Fakt
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Afrika mənşəli amerikalıların əsarət altına alınması qaçılmaz tarixi fakt olsa da , onların ölüm təhlükəsi qarşısında göstərdikləri cəsarət, aşılmaz kimi görünən çətinliklər qarşısındakı gücləri, başqalarını imansız ümidsizliyə sürükləyən şəraitlə qarşılaşdıqda imanları və onların zalım şəraitdə gözəlliyin və dahiliyin oyadan olması da həvəsləndirmirdi. Aberjhani
B[redaktə]
- Belə bir qəribə fakt mövcuddur: bizim üçün çox əhəmiyyətli ola biləcək, Kainatın sirrlərini açmağa köməyi dəyəcək və həyatın verdiyi dərdlərin öhdəsindən gəlməyimizi təmin edəcək biliklər mədəni dəyərlərimizin arxa plana atdığı biliklərin arasında ön sıralardadır. Bunlar digərlərinə nisbətən doğruluğu ən az isbatlanmış biliklərdir. Ziqmund Freyd
- Bir məsələ üzərində çalışır və ya hər hansı bir fəlsəfə üzərində düşünürsünüzsə, özünüzə sadəcə bunu sual verin: Faktlar nələrdir? Və bu faktların dəstəklədiyi həqiqətlər nələrdir? Bertran Rassel
D[redaktə]
- Dünyada dəyişdirilməsi mümkün olmayan şey – faktdır. Mixail Bulqakov
F[redaktə]
- Fakt deyilən yerdə söz gərək deyil. Alman atalar sözləri
- Fakt, faktdır. Sizin bəyənib bəyənməməyinizdən asılı olmayaraq onlar yoxa çıxmır. Cəvahirləl Nehru
- Faktlar inadkar şeylərdir; və istəklərimiz, meyllərimiz və ya ehtirasımızın diktəsi nə olursa olsun , onlar faktların və sübutların vəziyyətini dəyişdirə bilməzlər ... Con Adams, Boston qətliamı məhkəməsi (1770). Con Adams Boston qırğınında qətl törətməkdə ittiham olunan İngilis əsgərlərini müdafiə etmişdi.
- Faktlar mənim nəzəriyyəmlə ziddiyyət təşkil edirsə, faktlar üçün daha pisdir. Georq Vilhelm Fridrix Hegel
H[redaktə]
- Hətta bizi idarə edən dörd nazirliyin adlarında belə faktların həyasızcasına təhrif olunması var. Sühl nazirliyi müharibə ilə, həqiqət nazirliyi yalanla, məhəbbət nazirliyi işgəncələrlə məşğul olur, rifah nazirliyi isə acından öldürür. Belə ziddiyyətlər təsadüfi deyil və sadəcə ikiüzlülükdən irəli gəlmir: bu fəaliyyətdə olan ikifikirlilikdir. Zira yalnız ziddiyyətlərin vəhdəti hakimiyyəti uzun zaman saxlamağa imkan verir. Sonsuz dövrü başqa cür kəsmək olmaz. Əgər insan bərabərliyini həmişəlik mümkünküz etmək lazımdırsa, əgər yuxarılar (biz onları belə adlandırdırırıq) öz yerlərini həmişəlik saxlamaq istəyirlərsə, onda hakimiyyətdə olanların ruhi vəziyyətini dəlilik idarə etmiş olmalıdır. 1984
T[redaktə]
- Tarixçilər əvvəlki tarixçilərin yazdıqlarını fakt kimi, onlara istinadla yazdıqlarını isə artıq sübut olunmuş həqiqət kimi qəbul edirlər. Bu isə elmin imitasiyasıdır. Tur Xander
- Terrorizm - mükəmməl fakt və reallıqdır. Və ən təhlükəli odur ki, bununla məşğul olanlar onu əsaslandırılmış sayırlar. Müəmmər əl-Qəzzafi
Y[redaktə]
- Yeni ideyalar üçün adətən faktlar lazımdır. Ceyms Uotson
Mənbə[redaktə]
- Dünya xalqlarının atalar sözləri. Bakı,2015