Jorj Sand

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar
Corc Sənd

Mündəricat

A[redaktə]

  • Analıq əlbəttə ki, insanı sonsuz dərəcədə xoşbəxt edə bilir. Amma sevgidə, evlilikdə olan xoşbəxtlik insana elə baha başa gəlir ki, onu heç düşmənimə də arzulamaram.

B[redaktə]

  • Bəzən bircə kişinin ağlına təsir edə bilməyən kişilər qadınların ağlını əlindən alıb ona sonsuz dərəcədə təsir göstərə bilirlər.

E[redaktə]

  • Elə xatirələr var ki, danışarkən gözəlliyi gedər.
  • Evlilik evlənənə qədər çox gözəl olur.

F[redaktə]

  • Fikirlərinin yaşını heç kimə açma.

H[redaktə]

  • Hər şeyi bilmək lazım deyil, hər şeyi anlamaq kifayət edər.
  • Həyat çox vaxt romana bənzəyir, nəinki bizim romanlar həyata.
  • Həyatda bir dənə də kişi tapılmaz ki, qadının təkcə ruhu və mahiyyətiylə uzun müddət kifayətlənə bilsin.
  • Həyatda bir sevinc var – sevib sevilmək.
  • Həyatda dostluqdan gözəl bir şey çətin tapılar.
  • Həyatımızın bir səhifəsini də cırıb ata bilmərik, amma həyatımız yazılmış romanı ocağa atıb tam külə döndərərik.

İ[redaktə]

  • İnsan qəlbi heç vaxt dərinliyinə nüfuz edilməmiş və nüfuz edilməyəcək iztirablar yeridir.
  • İztirab çəkməmiş bir ruh səadətdən nə anlaya bilər?

K[redaktə]

  • Kişi həmişə uşaqdı, hətta böyüsə belə əlində hakimiyyət tutmuş uşaqdı.

Q[redaktə]

  • Qoy başqaları bir-birinə tənbəllikdən öyrəşsin, etinasızlıqdan bağışlasın.

M[redaktə]

  • Mən başqalarının bağbanlıqla məşğul olduğu kimi ədəbiyyatla məşğulam.
  • Mənim peşəm azadlıqdı, mənim arzum heç kimdən nə sədəqə, nə də mərhəmət gözləməkdi.

S[redaktə]

  • Sevgi haqqında ağıllı sözlər deyən kişi aşiq olmayıb.
  • Sevgisiz evlənmə ömürlük katorqadır.
  • Səni unudanların çiçəkləri məzar üzərində daha yaxşı bitir.
  • Sıxıntılardan qurtulmaq istəyirsənsə, daim işləyin.

Ş[redaktə]

  • Şüur heç vaxt ağlamır, bu onun işi deyil. Ürəksə heç vaxt düşünmür, o bizə bununçün verilməyib.

Məqalə ilə əlaqəli digər Vikimedia səhifələri:

Wikimedia Commonsda Jorj Sand ilə əlaqəli mediafayllar var.

Vikpediyada Jorj Sand haqqında məqalə var.