Nikola Tesla
Jump to navigation
Jump to search

Nikola Tesla (serb-kiril Никола Тесла, 10 iyul 1856, Smilyan, Xorvatiya – 7 yanvar 1943, Nyu-York, ABŞ) — elektrotexnika və radiotexnika sahəsində ixtiraçı, mühəndis, fizik, dəyişən cərəyanda işləyən qurğuların, çoxfunksiyalı sistemlərin və elektrik mühərrikinin yaradıcısı olmuşdur. Maqnit axını sıxlığının ölçülməsi vahidinə Teslanın adı verilib.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- “Başından yuxarı tullana bilməzsən” ifadəsi sizə tanışdır? Bu yanlış fikirdir. İnsan hər şeyi edə bilər.
- Bu gün dünyanın ən sivil ölkələri gəlirlərinin maksimumunu müharibəyə, minimumunu isə təhsilə xərcləyir. İyirmi birinci əsr bu nizamı dəyişdirəcək. Cahilliklə mübarizə aparmaq, döyüş meydanında ölməkdən daha şərəfli olacaq. Yeni elmi həqiqətin kəşfi diplomatların çəkişməsindən daha vacib olacaq. Hətta dövrümüzün qəzetləri də elmi kəşfləri, təzə fəlsəfi konsepsiyaların yaradılmasını xəbər kimi qəbul etməyə başlayırlar. İyirmi birinci əsrin qəzetləri cinayət və ya siyasi mübahisələr haqqında məlumatlara arxa səhifələrdə sadəcə “çubuq” qoyacaq, lakin birinci səhifələrdə yeni elmi fərziyyənin elan edilməsinə başlıq verəcək. Millətlər bir-birini öldürmək kimi vəhşi təcrübədə davam etdikcə, bu cür irəliləyiş mümkün olmayacaq. Mənə atamdan miras qalmışam, sülh üçün çox çalışan arif insan, müharibəyə nifrət.
- Buraxın gerçəkləri gələcək söyləsin və hamıyı əsərləri və nailiyyətlərinə görə dəyərləndirilsin. Bu gün onların olsun, amma üzərində işlədiyim gələcək mənimdir.[1]
D[redaktə]
- Dünyamız böyük bir enerji okeanında yerləşir və biz bu sonsuz məkanda ağlasığmaz bir sürətlə uçuruq. Ətrafda hər şey, bütün enerji fırlanır, hərəkət edir. Qarşımızda bu enerjini əldə etməyin üsulunu tapmaq kimi çox böyük bir vəzifə durur. Əgər bu tükənməz mənbədən bu enerjini ala bilsək, o zaman bəşəriyyət nəhəng addımlarla irəliləyəcəkdir.
E[redaktə]
- Elm qeyri-fiziki hadisələri öyrənməyə başladığı gün, mövcud olduğu bütün əvvəlki əsrlərdən daha çox bir onillikdə daha çox inkişaf edəcək.
Ə[redaktə]
- Əgər mənim qarşımda hansısa bir yorucu vəzifə dururdusa, mən ona təkrar-təkrar qayıdır və onu etməyənə qədər sakitləşmirdim. Beləliklə, mən günlərlə, səhərdən axşama qədər onlarla məşğul olurdum. Əvvəlcə bu, meyllərə və arzulara qarşı güclü əqli səy tələb edirdi, lakin illər keçdikcə bu ziddiyyət zəiflədi və nəhayət, mənim iradəm və istəyim eyni oldu. Bu gün də belədir və mənim bütün uğurlarımın sirri bundadır.
H[redaktə]
- Hər hansı bir dövlətə hücum etmək imkanı yoxdursa, müharibələr sona çatacaq.
- Hətta ən kiçik varlığın hərəkəti bütün kainatda dəyişikliklərə gətirib çıxarır.
İ[redaktə]
- İndiki zaman onlara aid ola bilər, amma üzərində işlədiyim gələcək mənə aiddir.[2]
- İndiyə qədər nə etmişəmsə, bunu bəşəriyyət üçün etmişəm; varlılar tərəfindən yoxsulların alçaldılması və sıxışdırılması olmayacaq bir dünya naminə.
- İnsanın ürəyini, bir alimin öz beyninin yaratdığı məhsulun uğur qazanmasını görməkdən çox həyəcanlandıran bir şey olmadığını düşünürəm. Bu hisslər insana yeməyi, yatmağı, dostları, sevgini, qısaca hər şeyi unutdurur. [3]
- İnsan haqqında danışarkən bütövlükdə bütün bəşəriyyəti təsəvvür edirik və ayrıca bir şəxsə elm metodlar tətbiq edərkən bu fiziki faktı nəzərə almaq lazımdır. Məgər bu gün bu milyon fərdlərin, sonsuz tiplərin, xarakterlərin bütöv bir vahid təşkil etməsinə kimsə şübhə edə bilərmi?
- İnstinkt biliyi aşan bir şeydir.
- İntuisiya dəqiq biliyi üstələyən bir şeydir. Şübhəsiz ki, beynimiz çox həssas sinir hüceyrələrinə malikdir və bu, məntiqi nəticələrin və ya zehni səylərin müəyyən edə bilmədiyi həqiqətləri hiss etməyə imkan verir.
- İradə və hərəkətimizdə sərbəst olsaq da, biz birik və göydəki ulduzlar kimi bir-birimizə qırılmaz tellərlə bağlıyıq. Bu tellər görünmür, amma biz onu hiss edirik. Mən barmağımı kəsirəm və barmağımdan qan axır: bu barmaq mənim bir hissəmdir. Mən dostumun ağrısını görürəm və bu ağrı mənə də təsir edir. Biz dostumla vahid bir varlığıq. Mən bütün kainatda ən az yazığım gəldiyi məğlub düşməni seyr edəndə belə kədərlənirəm. Məgər bu, bizim hamımızın bütöv bir vahidin hissəcikləri olduğumuza sübut deyilmi?
M[redaktə]
- Markoni yaxşı dostdur, 17 dənə patentimi istifadə edir. Qoyun davam etsin.[4]
- Mən bu gün üçün yox, gələcək üçün çalışıram..
- Mən dünyanı parçalaya bilərdim, amma bunu heç vaxt etməyəcəyəm. Mənim əsas məqsədim yeni hadisələri qeyd etmək və yeni tədqiqatların başlanğıc nöqtəsi olacaq ideyaları yaymaqdır.
- Mən nəhayət ki, ildırımın gücünü üstələyən enerji yaratmağı bacardım.
- Mən stansiyamın tikintisini başa çatdırmalıyam. Bu, bəşəriyyəti bir əsr irəli aparan bir addım olacaq.
- Mən tamamilə üzülmüşəm, amma işimi dayandıra bilmirəm. Mənim eksperimentlərim o qədər vacib, o qədər gözəl, o qədər təəccüblüdür ki, yemək yeməyə ərinir, yatanda belə onları düşünürəm. Güman edirəm ki, ölənə qədər işimi davam etdirəcəm.
- Mənə modellər, təsvirlər, təcrübələr lazım deyil. İdeyalarım yarananda təsəvvürümdə cihaz qurmağa başlayıram, konstruksiyanı dəyişirəm, onu təkmilləşdirir və işə salıram. Mənim üçün cihazın fikirlərimdə, yaxud emalatxanamda sınaqdan keçirililməsinin heç bir fərqi yoxdur- nəticələr eyni olacaqdır.
- Mənim beynim yalnız qəbuledici bir qurğudur. Kosmik məkanda bilik, güc, ilham aldığımız hansısa bir mərkəz var. Mən bu mərkəzin sirlərinə nüfuz etməmişəm, amma onun mövcud olduğunu bilirəm.
- Müasir elm adamları aydın düşünmək əvəzinə dərindən düşünürlər. Aydın düşünmək üçün sağlam düşüncəyə malik olmaq lazımdır, dərin düşünməyi isə dəli də bacarır.
- Müasir elm deyir: “Günəş keçmişdir, yer bu gün, ay gələcəkdir”. Biz közərmiş kütlədən yaranmışıq və donmuş kütləyə çevriləcəyik. Təbiət qanunu amansızdır və biz sürətlə və qarşısıalınmaz şəkildə öz əzabımıza çəkilirik.
N[redaktə]
- Nə qədər insan məni xəyalpərəst adlandırıb, gələcəyi görə bilməyən dünyamız məni ələ salıb. Eybi yox, zaman hər şeyi mühakimə edəcək.
- Nifrətiniz elektrikə çevrilsəydi, bütün dünyanı işıqlandırmağa bəs edərdi.[5]
O[redaktə]
- O vaxtdan 80 il keçdi və mən yenə də özümə “elektrik nə olan şeydir?” sualını verirəm, amma cavab verə bilmirəm.
- Onun istedadları fonunda mənim istedadım çox solğun görünürdü. Mənim tərifə layiq bütün hərəkətlərim valideynlərimdə itki hissi oyadırdı. Ona görə də mən özümə güvənmədən böyümüşəm.
S[redaktə]
- Sahib olduğumuz əxlaqi dəyərlər və qüsurlar bizim ayrılmaz bir parçamızdır, lap maddə və enerji kimi. Əgər bunlar bir-birindən ayrılarsa ortada insan olmaz.
- Sivilizasiyanın yayılmasını odla müqayisə etmək olar. Bu, əvvəlcə zəif bir qığılcım, sonra sayrışan bir od, daha sonra isə sürətli və güclü bir alov.
T[redaktə]
- Tarixdə ən böyük olan bu müharibə nəticəsində bəşəriyyətin etdiyi qurbanlara haqq qazandıracaq yeni bir dünya yaranmalıdır. Bu yeni dünya güclülərin zəifləri, yaxşıların pisləri istismar etmədiyi, varlıların kasıbları alçatmadığı, ağılın, elmin, sənət əsərlərinin həyat şəraitini yüngülləşdirmək və yaxşılaşdırmaq üçün ayrı-ayrı şəxslərin sərvət toplamasına yox, bütövlükdə bütün cəmiyyətə xidmət edən bir dünya olacaq. Bu yeni dünya alçaldılmış və əsarət altına alınmış insanların olmadığı bir dünya olacaq. Bu dünya ləyaqət və hörmətdə bərabər, azad insanlar və xalqlar dünyası olacaqdır.
- Təbiət qədər insanın diqqətini cəlb edə biləcək və araşdırma mövzusu olmağa layiq başqa bir şey yoxdur. Onun nəhəng mexanizmini dərk etmək, yaradıcı qüvvələrini kəşf etmək və onu idarə edən qanunları bilmək insan ağlının ən böyük məqsədidir.
- Təbiətlə ünsiyyət vücudumu və ağılımı gücləndirdi.
- Tələbə səhv edərsə, bu bir o qədər qorxulu deyil. Əgər böyük zəka sahibləri səhv edərsə, bu, dünyaya çox baha başa gələr.
- Tənhalıqda ağıl daha kəskin olur. Düşünmək və icad etmək üçün böyük bir laboratoriyaya ehtiyac yoxdur. İdeyalar xarici şərtlərin ağıla təsir göstərməməsi şəraitində yaranır. İxtiraçılığın sirri tənhalıqdadır. İdeyalar tənhalıqda yaranır.
V[redaktə]
- Varlığımızın böyük sirlərini hələ açmaq lazımdır. Hətta ölüm belə son olmaya bilər.
İstinadlar[redaktə]
- ↑ Tesla: Man Out of Time (2001), Margaret Cheney, s. 230
- ↑ http://nationalgeographic.com.tr/
- ↑ Quoted in Marconi and Tesla: Pioneers of Radio Communication (2008) by Tim O'Shei, ISBN 159845076X , p.5
- ↑ pbs.org
- ↑ Söz Dünyası