Yuxu

Vikisitat saytından
Jump to navigation Jump to search
Wikipedia logo
Yuxu haqqında Vikipediyada məqalə var.
Sleeping-girl.jpg



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

B[redaktə]

  • Bizlər sirlərlə dolu bir kainatda bir yuxunun yuxusunu görməkdəyik. Gerçəkdə bildiyimiz heç bir şey yoxdur. Bildiyimizi sandığımız şey yalnız hadisələrdir. O hadisələr ki, bilmədiyimiz bir varlıqla əsla bilməyəcəyimiz bir varlığın bir-birlərinə olan əlaqəsindən doğulmuşdur. İmmanuel Kant
  • Bütün bir gecəni yuxusuz keçirməyinə səbəb olan şeyləri bir nəfəsdə izah edə bilməzsən. Əvvəl içinə atarsan, sonra da susarsan. Murathan Mungan

D[redaktə]

  • Dərrakə çox vaxt yatır, onu oyatmasan, həmişə yuxulu olur. Uilyam Şekspir

E[redaktə]

  • "Elmdən əvvəlki günlər" adlandırdığımız dövrlərdə insanlar yuxuların yozulmasında heç də çətinlik çəkmirdilər. O vaxtlar yuxular cin və şeytan kimi xəbis ruhların, yaxud mələk və Tanrı kimi müqəddəs qüvvələrin ifadə tərzi kimi qəbul edilirdi. Ancaq elmi düşüncənin yaranması və yayılması ilə birlikdə bu mitalogiya psixologiya ilə əvəz olundu. Müasir dövrümüzdə yuxunun insanın ruhi fəaliyyət olduğundan şübhələnən savadlı şəxslərin sayı çox azdır.[1] Ziqmund Freyd

Ə[redaktə]

  • Əgər bu həyatda mütləq qiymət bilmək lazımdırsa, yalnız öz qiymətini bil. Boşver! Necəsə hər yuxu günəşlə sonlanır. Bob Marli
  • Əsl sevgi yuxudan ayılmaq kimidir, adam dincəlir. Bütün varlığında bir təravət, bir sağlamlıq hiss edir. Elə əsl səadət də budur. Nikolay Çernışevski

G[redaktə]

  • Gecə yuxu görənlərə nisbətən gündüz yuxu gorənlər çox şeylərdən xilas ola bilmək üçün daha səriştəlidirlər. Edqar Allan Po

H[redaktə]

  • Həyatın müxtəlif çətinliklərinə qarşı bu üç şey hədiyyə edilmişdir: ümid, yuxu və gülmək. İmmanuel Kant

X[redaktə]

  • Xəsisin yuxusu gəlməz. Benqal atalar sözləri
  • Xoşbəxtliyin gözü kordur; yalnızlıq isə kar. Ona görədir biri büdrəyərək yeriyir, o biri yuxusunda da qışqırır. Özdəmir Asaf

İ[redaktə]

O[redaktə]

  • O yuxuna girəcəm deyə söz verdi. Neçə illər keçdi ki, bu sözə görə gözümə yuxu gəlmədi. İsgəndər Pala
  • Onlara zövq verin. Qorxunc bir yuxudan oyandıqları an eşitdiklərinin eyni. Alfred Hiçkok

Ş[redaktə]

T[redaktə]

  • Tərbiyə vermək yuxudan oyatmaq deməkdir. (Qotlib Teodor Hippel)

Ü[redaktə]

Y[redaktə]

  • Yaxşı keçirilmiş bir günün, xoşbəxt bir yuxu gətirməsi kimi; yaxşı yaşanmış bir həyat da xoşbəxt bir ölüm gətirir. Leonardo da Vinçi
  • Yaxşı yuxu, yumşaq qarın və tərləmə - uzun ömrün şərtləridir. Əbül Fərəc
  • Yuxu - ən gözəl ixtiradır. Henrix Heyne

İstinadlar[redaktə]

  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.420