hesabına uğur qazananlar) və paraşütçülər ( kiminsə yardımı ilə uğur qazananlar).[1]
  • İlk sevgi pişik kimi sakitcə yaxınlaşdı. Onun gəldiyini nə gördüm, nə də eşitdim.
  • İncəsənət bəşəriyyətin ictimai orqanizmində qanın analoqudur.
  • İnsan acılarında yalnızdır.

K[redaktə]

  • Kamilliyin 3 şərti var: düşüncənə, davranışına və danışığına nəzarət et.
  • Kədərlərimi boğmaq üçün içdim, amma lənətə gəlmiş şeylər üzməyi öyrəndi.
  • Kimi əsl centlmen saymaq olar sualına Rassel cavab verir ki, centlmen o adamdır ki, onunla ünsiyyətdə hər bir kəs istər-istəməz centlmen olur.

M[redaktə]

  • Mən avtoportretlər çəkirəm, çünki çox təkəm.
  • Mən heç vaxt yuxular və ya kabuslar çəkmirəm. Mən öz reallığımı çəkirəm.
  • Mən özümü pisliyi dərk etməyən yad adamların ayıq baxışlarının mənasız sükutunun qəribə dünyasında tapdım.
  • Mən sevgi, ağrı və inqilab qadınıyam.
  • Mən yuxular və ya kabuslar çəkmirəm, öz reallığımı çəkirəm.

O[redaktə]

  • Onlar mənim sürrealist olduğumu düşünürdülər, amma deyildim. Mən heç vaxt xəyallar qurmamışam. Mən öz reallığımı çəkdim.

P[redaktə]

  • Pis günümdə yanımda olmayanda vaz keçdim. Darıxanda mənimlə paylaşmadığını, inciyəcək, əsəbi olsam belə fikrini açıq deməyəcəyini anlayanda vaz keçdim. Mənə yalan danışdığını anlayanda imtina etdim. Gözlərimə baxanda ürəyinlə baxmadığını və hələ də mənə demədiyin şeylərin olduğunu hiss edəndə imtina etdim. Hər səhər mənimlə oyanmaq istəmədiyini, gələcəyimizin heç yerə getməyəcəyini anlayanda imtina etdim. Mənim düşüncələrimə və dəyərlərimə dəyər vermədiyin üçün imtina etdim. Ağrılarımı dindirmək üçün mənə hərarətli sevgini verməyincə imtina etdim. Yalnız öz xoşbəxtliyini və gələcəyini düşünərək mənə məhəl qoymadığın üçün imtina etdim. Artıq rəsmlərimdə özümü xoşbəxt təsvir edə bilmədiyim üçün və tək səbəb sən olduğun üçün imtina etdim. Eqoist olduğun üçün imtina etdim! Səndən əl çəkməyim üçün bunlardan yalnız biri kifayət etmədi; çünki sevgim uca idi. Amma hər şeyi düşünəndə başa düşürəm ki, sən mənə artıq vermişdin. Ona görə səndən vaz keçdim.

R[redaktə]

  • Rəsm həyatımı tamamladı.
  • Rəsmlərim öz dərdlərini özündə daşıyır.

S[redaktə]

  • Sakitliyimi oğurlayanlar məni dəli olmaqda günahlandırırlar.
  • Sənətdə həvəskar və bilici deyiləm. Mən sadəcə yaşamaq üçün işləməli olan bir qızam.
  • Söz ehtiyatım kədərim qədər kasıbdır.

Y[redaktə]

  • Yalnız xəstə cəmiyyət öz problemlərini görmək istəmir, öz üzvlərinə bərabər imkanlar yaratmır və öz qadınlarının bacarıqlarına biganə qalır.
  • Yuxuları əsla təsvir etmədim. Canlandırdıqlarım mənim gerçəklərimiydi.
  • Yunanlara görə müdriklik çatmaq mümkün olmayan idealdır, bir növ nakam məhəbbətdir. Yəhudilərə görə kim öyrənməyə həvəslidirsə, o indidən müdrikdir. Tövratda yazılıb ki, müdrik insan öyrənməyə açıq insandır.

İstinadlar[redaktə]

  1. Mehman Kərimov. Müdrikliyə, ədalətə, uğura 40 çağırış. Bakı, 2017. səh.184