Kəşf

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağıl gözəlliyi ona deyilir ki, istər mübahisə, istər tədqiqat, istərsə kəşfdə həqiqət necədirsə, həmin hədd və həmin kəmiyyətdə qorunub saxlanılsın, nə daxili ehtimala, nə də xarici təsirə yol verilməsin. Nəsirəddin Tusi
  • Atom indi daha yeni, radioaktivlik xətti boyunca öyrənilir və bir çox hallarda aktiv şüalanmanın davam etdiyi aydın olur. Bu kəşfin hara aparacağını söyləmək mümkün deyil, çünki radioaktiv maddələrin tədqiqi hələ başlanğıc mərhələsindədir və əslində çox az şey məlumdur. Əvvəlki fizika elminin çox hissəsi radiumun kəşfi ilə inqilab etdi və elm adamları nə qədər çox bilsələr, bizim çox böyük kəşflərin astanasında dayandığımızı (özlərinin də başa düşdüyü kimi) bir o qədər aydın olur. Alisa Beyli

B[redaktə]

  • Bəlləyərək deyil, kəşf edərək anlamaq lazımdır. Riyaziyyat onsuz da həmişə varıydı. Cahid Arf
  • Bir qadının içindəki mələyi bir kişi kəşf edər, amma o mələyin bütün məsumluğunu yox edəcək olan yenə kişidir. ( A.Huxley)
  • Bundan 20 il sonra etdiklərinə görə yox, edə bilmədiklərin üçün kədərlənəcəksən; ona görə kəndirləri aç, etibarlı limandan uzaqlara yelkən aç, küləyi tut, araşdır, arzula, kəşf et. Oldos Haksli

D[redaktə]

  • Dünyaya necə göründüyümü bilmirəm ; amma mən özümü, hələ kəşf edilməmiş gerçəklərlə dolu bir okeanın sahilində oynayan, düz bir çay daşı ya da gözəl bir dəniz qabığı tapdığında sevinən bir uşaq kimi görürəm. İsaak Nyuton

E[redaktə]

  • Elm “alın yazısını” qəbul etmədi, amma “genetik proqram” adı altında onu özü kəşf etdi. Tur Xander
  • Elm atom bombasını kəşf etdi,lakin əsl pislik insanların beyinlərində və qəlblərindədir. Albert Eynşteyn

Ə[redaktə]

  • Əgər elektrik kəşf olunmasaydı, biz televizora qaranlıqda baxmalı olardıq. Müəmmər əl-Qəzzafi
  • Ən böyük kəşf insanın özündə olanı tapmaqdır. Uilyam Şekspir
  • Əsas əhəmiyyətli olan şey, xoşbəxtliyi nəyin gətirəcəyini kəşf etməkdir.Tenzin Gyatso

H[redaktə]

  • Hardasa inanılmaz nəsə kəşf edilməyini gözləyir. Karl Saqan
  • Heç bir şey icad edilmədi, yenidən kəşf edildi. Oqust Rodin

İ[redaktə]

  • İnsanın meymun mənşəyini Qərbdə, İnsanın Tanrı mənşəyini Şərqdə kəşf ediblər. Yaşar Qarayev

K[redaktə]

  • Kainatın mərkəzi kəşf edildiyində bir çox insan özlərinin mərkəz olmadığını anlayıb kədərlənəcək. Bernard Beyli
  • Kəşflər, kəşflər, kəşflər! Hər gün neçə-neçə kəşflər edilir! Yenə də, gündən-günə həyat kədərlə dolur. Artıq, cəhənnəmi təsvir edə bilmək üçün, xəyal gücünüzə ehtiyacınız yoxdur. Dünyaya işarə edib, “Bax, Cəhənnəm belə bir şeydir.” deməyiniz kifayətdir. Yaxşı bəs, bu mərhələyə necə gəldik? Səbəb budur ki, insan özünü kəşf edə bilmədi. Oşo

Q[redaktə]

  • Qadınlar predmetlərə dair heyrətamiz instinktə sahibdirlər. Belə ki, onlar aşkar olanın xaricində hər şeyi kəşf edə bilirlər. Oskar Uayld

M[redaktə]

  • Mən və mənim köməkçilərim heç vaxt zorakılığa, şantaja, satqınlığa, təxribata, terrora və başqa çirkin vasitələrə əl atmadılar. Əvəzində biz böyük yaradıcı kəşf, dərin təhlil, sərt intizamdan nöqsansız məxfi məlumatlardan istifadə etdik. Rixard Zorge
  • Məni kəşf etməyə çalışmağını da, kəşf etdiyini zənn etməyini də istəmirəm. Əlif Şəfəq
  • Möhtəşəm bir şey, bir yerlərdə kəşf edilməyi gözləyir. Karl Saqan

S[redaktə]

  • Sahili gözdən itirməyə cəsarət etmədikcə insan, yeni okeanlar kəşf edə bilməz. Andre Jid
  • Sən, bir adam özü tərifləndiyi zaman, bunu necə qarşıladığına diqqət edə bilsən, hər adamın xarakterini kəşf edə bilərsən. Seneka

T[redaktə]

  • Tanrı, insan və maddə deyə ayrım etmək mənasızdır. Universal cövhər, saf şüur olan ruhdur. Düşüncə pillələrini qət edən insan sonunda özünə dönər. Gerçək ruhun özü olduğunu kəşf edər. Əslində insan tanrı; tanrı da insandır. Georq Vilhelm Fridrix Hegel