Vacib

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Allah ədaləti qəlblərin rahatlığı üçün vacib buyurmuşdur. [1]
  • Allah orucu vacib etdi ki, bəndələrin ixlası (səmimiliyi) sübut olsun. Fatimə
  • Allah-taala insanı təkəbbürdən çəkindirmək üçün namazı ona vacib etdi.[2]
  • Allah-taala orucu ixlasın möhkəmliyi üçün vacib etmişdir.[3]
  • Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel

B[redaktə]

  • Başqa sözlə desək, öz natiqlik qabiliyyətlərinizi inkişaf etdirin. Öz ideyalarını effektiv şəkildə təqdim etmək, elə təkmilləşmə və peşəkarlıq səviyyəsi qədər vacib nüansdır. Öz nitqiniz üzərində işləyin, onun aydın, səlis və ifadəli olmasına diqqət yetirin. İctimai, açıq çıxışlarda məşq edin – bunu o qədər davam etdirin ki, auditoriya qarşısında olarkən özünüzü öz doğma evinizdə olduğu qədər sərbəst, təbii və rahat hiss edəsiniz. Auditoriyanın idarə etmək qabiliyyəti, əla təqdimat bacarığı – liderin xarizma və özünə əminlik qədər başlıca və ayrılmaz keyfiyyətləridir. Napoleon Bonapart

C[redaktə]

  • Cəsarət insan xarakterinin ən vacib xüsusiyyətlərindən biridir. Xarakterin digər xüsusiyyətləri cəsarətin sayəsində inkişaf edir. Uinston Çörçill

Ç[redaktə]

  • Çox yeyənlər deyil, ən vacib qidanı qəbul edənlər sağlam ola bilərlər. Aristipp

D[redaktə]

D[redaktə]

  • Doğrudan da, ən aktual, ən vacib vəzifə uşaq və gənclərin təhsilidir... Adətən təhsili tərbiyə ilə qarışdırmaq adətdir, lakin artıq başa düşmək vaxtıdır ki, məktəb təhsili əksər hallarda qurulduğu kimi, təkcə gəncliyin əxlaqi tərbiyəsinə töhfə vermir, əksinə hərəkət edir. Anglo-Sakson ölkələrində məktəblər əsasən gənclərin əqli inkişafının zərərinə olan fiziki inkişafı ilə məşğul olurlar. Amma idmana hədsiz həvəs xarakterin kobudlaşmasına, zehni degenerasiyaya və yeni xəstəliklərə gətirib çıxarır. Düzdür, müasir ailə şəraitində evdə təhsilin vəziyyəti o qədər də yaxşı deyil. Ona görə də uşaq və gənclərin mənəvi baxımdan ağır və sahibsiz vəziyyətinə ən ciddi diqqət yetirməyin vaxtı çatıb. Bir çox uca məfhumlar vərdişdən tamamilə çıxıb, ən vulqar rahatlıq və statusa asanlıqla nail olmaq üçün gündəlik düsturlarla əvəzlənib...Təhsil proqramı həyatın özü qədər genişdir. Təkmilləşdirmə imkanları tükənməzdir...Biz bütün məktəb təhsilinə yeni yanaşma və yenidənqurma ərəfəsindəyik... Elmin bütün sahələrində yeni kəşflərin kəmiyyəti və sürəti o qədər sürətlə artır ki, tezliklə müasir məktəb təhsili dövrün yeni nailiyyətləri və tələbləri ilə ayaqlaşa və onlara cavab verə bilməmək; bütün təhsil sistemində yeni üsullar işlənib hazırlanmalı olacaq. Helena İvanovna Roeriç

E[redaktə]

  • Elə də əhəmiyyətli olmayan mövzular haqqında qərar verəndə baş verə biləcək bütün mənfi və müsbət halları nəzərdən keçirməyi həmişə faydalı hesab etmişəm. Ancaq iş və ya həyat yoldaşı seçimi kimi həyati məsələlərdə verilən qərarların daxilimizdən qeyri-şüuri şəkildə gəldiyinə inanıram. Məncə, həyatda bu cür vacib qərarlar verdiyimiz vaxt bizi yönləndirən qüvvə insan təbiəti üçün zəruri olan ən dərin ehtiyaclardan biridir. Ziqmund Freyd
  • Evlilik sevgidən daha vacibdir, mən burada köhnə qaydaları üstün tuturam – ən vacib olan hörmətdir. Ancaq bunu heyrətlə səhv salmaq olmaz. Bütün evlilik boyu ərinizə heyrətlənmək çox darıxdırıcıdır və bu boynun arxasında revmatik ağrılarla bitəcək. Aqata Kristi

Ə[redaktə]

  • Əgər lazımsız işlərə vaxt qalırsa, deməli, hansı isə vacib işlərə vaxt çatmayacaq. Əbu Turxan

H[redaktə]

  • Həqiqət hər yerdə, xüsusilə tərbiyədə vacib şərtdir. Lev Tolstoy
  • Hələ təsdiq olunmamış və qadın ruhuyla bağlı 30 il davam edən araşdırmalarıma qarşı, mənim də təsdiq etməyi bacarmadığım çox vacib bir sual var: Qadın nə istər? [4] Ziqmund Freyd
  • Həyatın 3 qanunu var: İkisini bilmək vacib deyil. Üçüncüsü isə həyatın heç bir qanunu yoxdur. V for Vendetta

X[redaktə]

  • Xeyr, bu hiylə işləməyəcək ... Kimya və fizika qanunları ilk sevgi kimi vacib bir bioloji hadisəni necə izah edə bilər. Albert Eynşteyn
  • Xəyal bilikdən daha vacibdir. Bilik məhduddur, xəyal isə bütün dünyanı əhatə edir, təkamül yaradan tərəqqini stimullaşdırır. Albert Eynşteyn

İ[redaktə]

  • İnsanın öyrənməsi vacib olan ilk dil, şirin dildir. Barış Manço
  • İnsanın özü ilə dostluq etməsi çox vacib amildir. Əgər özünlə dostluq etməsən, başqa heç kimlə də dostluq edə bilməyəcəksən. Eleanora Ruzvelt

K[redaktə]

  • Kitab hələ müqəddəsdir mənim üçün... Söz hələ vacib və hərf hələ müəmma. Əlif Şəfəq

Q[redaktə]

  • Qeyrət ona deyilir ki, xalqı, ya da qorunması vacib olan başqa şeyləri mühafizə etməkdə laqeydlik göstərməyəsən. Nəsirəddin Tusi

M[redaktə]

  • Mən hesab edirəm ki, səhvlər və yanılmalar insanın həyatında mutasiya və biologiya qədər vacib rol oynayır. Corc Soros

N[redaktə]

  • Necə qəribədir! İnsan poçtdan vacib bir şey çıxmayacağını bilir, amma yenə də dörd gözlə məktub gözləyir. Virciniya Vulf

S[redaktə]

  • Süfrənin on iki qaydası var ki, hər bir müsəlman onları bilməlidir: Onların dördü vacib, dördü sünnə (müstəhəbb) dördü isə ədəbə riayət etməkdir. Vacib olan dördü: mərifət, razılıq, Allahın adını dilə gətirmək və şükr etmək; sünnə olan dördü: yeməkdən əvvəl əlləri yumaq, bədənin sol tərəfi üstündə oturmaq, üç barmaqla yemək və barmaqları yalamaq; ədəbə görə olanlar isə - qarşında olanı yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və camaatın üzünə az baxmaqdan ibarətdir."[5] İmam Həsən

Ş[redaktə]

  • Şimal xalqları arasında azad sevgi münasibətləri çox adidir. Bu, ola bilsin ki, soyuq hava şəraitində həyat uğrunda mübarizə aparmağın zəif inkişaf etmiş mənəviyyatı inkişaf etdirməkdən daha vacib olmasındandır. Rual Amundsen

T[redaktə]

  • Təhsil gözəl şeydir, ancaq bunu da vaxtaşırı xatırlamaq yaxşı olardı ki, bəzən öyrənilməsi vacib olan şey, heç vaxt öyrədilmir. Oskar Uayld

V[redaktə]

  • Vacib olan dərdlərdən uzaq qalmağı necə bacara bildiyiniz deyil; başınız dərdə girdiyində bunun öhdəsindən necə gəldiyinizdir. Pol Oster
  • Vacib olan heç nə təcili deyil. Təcili olan hər şey yalnız çaxnaşmadır. Sun Dzı

Z[redaktə]

İstinadlar[redaktə]

  1. İləlül Şəraye, səh. 248, hədis 2
  2. Biharul-Ənvar, c. 82, səh. 209, hədis 19
  3. Biharul-Ənvar, c. 96, səh. 368, hədis 4
  4. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015
  5. Vəsailuş-Şiə, c. 16, səh.539, hədis 1
  6. Biharul-Ənvar, c. 78, səh. 374, hədis 22.