Səhifə

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Bu ölkə qəzetlərinin 2-ci səhifəsində məşhurların necə yaşadıqları, 3-cü səhifəsində sadələrin necə öldükləri yer alır. Can Dündar

D[redaktə]

  • Dəftər eyni olduğu müddətcə, yeni bir səhifə açmağın nə əhəmiyyəti var? Tom Robbins
  • Dirilik, iştə bir mövzu ki, səhifələr dolusu yazı yazdıra bilər, fəqət biz “dirilik”i anladığımız kimi anlatmaq üçün halhazırda dirilik üçün olunan hərblərdən və dirilik naminə icra olunan şəttatlardan daha bəliğ bir bəyаn olamaz zənnindəyiz. Məmməd Əmin Rəsulzadə

H[redaktə]

  • Heç bir zaman həyatdan dümağ bir səhifə gözləmə! Çünki ikinci səhifə belə, birincinin izlərini daşıyar. Robin Şarma
  • Hər kəs öz keçmişini qəlbi ilə bildiyi bir kitabın səhifələri kimi bağlı saxlayar. Və dostları, sadəcə onun ön sözünü oxuya bilər. Virciniya Vulf
  • Həyat imtahandırsa, onda əziyyət çəkmə heç, adını yaz və çıx. Bəlkə keçməzsən, amma adının altında tərtəmiz bir səhifə qoyub gedərsən. Əziz Nesin
  • Həyatımızın bir səhifəsini də cırıb ata bilmərik, amma həyatımız yazılmış romanı ocağa atıb tam külə döndərərik. Jorj Sand

O[redaktə]

  • Ortalıqda belə bir şayiə də dolaşırdı ki, guya bəzi klassik əsərlər – məsələn, Şerlok Holms haqda olan kitab – ona görə kitabxanamızda yoxdur ki, orda əsas qəhrəmanlar çox siqaret çəkir. Və əgər şəkilli kitabda və ya jurnalda qabağımıza cırılmış səhifə çıxırdısa, bəziləri deyirdi ki, yəqin orda kimsə siqaret, ya da qəlyanla təsvir olunub. Kazuo İşiquro

Ö[redaktə]

  • Ömür səhifəsinə gözəl əməllərdən başqa heç nə yazmayın. Əbdürrəhman Cami
  • Öz xalqının tarixini, qonşu ölkələrin tarixini bilmək hər kəs üçün, lakin böyüməkdə olan gənc nəsil üçün daha vacibdir. Onlar qəhrəmanlıq səhifələri vətənpərvərlik və Vətənlə bağlı hər şeyə məhəbbət hissləri tərbiyə edən Azərbaycan tarixi ilə bağlı dərin bilgilərə sahib olmalıdırlar. Ziya Bünyadov

T[redaktə]