İmadəddin Nəsimi
Jump to navigation
Jump to search
İmadəddin Nəsimi | |||
Doğum tarixi | 1369 | ||
Doğum yeri | Şamaxı | ||
Vəfatı | 1417 | ||
Vəfat yeri | Hələb, Suriya | ||
|
İmadəddin Nəsimi (tam adı: Seyid Əli ibn Seyid Məhəmməd; d. 1369, Şamaxı – 1417, Hələb, Suriya) — Azərbaycan şairi, mütəfəkkir. "İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ayrılıq əziyyətini görməyənin, eşq bəlası çəkməyənin dərdi dərmansızdır.[1]
- Ayrılıq dərdindən o qədər zəiflədim ki, nəqqaşlar belə surətimi xəyallarına gətirə bilməzlər.
C[redaktə]
- Cahanda zalımlıqları ilə məşhur olan Şəddad Nəmrudun belə etmədiyi bir zülmü mənə ayrılıq etdi. [2]
D[redaktə]
- Dünya duracaq yer deyil, ey can, səfər eylə,[3]
Ə[redaktə]
- Əfsun və əfsanələrlə kimsə həqiqi insan rütbəsinə yüksələ bilməz.
M[redaktə]
- Məndə sığar iki cahan, mən bu cahanə sığmazam.
Ö[redaktə]
- Ömür səmum küləyidir, sərvət, dövlət toza bənzər.
T[redaktə]
- Tərbiyə böyük aləmdə, kiçik aləm olan insanı fəaliyyətə hazırlayır, özünə özünü tanıdır. Bütün maddi və mənəvi aləmi özündə birləşdirən “mən”ini inkişaf etdirir və haqqa qovuşdurmuş olur.
Z[redaktə]
- Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar,
Gör bu gerçək aşıqı sərpa soyarlar ağrımaz.
İmadəddin Nəsimi haqda sitatlar[redaktə]
- Nəsiminin diri-diri dərisinin soyulması sonralar xalq tərəfindən yaranmış bir əfsanədir və geniş kütlənin ona olan hüsn-rəğbətinin rəmzidir. - Ziya Bünyadov[4]
Mənbə[redaktə]
- İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Bakı, 1985
İstinadlar[redaktə]
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.128
- ↑ Aforizmlər. Bakı, 2013. səh.18
- ↑ Aldanma anın alinə, andan həzər həzər eylə.
- ↑ Akademik Ziya Bünyadovun fərziyyəsi: "Nəsimini diri-diri soymayıblar”