Kənar

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Alim hər hansı bir fərziyyəni dinləməyə çalışan, lakin bunun ədalətli olub-olmadığını özü müəyyən edən insan olmalıdır. Fenomenlərin xarici əlamətləri alimin mühakimələrini bağlamamalı, sevdiyi bir fərziyyəyə malik olmamalı, məktəbdən kənar olmalı və heç bir səlahiyyətə malik olmamalıdır. Fərdlərə deyil, obyektlərə hörmət etməlidir. Bu keyfiyyətlərə zəhmət əlavə edilsə, təbiət məbədində pərdəni qaldıracağına ümid edə bilər. Maykl Faradey
  • Anlayış dairəsindən kənara çıxan maraq insanı müxtəlif uydurmalara əl atmağa vadar edir. Mirzə Kazım bəy
  • Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel

B[redaktə]

  • Başlanğıcda qorxaq və cəsur insan arasında demək olar ki, heç bir fərq yoxdur. Aradakı tək fərq: qorxaq qorxularını dinləyər və onların ardınca gedər. Cəsur isə qorxularını bir kənara qoyub, irəli addım atar. Cəsur insan, bütün qorxularına rəğmən bilinməyənə addım atandır. Oşo
  • Bəzi insanlar hər gün gördükləri bir heyvanı yeyə bilmirlər, bəziləri də quş ətindən kənara çıxmır və özləri yetişdirdikləri toyuqları yeməkdən imtina edirlər, amma öküz və ya qoyun ətini, bazardan alınmış toyuq ətini iştahla yeyirlər. Mənə elə gəlir ki, bu cür davrananların vicdanlarını günahkarlıq əzabından, sanki bir şəkildə iştirak etdiklərini bir cinayətin iştirakçısı olmaqdan xilas olmağa çalışırlar, bacardıqları qədər bu səbəbi aradan qaldırırlar; və mən bunda vərdişin zalım gücünü, iştahın və zövqün həddindən artıq gücünün hələ də tamamilə kökündən qurtara bilmədiyi ibtidai dindarlığın və məsumiyyətin güclü qalıqlarını görürəm. Bernard de Mandevil
  • Biz düşdüyümuz çuxurdan özümüzü asanlıqla və tez xilas edə bilməyəcəyik. Amma Amerika güclü və dözümlü ölkədir və mən bilirəm ki, əgər biz partizanlığı və siyasi parçalanmaları bir kənara qoyub bir millət kimi birgə fəaliyyətə başlasaq, uğur qazanacağıq. Barak Obama
  • Biz insan xeyirxahlığının ölçüsündən kənara bir addım atan kimi əməllərimizə, hərəkətlərimizə inanmırlar. Fəzilət məhz “ortada” olur. Fridrix Nitsşe
  • Bu dəyər miqyasını kim və necə əlaqələndirəcək? Bəşəriyyət üçün yaxşı və pis əməllər, dözülməz olanlar üçün bu gün fərqləndirilən bir şərh sistemini kim yaradacaq? Bəşəriyyətə nəyin həqiqətən ağır və dözülməz olduğunu və dərini yalnız yerli olaraq nəyin otardığını kim izah edəcək? Kim qəzəbi daha yaxın olana yox, ən dəhşətlisinə yönəldər? Kim belə bir anlayışı öz insan təcrübəsinin hüdudlarından kənara köçürməyə müvəffəq ola bilər? Başqalarının uzaq sevincini və kədərini, özünün heç vaxt yaşamadığı ölçüləri və aldatmaları dərk etməyi fanat, inadkar bir insan məxluquna təlqin etməyə kim müvəffəq ola bilər? Təbliğat, məhdudiyyət, elmi sübut - hamısı faydasızdır. Ancaq xoşbəxtlikdən dünyamızda belə bir vasitə var! Yəni sənətdir. Yəni ədəbiyyatdır. Onlar bir möcüzə göstərə bilərlər: insanın yalnız şəxsi təcrübədən öyrənmək kimi zərərli xüsusiyyətinə qalib gələ bilərlər ki, başqa insanların təcrübəsi ondan əbəs yerə keçsin. İnsandan insana, Yerdəki qısa sehrini başa vurduqca, sənət bütün yükləri, rəngləri, həyat şirəsi ilə tanış olmayan, ömürlük təcrübənin bütün ağırlığını köçürür; o, naməlum bir təcrübəni bədəndə canlandırır və ona özümüz kimi sahib olmağımıza imkan verir. Və daha çox, daha çox; həm ölkə, həm də bütün qitələr bir-birinin səhvlərini əsrlərlə davam edə biləcək vaxt fasilələri ilə təkrarlayır. Onda düşünmək olardı ki, hər şey çox aydın olacaq! Amma yox; bəzi xalqların artıq yaşadıqları, nəzərdən keçirdikləri və rədd etdikləri birdən-birə başqaları tərəfindən ən son söz olaraq kəşf edilir. Yenə də özümüzün heç vaxt yaşamadığımız təcrübənin yeganə əvəzedicisi incəsənət, ədəbiyyatdır. Onlar gözəl bir qabiliyyətə malikdirlər: dil, adət, sosial quruluş fərqlərindən kənarda, bir xalqın həyat təcrübəsini digərinə çatdıra bilirlər. Təcrübəsiz bir xalqa onilliklər boyu davam edən sərt milli sınaqları çatdıra bilər, ən yaxşı halda bütün bir xalqı lazımsız, ya səhv, hətta fəlakətli kursdan xilas edə, bununla da bəşər tarixinin döngələrini cilovlaya bilərlər. Aleksandr Soljenitsın
  • Bütün qanunlar qocalar və kişilər tərəfindən yaradılıb. Gənclər və qadınlar kənara çıxmalar, qocalar qaydalar axtarır. Yohann Volfqanq Göte

C[redaktə]

  • Camaatdan kənara çəkilmək, onları tanımağın həddi ilə əlaqəlidir. Həsən əl-Əskəri
  • Cəmiyyətdən kənar insan əxlaqa malik ola bilməz. Volter
  • Cəmiyyətdən kənar insan ya Allahdır, ya da heyvan. Aristotel
  • Cəsarət bizim irsimizdən yoxa çıxıb. Güman ki, o bizdə heç vaxt olmayıb da. Cəmiyyətin zəhmi, hansı ki, əxlaqın təməlindədir, Allahın zəhmi, hansı ki, dinin sirridir — bu iki şey bizi idarə edir. Və hələ də, inanıram ki, əgər bir insan öz həyatının çərçivələrindən kənara çıxıb onu bütünlüklə, dolu-dolu yaşaya bilsə, hər hissə bir surət, hər fikrə bir təbir, hər arzuya reallıq qata bilər. Mən inanıram ki, dünya elə yeni sevinc impulsları əldə edər ki, biz orta əsrin bütün bəlalarını unudarıq və Antik idealdan da daha yaxşı, daha zəngin bir ideala qayıda bilərik. Ancaq aramızdakı ən cəsur insan belə özü özündən qorxur. İçimizdəki vəhşi insanın dağıdıcı hissi özümüzü təkzib etmədə faciəvi bir yer alır və həyatımızı korlayır. Biz öz imtinalarımızın cəzasını yaşayırıq. Hər impuls hansı ki, haqqında düşünməyi daxilimizdə boğmağa çalışırıq bizi zəhərləyir. Oskar Uayld

D[redaktə]

  • Digər sübutları kənara qoysaq beş barmaq belə mənim Tanrının varlığına inanmağım üçün yetərlidir. İsaak Nyuton
  • Dünyanı dərk etmək üçün dünyadan kənara çıxmaq lazımdır. Əbu Turxan

E[redaktə]

  • Evdən kənar olanda özünüzü hörmətli qonaqları qarşılayırmış kimi göstərin. İnsanların xidmətindən istfadə edərkən özünüzü elə aparın ki, sanki təntənəli mərasim yerinə yetirirsiniz. Özünüzə rəva bilmədiyinizi başqalarına etməyin. Belə olan halda nə dövlətdə, nə də ailədə narazılıq olar. Konfutsi

Ə[redaktə]

  • Ədəbli qadın hətta danışığını da nümayiş etdirməməli, kənar şəxslərin yanında səsini çıxarmaq onun üçün onların yanında soyunmaq kimi ayıb olmalıdır. Çünki, səs, danışanın xasiyyətini, ruhunun xassələrini və əhval-ruhiyyəsini bildirir. Platon
  • Əgər rəqib güclüdürsə, onda sənin fəaliyyətin onun düşüncəsinin sərhədlərindən kənara çıxmalıdr. Bernar Verber
  • Əgər Tanrı məfhumunu tamamilə bir kənara qoyub, sivilizasiyanın bütün prinsip və qaydalarının, sadəcə, insanlar tərəfindən qoyulduğunu bəri başdan qəbul etsəydik, məhz onda həqiqətən də böyük üstünlük qazanacaqdıq. Çünki o zaman bütün bu əmr və qadağalar süni müqəddəslikdən təmizlənəcək və indiki kimi sərt, amansız və dəyişdirilməsi qeyri-mümkün olmayacaqdı. Beləliklə insanlar bu qayda- qanunların onları ram etmək üçün deyil, sevdiklərinin arxasınca getmələrinə kömək etmək üçün qoyulduğunu başa düşəcəkdilər. Nəticə etibarilə, bu qaydalara daha səmimi və isti münasibət bəsləyəcək və onları qüvvədən salmaq əvəzinə bir az da inkişaf etdirməyə cəhd göstərəcəkdilər. Ziqmund Freyd
  • Ərdən boşanmışdan bir az kənar dur. Aşıq Ələsgər
  • Əsgərlərə de, bir səbəb olmadan qan tökülməsinə icazə verilirsə, bu insanlıqdan kənar bir qırğındır. II Fridrix (Prussiya kralı)

H[redaktə]

  • Həqiqət axtarışında əqli məhz sadə və adi şeylərdən kənara çıxmalar işıqlandırır. Edqar Allan Po
  • Həqiqət biz bir-birimiz ilə xoruz-beçə kimi cəmaətin, ələlxüsus xaricilərin hüzurunda döyüşməmiz çox eyibdir. Bizim bədbəxt müsəlman taifəsi qeyrilərdən geridə qalıb xab-qəflətdən oyana bilmədiyinin bir böyük səbəbi də budur ki, biz öz nəfsimizi öldürə bilməyib qeyri vacibli işləri kənara qoyub bir-birimiz ilə tutuşub qeyriləri özümüzə güldürürük. Bəsdir, belə məsləkdən əl çəkəlim. Həsən bəy Zərdabi
  • Həlimlik ona deyilir ki, nəfs könüllü olaraq qaydadan kənar işlərə razılıq versin. Bunu “mülayimlik” də adlandırırlar. Nəsirəddin Tusi
  • Hər bir yazıçı bir xalqın övladıdır və öz milli adət-ənənələrini mənbə götürərək o xalqın həyatını təsvir etməli, əsərlərini zənginləşdirməlidir. İlk etdiyim budur, yəni öz millətimin adət-ənənəsini, məişətini danışıram. Amma orada qalsan, heç yerə çatmayacaqsan. Ədəbiyyatın milli həyatı, adət-ənənələri söyləməkdən daha çox məqsədləri var. Müəllif öz üfüqlərini milli olandan kənara çıxarmalı və “ümumbəşəri” olana çatmağa çalışmalıdır. Yaxşı yazıçı “tipik insan”ı mənimsəyən adamdır. Çingiz Aytmatov
  • Hətta tanrılar öz qüsurlarını kənar gözlərdən gizlətməyə qadir deyillər. Çanakya
  • Həyat avtomobil yolu deyil, sənətdir və insanı yuxarı qaldırır və tez -tez kənara aparır. İlya Erenburq
  • Hökmdarlar və həkimlər bəraət yaxud ittiham ilə əlaqədar hər cür kənar xahişləri qətiyyətlə rədd etməlidirlər. [1] Evripid

X[redaktə]

  • Xərclədikdən sonra yerdə qalanı yığmayın, yığacağınızı kənara ayırdıqdan sonra yerdə qalanı xərcləyin. Uorren Baffett
  • Xəstəlik törədən amilləri sən,
    Çalış ki, özündən kənar edəsən.
    Uzaq ol dərmandan, acmamış yemə,
    Doymamış əlini götür süfrədən. Əbdürrəhman Cami

İ[redaktə]

  • İki köpək süpürləşəndə kənara çəkil. Ləzgi atalar sözləri
  • İnsan bir şeyi əldə etmək üçün çabalar. Onu əldə edincə də bir kənara atar. Gerçək dəyərini isə onu itirincə anlar. Fyodor Dostoyevski
  • İnsan bu fani dünyada daim yol gedir ki, nəhayət, onun cazibəsindən kənara çıxsın. Amma bu, ona ancaq ömrün sonunda müyəssər olur. Əbu Turxan
  • XXI əsrin savadsızları oxumağı və yazmağı bacarmayanlar deyil, öyrənməyi, bildiklərini bir kənara qoymağı və yenidən öyrənməyi bacarmayan kəslərdir. Olvin Toffler

K[redaktə]

  • Kənara inanır, yaxından şübhələnir. Monqol atalar sözləri
  • Köhnə, sanki dəniz dibindən çıxan, dalğalı vərəqləri olan bir qucaq köhnə kitablarım yadıma düşür. İsti yay günlərində otluqda oturub, dəqiqəbaşı o vaxt uzatdığım, gözümə düşən saçlarımı kənara edərək onları oxuduğumu da xatırlayıram. Səhər tezdən poeziya və fəlsəfə haqda mübahisə edən sinif yoldaşlarımın səsindən qara anbarın üstündəki balaca otağımda yuxudan ayılmağımı xatırlayıram; uzun qışları, mətbəxdəki buxarla və stol arxasında Kafka və Pikasso haqdakı qarışıq söhbətlərlə dolu səhər yeməklərini xatırlayıram. İşiquro Kazuo

M[redaktə]

  • Mən, tale öz istəyindən kənar sevməyə məcbur edilən bir kişinin nifrətindən daha güclü bir nifrət tanımıram. Aqata Kristi
  • Mərd əcdаdlаrımızа еhtirаm əlаməti оlаrаq bizim mаhnılаrımız və rəqslərimiz, bir növ, vаhid оlmаlıdır. Оnlаrа istənilən kənаr ləkələri dаxil еtmək оlmаz, yоxsа bizim irsimiz itib-bаtаr. Atilla
  • Mümkün olmayan hər şey bir kənara qoyun. Nə qədər inanılmaz olsa da, yerdə qalan şeylər cavab olacaqdır. Artur Konan Doyl

N[redaktə]

  • Nanəcibdən kənar gəz. Azərbaycan atalar sözləri/N
  • Nə etməli? Həyatın bütün təkmilləşməsini, bəşəriyyətin əldə etdiyi o əzəməti bir kənara tullamaq? Onun öyrəndiyi bütün şeyləri unutmaq?Mümkün deyil. Bu cür zehni nailiyyətlər zərərli tərəfdən istifadə edilməsindən asılı olmayaraq, onlar necə də olsa əqli nailiyyətlərdir və insanlar onları unuda bilməzlər. Lev Tolstoy
  • Nikahdan kənar doğulan uşaqların, əksər hallarda, savadlı olmaları təəccüblü deyil, onlar ağıllı istifadə olunan bir saatın nəticəsidir. Evlilikdə doğulan uşaqlar çox vaxt cansıxıcılıq nəticəsində yaranır. Qotlip Teodor Hippel

O[redaktə]

  • Ona görə arvadı dosta oxşatmışlar ki, əri nə versə, razı qalar, vermədiyini üzürlü sayar, malını ondan əsirgəməz; ərinin danlağına dözər, eyiblərini gizlədər, onu tərifləyər, çörəyini itirməz, ərinin xoşuna gəlməyən işləri görməz.
    • Ona görə düşmənə oxşatmışlar ki, ərini təhqir edər, alçaldar, dava-dalaş salar, açıqdan-açığa abrını alar, şikayət edib əleyhinə iş qaldırar, eyiblərini aləmə yayar.
    • Ona görə oğrulara oxşatmışlar ki, ərinin malına xəyanət edər, ehtiyac olmadan pul istər, var-dövlətini dağıdar, ona lazım olan şeyləri kənara paylar, zahirdə dostcasına göz yaşı axıdar, batində öz mənafeyini ərindən yüksək tutar. Nəsirəddin Tusi

S[redaktə]

  • Sevgi öz “mən”ini hədlərindən kənara çıxmaq və digər insanda olan gözəlliklə birləşməkdir. Persi Bişi Şelli
  • Sevginlə get təkliyinə, qardaşım, yaratmanla get. Mənim gözyaşlarımla get təkliyinə, qardaşım. Özündən kənar yaratmaq istəyəni xoşlayıram mən və beləcə yox olanı. Fridrix Nitsşe
  • Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz. Qurani-Kərim

Ş[redaktə]

  • Şərq təsəvvüfünün Kainatı bir xəyaldır. Özü ilə öz işi arasında əlaqə qurmağa çalışan fizikdən kənara çıxıb. Stiven Hokinq
  • Şöhrətə can atan şəxs ziyafətlərdən, naz-nemətdən və qadınlardan kənar gəzməlidir. [2] Publi Terensi

T[redaktə]

  • Tənhalıq görüş ümidi ilə isinir. Demək, ölümdən sonra düşüncənin yaşaması yalandır. Varlığımdan kənar varlığımsan mənim. Sən dünyaya lazım olmayanda dünya da sənə gərək olmur. Xudu Məmmədov

U[redaktə]

  • Uşaq ana üçün hər şeydən qiymətlidir, lakin döşünü dişləyəndə ana onu da özündən kənar eləyər. Madaqaskar atalar sözləri

Ü[redaktə]

  • Ürəkdən kənara çıxa bilməyəcək heç bir sirr yoxdur. Haruki Murakami

V[redaktə]

  • Vəziyyətiniz nə qədər dözülməz, nə qədər iyrənc olur-olsun, bunda kənar gücləri — tarixi, dövləti, müdiriyyəti, irqinizi, valideynlərinizi, menstruasiyanı, ayaqyoluna vaxtından tez getməyinizi və sairəni — günahlandırmayın. Menyu böyük və darıxdırıcıdır və onun böyüklüyü və darıxdırıcılığı zatən alçaldıcıdır, bir də şüurunuzu ona qarşı ayarlamayın. Günahı nəyinsə, ya da kiminsə üzərinə atdığınız an siz nəyisə dəyişmək üçün sahib olduğunuz qətiyyəti yox eləyirsiniz.

Y[redaktə]

  • Yaxşı səndən qaçırsa, dalına düş; yaman sənə tərəf gəlirsə, kənara çəkil. Gürcü atalar sözləri
  • Yalan söz kandarda palçıq kimidir: hərə istəyir kənara atsın. Madaqaskar atalar sözləri
  • Yeni bir televizor quraşdırılır (Media TV). Qoy türk və kürd xalqlarının qardaşlığı üçün bir işıq, bir siqnal və ya bir mesaj olsun, qan və nifrəti bir kənara qoyaq. Sülh olsun, dostluq, yoldaşlıq. Kiçik bir şey istədik, okeanda bir damla. Milli mədəniyyətdən danışdıq, mədəni kimlikdən danışdıq, bunu şəxsiyyət vəsiqəsi kimi başa düşdülər. Belə qəribə insanlarla nə edim? Ahmet Kaya
  • Yolun ortasına düşmüş bir daşı götürüb kənara atan, yolu sahmana salan adam savab qazanır. Məhəmməd

İstinadlar[redaktə]

  1. Xəzinə. Bakı, 1997, səh.121.
  2. Xəzinə. Bakı, 1997. səh.58