Avreli Avqustin
Jump to navigation
Jump to search
Avreli Avqustin - (354-430-cu illər) - Xristian teoloqu “kilsənin atalarından” biri.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Adamlar çox vaxt öz səhvlərini ört-basdır etmək üçün qəzəblənirlər.
- Ağlı olanın inamı da var.
B[redaktə]
- Belə düşünürəm ki, həqiqəti yalnız Allah bilir və ola bilsin ki, insan ruhu da həmin o həqiqətə öz bədənini, yəni bu qaranlıq zindanı tərk etdikdən sonra sahib olur.
- Bədənin səfası dərman, ruhun səfası dostdur.
Ə[redaktə]
- Əgər Allah qadını kişinin xanımı təyin etsəydi, onu başdan yaradardı, əgər qul yaratsaydı, ayaqdan yaradardı, amma, o, qadını rəfiqə və kişiyə bərabər təyin etdiyindən qabırğadan yaradıb.
- Əxlaq hər şeyi əvəz edə bilər, amma əxlaqın yerini heç nə verməz.
- Ən çox o siyasətçi uğur qazanır ki, bütün düşündüklərini tez-tez və digərlərindən ucadan deyir.
H[redaktə]
- Hər bir insanı - insan olduğuna görə, Allah naminə, Allahı isə onun özü naminə sevmək lazımdır.
İ[redaktə]
- İnanc görmədiyimizə inanmaqdır. Bunun mükafatı da inandığımızı görməkdir.
- İnsanın özü bəşər övladlarının yaratdığı möcüzələrin ən böyüyüdür.
K[redaktə]
- Kitablar həyatım, təcrübələrim isə müəllimimdir.
Q[redaktə]
- Qadın elə bir mələkdir ki bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir. [1]
M[redaktə]
- Məndən soruşanda ki, zaman nədir, mən çaşqınlıq içində susuram. [2]
Ö[redaktə]
- Öz pisliyini etiraf etmək yaxşılıq etməyin başlanğıcıdır.
S[redaktə]
- Sev və nə istəyirsən et.
V[redaktə]
- Vərdişlər tərk edilməsə, zaman keçdikcə ən çox ehtiyac hiss edilən şeylərə çevrilir.
Z[redaktə]
- Zaman yaraları sağaldır.
- Zaman nədir? Əgər heç kim məndən bu barədə soruşmasa mən bilirəm zaman nədir; əgər mən soruşana izah etməyə çalışsam mən bilmirəm.
- Zənginlərin evində par-par parlayan qızıldan gözləriniz kor olacaq dərəcədə qamaşır. Siz, əlbəttə onların nəyə sahb olduğunu görürsünüz, çatışmazlıqlarını yox.
- Zəruri olanda- birlik, şübhəli olanda – azadlıq, hər şeydə məhəbbət var.