Tədqiq
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Adətin köləsinə çevrilmiş ruhda həqiqət axtarmaq, təbiəti tədqiq edən və sınaqdan keçirən fizik üçün ayıb deyilmi? Mark Tulli Siseron
- Axmaqlıq o qədər keçilməzdir ki, onu axıra qədər tədqiq etmək mümkün deyil. Ondan heç bir səs gəlmir, o hər şeyi həmişəlik udur və geri qaytarmır. Onore de Balzak
- Atom indi daha yeni, radioaktivlik xətti boyunca öyrənilir və bir çox hallarda aktiv şüalanmanın davam etdiyi aydın olur. Bu kəşfin hara aparacağını söyləmək mümkün deyil, çünki radioaktiv maddələrin tədqiqi hələ başlanğıc mərhələsindədir və əslində çox az şey məlumdur. Əvvəlki fizika elminin çox hissəsi radiumun kəşfi ilə inqilab etdi və elm adamları nə qədər çox bilsələr, bizim çox böyük kəşflərin astanasında dayandığımızı (özlərinin də başa düşdüyü kimi) bir o qədər aydın olur. Alisa Beyli
B[redaktə]
- Bilinməyən, sirr, xəyali, mifik, möcüzəvi, inanılmaz və hətta dəhşətli olanı aşkar, sadə və sağlam olandan üstün tutmaq cəhalətə xasdır. Həqiqət heç vaxt təxəyyülü mövhumatlar qədər güclü şəkildə sarsıtmaz ki, hər kəsin özünə uyğunlaşdıra bilər. Adi insanlar nağılları dinləməyi hər şeydən üstün tuturlar. Kahinlər və qanunvericilər dinlər uydurur və bu nağıllardan sirlər çıxarırlar. Onlardan adi insanların xarakterinə, xasiyyətinə uyğun istifadə edirdilər. Adi camaatın bu meylinə görə keşişlər, şəriət və qanunvericilər vəcd həvəskarlarına, qadınlara və cahillərə bağlandılar. Bu məzmunda olan insanlar tədqiq edə bilmədikləri fikirləri asanlıqla qəbul edirlər. Saflıq və həqiqi sevgi ancaq təxəyyüllərini araşdırma və düşünməklə təşkil edən müəyyən insanlarda olur. Bir kəndin sakinləri heç vaxt öz keşişindən latın dilini dini nitqlərinə həddən artıq qarışdırdıqda ondan məmnun olmurlar. Cahillər, başa düşmədikləri şeylərdən danışan hər kəsi çox alim hesab edirlər. Bu, qəbilələrin sadəlövhlük prinsipi və onlara rəhbərlik iddiasında olanların təsir və hökmranlığıdır. Pol Anri Holbax
İ[redaktə]
- İnsanlığı tədqiq etməyin ən yaxşı yolu mütaliə etməkdir. Oldos Haksli
Ş[redaktə]
- Şahmat oyunu sadəcə boş bir əyləncə deyil; insan həyatında faydalı olan bir neçə çox qiymətli zehni keyfiyyətlər onun vasitəsilə əldə edilməli və gücləndirilməlidir ki, bütün hallarda hazır olan vərdişlərə çevrilsin, çünki həyat bir növ Şahmatdır və bizim tez-tez rastlaşacağımız məqamlar, mübarizə aparacağımız rəqiblər, çoxlu sayda yaxşı və pis hadisələr var. Biz onlarla qarşılaşmaq üçün hazır və ehtiyatlı olmalıyıq. Şahmat oynayaraq, biz nə öyrənə bilərik: 1-ci - bir az gələcəyə baxan və baş verə biləcək nəticələri nəzərə alan Uzaqgörmə... 2-ci - Şahmat taxtasını və ya hərəkət səhnəsini tədqiq edən Ehtiyatlılıq:— bir neçə Parçanın (variantın) əlaqəsi və onların vəziyyətləri; … 3-cü, Diqqət: hərəkətlərimizi çox tələsik etməməyək... Bencamin Franklin