Ziya Bünyadov

Vikisitat saytından
Jump to navigation Jump to search
Ziya Bünyadov
Ziya Bunyadov - Fakhri Khiyaban.jpg
Doğum tarixi 21 dekabr 1923
Doğum yeri Astara, Azərbaycan SSR, SSRİ
Vəfatı 21 fevral 1997
Vəfat yeri Bakı, Azərbaycan
Wikipedia-logo-v2.svg Vikipediya məqaləsi

Ziya Musa oğlu Bünyadov (21 dekabr 1923, Astara, Azərbaycan SSR, SSRİ – 21 fevral 1997, Bakı, Azərbaycan) — Azərbaycan şərqşünası, tarixçi, Sovet İttifaqı Qəhrəmanı[1], Dövlət Mükafatı Laureatı və əməkdar elm xadimi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Ö[redaktə]

  • Ölümdən qorxmaq yox, onu yaşamaq lazımdır.[1]
  • Nəsiminin diri-diri dərisinin soyulması sonralar xalq tərəfindən yaranmış bir əfsanədir və geniş kütlənin ona olan hüsn-rəğbətinin rəmzidir.[2]
  • Mifologiya, insanların ətraf aləmdə baş verən və mahiyyətini anlaya bilmədikləri hadisələri izah etmək üçün onların haqqında bəsit düşüncə ilə obrazlı şəkildə uydurduqları fantastik hekayələrdir.[3]
  • Bir dəstə pozğun ünsürün törətdiyi əməlləri bütün erməni xalqının adına yazmaq olmaz.[4]
  • Daşnak başçıları Türkiyənin zəhmətkeş erməni xalqını özlərinin çirkin fəaliyyətlərinə şərik etmək üçün, erməniləri öldürüb günahı türklərin üstünə atmaq kimi alçaq əməllərdən belə çəkinmirdilər.[4]
  • Öz dövlətçiliyini IV əsrdə itirmiş ermənilərə sovet hakimiyyəti 1921-ci ildə dövlət hədiyyə elədi.[4]
  • Poqosyan, Balayan, Kaputikayan tipli ayrı-ayrı daşnakların millətçi və rasist hoqqabazlıqlarına baxmayaraq, azərbaycanlılar, ermənilər, gürcülər, ləzgilər və Qafqazın digər xalqları əsrlərlə birlikdə yaşayıblar və bundan sonra da yaşayacaqlar.[4]
  • İyirmi ildən artıq xilafətə qarşı kəskin və cəsur azadlıq mübarizəsi aparmış bir xalqı şən və qayğısız ömür sürən başıpozuq bir kütlə kimi qələmə vermək mümkün deyil.[5]
  • Babək Hürrəmi bütün ömrü boyu xilafətə qarşı vuruşaraq, Azərbaycanda islama qədərki dövrdə mövcud olmuş, bu və ya digər şəkildə zərdüştlük və zəzdəkiliklə bağlı qayda-qanunların bərpasına can atmışdı.[5]
  • Beləliklə, aydındır ki, əgər ermənilər xristianlığı 327–ci ildə qəbul ediblərsə, albanlar artıq 270 il xristianlıqda idilər və bu tarix eramızın 54–cü ilinə müvafiqdir. Xaçpərəstliyi İsanın şagirdləri – həvvariləri Faddey, Yelisey və Varfolomeydən qəbul etdiyi üçün Albaniya kilsəsi birinci həvvari kilsəsidir (pervo – apostolskaya).[6]
  • Atabəy Eldəniz əsl hökmdar idi. Əmrləri O, verir, İqta torpaqlarını paylayır, dövlət xəzinəsinə o, nəzarət edirdi. Sultan Arslan Şah İbn Toğrulun ancaq adı hökmdar idi.[7]
  • Marağa Rəsədxanasındakı əlyazmaları arasında azərbaycanlı müəlliflərin də əsərləri olub. Əbu Əli Əhməd ibn Məhəmməd Bərdəinin (498-də (1104) vəfat edib) tarix; Şəmsəddin Məhəmməd ibn Əsman Sərəvinin (660-da (1262) hələ sağ imiş), «Sicili Fətan əl fityan» (Cavan mərdlərə nəsihətlər 16 toplusu); Mühtəsəddin Əbülxeyrin «Tarixi Azərbaycan» (Azərbaycan tarixi) (təxminən 540-cı (1145) ildə yazılıb); Qazi Əfrələddin Təbrizinin (620 1223) «Sirət Nüsrət əd-Din Piskin əs-Sani» (II Nusrətəddin Pişkinin ömür yolu) və başqalarını göstərmək olar.[8]
  • Keçmişi bilmədən, tarixi təcrübəni ümumiləşdirmə qabiliyyətinə sahib olmadan, ondan lazımi nəticələr çıxarmaq, gələcəyi proqnozlaşdırmaq, hansısa ciddi planlar qurmaq mənasızdır![9]
  • Öz xalqının tarixini, qonşu ölkələrin tarixini bilmək hər kəs üçün, lakin böyüməkdə olan gənc nəsil üçün daha vacibdir. Onlar qəhrəmanlıq səhifələri vətənpərvərlik və Vətənlə bağlı hər şeyə məhəbbət hissləri tərbiyə edən Azərbaycan tarixi ilə bağlı dərin bilgilərə sahib olmalıdırlar.[9]
  • Bugünkü fikir gücü dünənkindən alır.[9]
  • Mən, keçmişi idealizə etmək fikrindən uzağam, ancaq xalq öz tarixini bilməlidir...[9]

İstinadlar[redaktə]