II Fridrix (Prussiya kralı)
II Fridrix | |||
![]() | |||
Tam adı | ing. Frederick II of Prussia | ||
Doğum tarixi | 24 yanvar 1712 | ||
Doğum yeri | Berlin | ||
Vəfat tarixi | 17 avqust 1786 | ||
Vəfat yeri | Potsdam | ||
Dəfn yeri | Sanssouci | ||
|
II Fridrix (24 yanvar 1712 - 17 avqust 1786) - Prussiya kralı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Ə[redaktə]
- Əsgərlərə de, bir səbəb olmadan qan tökülməsinə icazə verilirsə, bu insanlıqdan kənar bir qırğındır.
- Əsgərlərimiz nə üçün mübarizə apardığımızı başa düşsəydilər, bir dəfə də olsun, müharibə edə bilməzdik.
H[redaktə]
- Hər şeyə sahib olmaq üçün vaxtımız varmış kimi hər şeyi fəth etmək istəyirik.
- Həyatda insanın qazana biləcəyi ən böyük mükafat bir neçə reallıqları anlaya bilməsi və bir sıra səhvləri aradan qaldıra bilməsidir.
Q[redaktə]
- Qəssab insan ehtiyacları üçün öldürür, lakin zövq üçün öldürmür; ovçu əylənmək üçün öldürür, ona görə də ovçunun dərəcəsi qəssabdan aşağı olmalıdır.
- Qəzetlərin maraqlı olmasını istəyiriksə, onları məhdudlaşdırmamalıyıq.
K[redaktə]
- Kral, əyalətin ilk xidmətçisi və ilk məmurudur.
M[redaktə]
- Mən bu ölkənin ilk dövlət qulluqçusuyam.
- Mən yalnız layiqli davranış tərzi və ağlabatan fikirləri olan azad fikir sahiblərinə himayədarlıq edirəm.
T[redaktə]
- Tədbirsiz cəsarət qısırlığa məhkumdur.
- Tənbəl insanlar üçün tac yoxdur.
V[redaktə]
- Vərdiş axmaqların düşüncəsidir.