Mişel Uelbek

Vikisitat saytından
Jump to navigation Jump to search
Michel Houellebecq
Wikipedia logo
Mişel Uelbek haqqında Vikipediyada məqalə var.

Mişel Uelbek- fransız yazıçı və şair.

  • Yaşadığınız cəmiyyətin məqsədi sizi məhv etməkdir. Siz cəmiyyətlə döyüşməyə hazırsınız. Onun silahı biganəliksə, siz biganə qala bilməzsiniz. Deməli, hücuma keçin!
  • Yaşadığımız dünyanı və həqiqəti eyni zamanda sevmək mümkün deyil. Siz artıq öz seçiminizi etmisiniz. İndi əsas məsələ seçiminizdən geri dönməməkdir.
  • Həqiqətə yaxınlaşdıqca, sizin tənhalığınız daha da bütövləşəcək, tamamlanacaq. Əzəmətli, amma boş bir qəsr, addım səsləriniz, əks-səda verən boş otaqlarda dolanırsınız. Hava təmiz və donuqdur, sanki hər şey daşlaşıb. Hərdən gözləriniz dolur, sizi ağlamaq tutur. Geri dönmək istəyirsiniz, amma qəlbinizin dərinliyində bilirsiniz ki, artıq çox gecdir, geriyə yol yoxdur. Qorxmayın, davam edin. Ən çətini arxada qalıb. Əlbəttə, hələ həyat sizi incidəcək, amma onunla sizi indi çox az şey bağlayır. Unutmayın ki, siz artıq ölmüsünüz. İndi siz əbədiyyətlə təkbətək qalmısınız.

Mənbə[redaktə]

Mişel UELBEK. Sağ qalma: esselər, şeirlər. Bakı,"Mütərcim". 2010 - tərc.: Adil Mirseyid