Məzmuna keç

Təzə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bilməyəni hər şey təəccübləndirər, cahili hər təzə şey qorxudar. Monqol atalar sözləri
  • Bir köhnə dost, iki təzə dostdan irəlidir. Rus atalar sözləri
  • Bizdən əvvəlki müdriklər deyib: "Köhnələri oxumamış təzə kitablar oxuma". Özüm yazıçı olaraq heç kimə məsləhət görmürəm ki, bu qaydaya ciddi əməl etsin. Uinston Çörçill
  • Ən maraqsız, darıxdırıcı və lazımsız yerdə olarkən, yenə də nəsə təzə öyrənə bilərsən. Haruki Murakami
  • Gecənin kabusu təzə açılmış səhər işığından qaçıb gizləndiyi kimi, hüzn, can sıxıntısı, şıltaqlıq və boş arzular da əməyin açıq və sakit simasından qaçıb gizlənir. Konstantin Uşinski
  • Gəncliyi təzə paltar kimi qorumaq lazımdır. Gürcü atalar sözləri
  • Heç kim təzə paltardan bir parça qoparıb köhnə paltara yamaq vurmaz. Yoxsa təzə paltar həm cırılar, həm də təzə paltardan qoparılan parça köhnə paltara yaraşmaz. Heç kim təzə şərabı köhnə tuluqlara doldurmaz. Yoxsa təzə şərab tuluqları partladar, həm şərab tökülər, həm də tuluqlar zay olar. Təzə şərab təzə tuluqlara doldurulmalıdır. Heç kim köhnə şərabı içdikdən sonra təzəsini istəməz. Çünki deyər: “Köhnəsi daha yaxşıdır”.[1]
  • Onun təzə başı bilirdi ki, bir çox şeylər eynən dəniz dalğası kimi gedibdir. Təzə baş onu da bilirdi ki, bütün bu dəyişikliklərin səbəbini təzə adamlarda axtarmaq lazımdır və hər tərəfdən bədəninə batan tikanların ağrısına səbirlə dözdüyü kimi, baş verənlərin gətirdiyi kədərə də səbirlə dözməlidir. Uilyam Qoldinq
  • Yüz rənglə nəqş vur, min rənglə bəzə, Sabah köhnələcək bu günkü təzə. Ayrım Əhməd

İstinadlar

[redaktə]
  1. Luka 5:36-39