Mixail Bulqakov
Jump to navigation
Jump to search
Mixail Bulqakov - rus yazıçı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bəli, insan ölümlüdür. Lakin ən pisi odur ki, o bəzən qəfildən, ölümə fokuslanmadan ölür.
- Biz səninlə ayrı-ayrı dillərdə danışsaq da, bu danışdığımız şeyləri dəyişmir.
D[redaktə]
- — Dostoyevski öldü.
— Etiraz edirəm! Dostoyevski ölümsüzdür!
- Dünyada dəyişdirilməsi mümkün olmayan şey – faktdır.
- Dünyada iki güc mövcuddur: dollar və ədəbiyyat.
Ə[redaktə]
- Əlyazmalar yanmır.
H[redaktə]
- Heç yerə tələsməyən uğur qazanar.
- Heç vaxt heç nə xahiş etməyin. Heç vaxt və heç nə! Xüsusən də sizdən güclü olanlardan. Özləri təklif edəcək və özləri hər şeyi verəcəklər.
- Həqiqət yalnız əzablarla gəlir. Bu həqiqətdir, narahat olmayın. Amma həqiqəti bildiyinə görə sənə nə pul ödəyirlər, nə də pay verirlər. Kədərli olan budur.
X[redaktə]
- Xoşbəxtlik də sağlamlıq kimidir. Göz önündə olanda ona fikir vermirsən.
İ[redaktə]
- İkinci təravət – bu cəfəngiyatdır. Təravət bir dəfə olur – birinci və sonuncu. Əgər ikinci təravət varsa, o içəridən çürükdür.
- İnsanı atəş altında qovsan, o müdrik bir canavara çevriləcək. İnsanın ağlını çətin anlarında heyvani instinktlər əvəz edir.
- İnsanı geyiminə görə mühakimə etməyin. Siz çox böyük səhv etmiş olarsınız.
K[redaktə]
- Kim deyir ki, əsl və əbədi sevgi yoxdur. Bu yalana görə onun dilini kəsərlər!
- Kimə yönəlməsindən asılı olmayaraq, heç vaxt cinayət törətməyin, qocalığa təmiz əllərlə gedin.
Q[redaktə]
- Qəddar insanlar yoxdur dünyada, ancaq xoşbəxt olmayanlar var.
Ö[redaktə]
- Özünüz də bilirsiniz ki, sənədsiz insana mövcud olmaq qadağan edilir.
S[redaktə]
- Sevən insan öz taleyini sevdiyi ilə bölməlidir.
- Siyasət ədəbiyyata müxalifətdə olduqca, yazıçı həmişə siyasətə müxalifətdə olacaq.
U[redaktə]
- Unutmayın, dil həqiqəti gizlədə bilər, amma gözlər heç vaxt.