Addım
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Addımlarını, atdığımız sivilizasiya və yenilik addımlarına uydurmaq istəməyənlər nə talehsizdirlər! Bu kimilər hələ milləti aldadacaqlarını ümid edirlərsə bu ümidləri, özlərinin zərərə uğramalarından başqa bir nəticə verməyəcəyinə indidən əmin ola bilərlər. Mustafa Kamal Atatürk
- Arxaya baxmadan, yerə diyirlənmədən istənilən istiqamətdə neçə addım gedilə bilər? Əhməd Haşim
B
[redaktə]- Başlanğıcda qorxaq və cəsur insan arasında demək olar ki, heç bir fərq yoxdur. Aradakı tək fərq: qorxaq qorxularını dinləyər və onların ardınca gedər. Cəsur isə qorxularını bir kənara qoyub, irəli addım atar. Cəsur insan, bütün qorxularına rəğmən bilinməyənə addım atandır. Oşo (Çandra Mohan Racniş)
- Belə fikir var ki, xristian dininə bağlı olmasaq, hamımız üçün pis olar. Mənə elə gəlir ki, buna sadiq qalan insanlar çox pis insanlar olublar. Siz bu maraqlı həqiqəti görürsünüz ki, hər hansı bir dövrdə din nə qədər güclü və doqmatik inanc nə qədər dərin olsa, qəddarlıq da bir o qədər çox olmuş, vəziyyət də bir o qədər pis olmuşdur. İnsanlar həqiqətən xristian dininə bütün tamlığı ilə inandıqları zaman, bütün işgəncələri ilə birlikdə inkvizisiya var idi; cadugər kimi yandırılan milyonlarla bədbəxt qadın var idi; din adı altında hər cür insana qarşı hər cür qəddarlıq edilirdi. Siz dünyaya nəzər saldıqda görürsünüz ki, insani hisslərdə hər bir irəliləyiş, cinayət qanununda hər bir təkmilləşmə, müharibənin azaldılması istiqamətində atılan hər addım, rəngli irqlərə qarşı daha yaxşı rəftar istiqamətində atılan hər addım və ya köləliyin yumşaldılması, dünyada mövcud olan mənəvi tərəqqi, dünyanın mütəşəkkil kilsələri tərəfindən davamlı olaraq qarşı çıxdı. Mən tamamilə qəsdən deyirəm ki, öz kilsələrində təşkil olunmuş xristian dini dünyada mənəvi tərəqqinin əsas düşməni olub və indi də belədir. Bir fakt götür. Bu, xoşagəlməz fakt deyil, lakin kilsələr insanı xoşagəlməz faktları qeyd etməyə məcbur edir. Fərz edək ki, bu gün yaşadığımız dünyada təcrübəsiz bir qız sifilisli kişi ilə evlidir; bu halda Katolik Kilsəsi deyir: “Bu, ayrılmaz bir müqəddəslikdir. Bekarlığa dözməli və ya birlikdə qalmalısınız. Birlikdə qalsanız, sifilitik uşaqların doğulmasının qarşısını almaq üçün kontraseptivlərdən istifadə etməməlisiniz." Bu yalnız bir nümunədir. Hazırda kilsənin əxlaq adlandırmaq üçün seçdiyi şeydə israrla hər cür insanlara layiq olmayan və lazımsız əzablar verməsinin bir çox yolu var. Bildiyimiz kimi, o, böyük ölçüdə dünyada əzab-əziyyəti azaldan bütün istiqamətlərdə hələ də irəliləyiş və təkmilləşmənin əleyhdarıdır, çünki o, əxlaq kimi müəyyən dar davranış qaydalarını qeyd etməyi seçmişdir. insan xoşbəxtliyi ilə heç bir əlaqəsi yoxdur; və siz deyəndə ki, bu və ya digər şeylər etmək lazımdır, çünki bu, insan xoşbəxtliyinə səbəb olacaq, bunun heç bir əlaqəsi olmadığını düşünürlər. “İnsan xoşbəxtliyinin əxlaqla nə əlaqəsi var? Əxlaqın məqsədi insanları xoşbəxt etmək deyil". Bertran Rassel
- Böyük şəxsiyyətlə gülünc şəxsiyyət arasında bir addım yol var. Napoleon Bonapart
- Böyük tullanmağı reallaşdırmaq istəyən, bir neçə addım geriyə getmək məcburiyyətindədir. Bu gün sabaha dünənlə bəslənərək yol alır. Bertolt Brext
D
[redaktə]- Dağ keçisi bir addım geri çəkilirsə, deməli sonra uzağa atılacaq. Tamil atalar sözləri
- Dünyadakı ən kövrək şey – qadın sevgisidir. Bir səhv addım, söz, baxış və heç nəyi geri qaytara bilmirsən. Erix Mariya Remark
E
[redaktə]- Elə təhnalıq var ki, üstündən sükutla keçmək olar. Qolları sinədə çarpazlayır, dizləri bükürsən və yırğalan ki, yırğalan… Bu hərəkət gəmi yırğalanmağından fərlidir, adamın ruhunu sakitləşdirir. Bu hiss haradansa içdən gəlib səni bütünlüklə ağuşuna alır. Elə tənhalıq da var ki, o səni kənardan zəbt edir. Onu sakitləşdirmək olmur. O çox canlı və azad olur, istədiyini edir. O yayılıb çoxalır, bütün ətrafını bürüyür, belədə sanki öz addım sıslərini kənardan eşidirsən. Toni Morrison
Ə
[redaktə]- Ən uzaq yolu adam addım-addım gedib gələr. Gürcü atalar sözləri
- Əsla düşünmədən addım atmamalı; Atacağın hər addımın qalar adı. Beydullah İmzaoğlu
F
[redaktə]- Fəlsəfəyə ilk addım inancsızlıqdır. Deni Didro
G
[redaktə]- Gözəllik – Allahın fəzilət ayəsidir. Hər bir təbii addım gözəldir. Ralf Uold Emerson
H
[redaktə]- Həqiqətə yaxınlaşdıqca, sizin tənhalığınız daha da bütövləşəcək, tamamlanacaq. Əzəmətli, amma boş bir qəsr, addım səsləriniz, əks-səda verən boş otaqlarda dolanırsınız. Hava təmiz və donuqdur, sanki hər şey daşlaşıb. Hərdən gözləriniz dolur, sizi ağlamaq tutur. Geri dönmək istəyirsiniz, amma qəlbinizin dərinliyində bilirsiniz ki, artıq çox gecdir, geriyə yol yoxdur. Qorxmayın, davam edin. Ən çətini arxada qalıb. Əlbəttə, hələ həyat sizi incidəcək, amma onunla sizi indi çox az şey bağlayır. Unutmayın ki, siz artıq ölmüsünüz. İndi siz əbədiyyətlə təkbətək qalmısınız. Mişel Uelbek
- Həyat sona çatdıqda və qəbirdən bizi yalnız bir neçə addım ayırdıqda, biz nadir hallarda yeni dostlar axtarırır, daha çox köhnə dostlara güvənirik. Alfred Nobel
İ
[redaktə]- İnsanların ən çox qorxduğu şey yeni bir addım atmaq,yeni bir kəlmə söyləməkdir. Fyodor Dostoyevski
- İrəli baxmamış addım atma, geri baxmamış söz demə. Çeçen-inquş atalar sözləri
Q
[redaktə]- Qəti addım atılıb. Qay Yuli Sezar
M
[redaktə]- Məqsədə çatmaq üçün bir böyük addım atmaqdansa, yüz kiçik addım atmaq yaxşıdır. Helmut Kol
- Mən stansiyamın tikintisini başa çatdırmalıyam. Bu, bəşəriyyəti bir əsr irəli aparan bir addım olacaq. Nikola Tesla
- Mükəmməlliyə çatdıqdan sonra növbəti addım minnətdarlıq olmalıdır. Uilyam Tekkerey
S
[redaktə]- Sən hara, mən də ora; addım-addım. İnsan sevdikcə yaxşılaşır, artıq anladım. Turqut Uyar
T
[redaktə]- Teatrla bağlı dövlətdən kömək almaq mənə bir az səhv addım kimi görünür. Həsən Nail Canat
Y
[redaktə]- Yalan, dörd nala gedər; gerçək, addım-addım yeriyər lakin, yenə də vaxtında yetişər. Norveç atalar sözləri
- Yalan dörd nalla gedər. Həqiqət isə addım-addım yeriyər, lakin yenə də vaxtında çatar. Yapon atalar sözləri
- Yanına qədər qaçdıqdan sonra, bir addım daha atmayacaqsansa əgər; oraya qədər əsla qaçma. Sənə deyil, gözləyənə yazıq olar. Özdəmir Asaf
- Yeməkdən sonra istirahət və ya min addım atılmalıdır. Alman atalar sözləri
- Yeni əlifba о qədər mükəmməldir ki, indiyə qədər öyrənilməsi illər tələb ədən müsəlman yazısını bu əlifbanın köməyi ilə bir ayda öyrənmək olar. Deməli, mən cəsarətli bir addım atmışam. Lakin bilmirəm, müsəlman ölkələrində mənim əlifbamı istifadə üçün qəbul edəcəklərmi? Onlar istəyirlərmi ki, nəticədə indiyə qədər mövcud olan milyonlarla kitabın lüzumsuzluğuna səbəb olan müsəlman əlifbasında belə bir çevrilişə yol versinlər? (1857-ci ildə Qafqaz canişini dəftərxanasının direktoruna yazdığı məruzəsində hazırladıgı yeni elifbası haqqında) [1] Mirzə Fətəli Axundov
İstinadlar
[redaktə]- ↑ Pərvin Məmmədova. "Atatürkün Dil Siyasəti", "AzAtaM", 2003. s. 37-38