Məzmun
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bilinməyən, sirr, xəyali, mifik, möcüzəvi, inanılmaz və hətta dəhşətli olanı aşkar, sadə və sağlam olandan üstün tutmaq cəhalətə xasdır. Həqiqət heç vaxt təxəyyülü mövhumatlar qədər güclü şəkildə sarsıtmaz ki, hər kəsin özünə uyğunlaşdıra bilər. Adi insanlar nağılları dinləməyi hər şeydən üstün tuturlar. Kahinlər və qanunvericilər dinlər uydurur və bu nağıllardan sirlər çıxarırlar. Onlardan adi insanların xarakterinə, xasiyyətinə uyğun istifadə edirdilər. Adi camaatın bu meylinə görə keşişlər, şəriət və qanunvericilər vəcd həvəskarlarına, qadınlara və cahillərə bağlandılar. Bu məzmunda olan insanlar tədqiq edə bilmədikləri fikirləri asanlıqla qəbul edirlər. Saflıq və həqiqi sevgi ancaq təxəyyüllərini araşdırma və düşünməklə təşkil edən müəyyən insanlarda olur. Bir kəndin sakinləri heç vaxt öz keşişindən latın dilini dini nitqlərinə həddən artıq qarışdırdıqda ondan məmnun olmurlar. Cahillər, başa düşmədikləri şeylərdən danışan hər kəsi çox alim hesab edirlər. Bu, qəbilələrin sadəlövhlük prinsipi və onlara rəhbərlik iddiasında olanların təsir və hökmranlığıdır. Pol Anri Holbax
D
[redaktə]- Dayaz, yüngülməcaz adamlar həmişə yalan danışmağa məcburdur, çünki onların məzmunu yoxdur. Əsl tərbiyə: hər hansı bir şəraitdə yalana alışdırmaq tərbiyəsidir. Fridrix Nitsşe
Ə
[redaktə]- Əgər iradə yalnız kiçik şeylərə, yalnız mənasız bir şeyə yapışırsa, deməli inadkarlığa çevrilir. Bu ikincisi yalnız xarakter formasına malikdir, lakin məzmunu deyil. Georq Vilhelm Fridrix Hegel
- Əxlaqlı insan fəaliyyətinin məzmununu zəruri bir şey kimi bilir ... və bu onun azadlığına o qədər az zərər verir ki, sonuncusu, əksinə, yalnız bu şüur sayəsində özbaşınalığın əksinə olaraq həqiqi və mənalı bir azadlığa çevrilir, hələ boş və yalnız mümkün olan azadlıqdır. Georq Vilhelm Fridrix Hegel
H
[redaktə]- Həyat məzmununa görə qiymətləndirilir. Seneka
- Həyat yoldaşı seçmək, kitab seçməyə bənzəyir; Yaxşı hazırlanmış bir üz qabığı və cild marağınıza səbəb ola bilər, amma məzmunu sağlam deyilsə,sonunu gətirmək çətindir. Konfutsi
İ
[redaktə]- İnsanlar da kitab kimidir: hərflər eynidir, məzmun isə müxtəlif. Gi de Mopasson
- İnsan öz davranışı ilə daxili məzmununu nümayiş etdirir. Çanakya
Q
[redaktə]- Qanunları bilmək onların sözlərini deyil, məzmununu və əhəmiyyətini qəbul etməkdir. I Yustinian
M
[redaktə]- Məhəbbət üçün ağıllı məzmun-şam üçün yağ qədər zəruridir. Vissarion Belinski
- Məzmun xarici görünüşə uyğun olur. Çanakya
O
[redaktə]- “Obyektiv” və “subyektiv” kimi anlayışların nə qədər problemli olduğunu göstərən son onilliklərdə fizikada baş verən hadisələri mən böyük bir düşüncə azadlığı hesab edirəm. Hər şey nisbilik nəzəriyyəsi ilə başladı. Keçmişdə iki hadisənin eyni vaxtda olması barədə bəyanat obyektiv iddia hesab olunurdu, o, kifayət qədər sadə şəkildə çatdırıla bilərdi və bu, istənilən müşahidəçinin yoxlamasına açıq idi. Bu gün biz bilirik ki, “eyni vaxt” subyektiv elementi ehtiva edir, çünki istirahətdə olan müşahidəçi üçün eyni vaxtda görünən iki hadisə mütləq hərəkətdə olan müşahidəçi üçün eyni vaxtda baş vermir. Bununla belə, relativistik təsvir həm də obyektivdir, çünki hər bir müşahidəçi hesablama yolu ilə digər müşahidəçinin qavradığını və ya qavradığını çıxara bilər. Bütün bunlara baxmayaraq, biz obyektiv təsvirlərin klassik idealından xeyli uzaqlaşmışıq. Kvant mexanikasında bu idealdan uzaqlaşma daha da radikal olmuşdur. Müşahidə edilə bilən faktlar haqqında bəyanatlar vermək üçün hələ də klassik fizikanın obyektivləşdirici dilindən istifadə edə bilərik. Məsələn, foto lövhənin qaraldığını və ya bulud damcılarının əmələ gəldiyini deyə bilərik. Ancaq atomların özləri haqqında heç nə deyə bilmərik. Və bu cür tapıntılara əsaslanaraq hansı proqnozlar verməyimiz eksperimental sualımızı necə qoyduğumuzdan asılıdır və burada müşahidəçinin seçim azadlığı var. Təbii ki, müşahidəçinin insan, heyvan və ya aparat olmasının hələ də fərqi yoxdur, lakin müşahidəçiyə və ya müşahidə vasitələrinə istinad etmədən proqnoz vermək artıq mümkün deyil. Bu dərəcədə hər bir fiziki prosesin obyektiv və subyektiv xüsusiyyətlərə malik olduğunu söyləmək olar. On doqquzuncu əsr elminin obyektiv dünyası, bu gün bildiyimiz kimi, ideal, məhdudlaşdırıcı hal idi, lakin bütün reallıq deyildi. Etiraf etmək lazımdır ki, hətta reallıqla gələcək qarşılaşmalarımızda da biz obyektiv və subyektiv tərəfi bir-birindən ayırmalı, ikisi arasında bölgü aparmalı olacağıq. Ancaq ayrılığın yeri hər şeyə necə baxıldığından asılı ola bilər; müəyyən dərəcədə iradəsi ilə seçilə bilər. Ona görə də mən başa düşürəm ki, niyə biz dinin məzmunu haqqında obyektivləşdirici dildə danışa bilmirik. Müxtəlif dinlərin bu məzmunu kifayət qədər fərqli ruhani formalarda ifadə etməyə çalışması əsl etiraz deyil. Bəlkə də biz bu müxtəlif formalara bir-birini istisna etsələr də, insanın mərkəzi nizamla münasibətindən irəli gələn zəngin imkanları çatdırmaq üçün lazım olan tamamlayıcı təsvirlər kimi baxmalıyıq. Nils Bor
R
[redaktə]- Riyakar adamların qiyafəti işıq, məzmunu kölgədir. Əbu Turxan
Ş
[redaktə]- "Şeirlərinin məzmunu və bədii dəyəri ilə heç bir aşıqla müqayisəyə gəlməyən Aşıq Ələsgər dodaqdəyməz, dildönməz, müstəzad təcnis, ərəb əlifbasının 28 hərfinin sıralandığı "əlif-lam" yaratmaqla Azərbaycan aşıq şeiri tarixində belə formalı şeir şəkillərinin əsasını qoymuşdur".[1] İslam Ələsgər
İstinadlar
[redaktə]- ↑ İslam Ələsgər, "Sazlı-sözlü Göyçə" (II kitab), Bakı, "Elm və təhsil", 2018. Səh. 5