Din

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Bir adamın mənimsədiyi din, bir neçə istisna xaricində, cəmiyyətin qəbul etdiyi dinlə eynidir və bu da, adamın həmin dini mənimsəməsinə ətraf təsirlərin səbəb olduğunu açıq şəkildə ortaya qoyur. Bertran Rassel
  • Bir din, sonsuz və mütləq bir qəti həqiqəti təcəssüm etdiyi iddiası ilə bir elmi nəzəriyyədən fərqlilik göstərərkən, elm isə daima təcrübəyə söykənir, indiki nəzəriyyələrin tez ya da gec yenidən biçimləndirilməsini zəruri hesab edir və metodunun məntiqi bir bütün ilə son nəticəyə çatmasında yetərsiz olduğunu dərk edir. Bertran Rassel
  • Bizim vəzifəmiz Xristianlıq və digər dinə mənsub olan şəxsləri öz dinlərinə rahat şəkildə etiqad etmələrini təmin etməkdir. Angela Merkel

D[redaktə]

  • Din bir milləti millət edən ünsürlərin ən əsaslarındandır. Jozef Ernest Renan
  • Din o zaman elmə qarşı çıxır ki, özünün bir inam hadisəsi olduğunu unudaraq idrak hadisəsi kimi çıxış etməyə çalışır və dünyada gedən proseslərin izahını vermək iddiasına düşür. Əbu Turxan

E[redaktə]

  • Elm – beyini, sənət – ürəyi, din – ruhu qidalandırır. Əbu Turxan
  • Elm və din – hər ikisi idrak müstəvisində dünya nizamına münasibətdir; elmi düşüncə dünya nizamının ayrı-ayrı lokal təzahürlərini aşkar etmək əzmindən, dini hiss – sonsuz, əzəli-əbədi bir nizam qarşısında heyrətdən qaynaqlanır. Əbu Turxan
  • Elmlə din arasında ziddiyyət o zaman yaranır ki, onlar təyinatını unudub bir-birini əvəz etmək istəyir. Əbu Turxan

F[redaktə]

  • Filosoflar heç din xadimi öldürməmişdir, halbuki din xadimləri çoxlu filosof öldürmüşdür. Deni Didro

İ[redaktə]

  • İctimai hadisəyə çevrilmiş din artıq din deyil. Əbu Turxan

M[redaktə]

  • Mən dinə bir xəstəlik, insan irqi üçün adı qoyulmamış bir səfalətin qaynağı kimi baxıram. Bertran Rassel
  • Mənim dinim budur: Hər öhdəliyi etmək və bunun üçün həm burada, həm də buradan sonra bir mükafat gözləməmək. Bertran Rassel