Birinci
Naviqasiyaya keçin
Axtarışa keçin
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağılla hərəkət etmək üçün insanın üç yolu var; birinci ən nəcib yol - düşüncə, ikinci ən asan yol - təqlid, üçüncü ən acı yol - təcrübədir. Konfutsi
B[redaktə]
- Bədcins arvada rast gələnin bircə çarəsi var: onu boşayıb canını qurtarmaq. Pis arvadla bir yerdə yaşamaq canavarla və ya əfi ilanla bir yerdə olmaqdan təhlükəlidir. Can qurtarma çətin olduqda dörd hiylə işlətmək lazımdır:
- Birinci, mal verməlidir. İzzəti-nəfsi qorumaq, irz-namusu saxlamaq mal saxlamaqdan yaxşıdır; çox mal verib canını xilas edə bilirsə, o malı az hesab etmək lazımdır, maldan keçmək candan əl çəkməkdən ucuz olar.
- İkinci, qanıqaralıq salmaq, tündxasiyyətliliyə başlamaq, xəyanətə səbəb olmamaq şərti ilə cinsi yaxınlıq etməməyə başlamaq lazımdır.
- Üçüncü, üstüörtülü kinayəli sözlər demək, qoca arvadlara oxşadığını söyləmək, onda kin və nifrət oyandırmaq, başqa ərə getməyə rəğbət yaratmaq, gəzməyə getməyə, evdən uzaqlaşmağa vadar etmək lazımdır ki, bəlkə, birinə rast gəlib ayrılmağa razı ola, xülasə, qorxutmaq, şirnikdirmək və mümkün olan bütün vasitələrə əl atılmalıdır ki, başdan eləyə biləsən.
- Dördüncü, bütün bunlar bir nəticə vermədikdə, başqa əlac olmadıqda onu tərk edib uzaq bir səfərə getməlidir, lakin ona elə bir ağır şərait yaratmalıdır ki, o, ümidini itirib ayrılmağa məcbur olsun. Nəsirəddin Tusi
- Birinci – qoçaq, ikinci – cürətli, üçüncü– cəsurdur… Mininci – çox cəsarətli döyüşçüdür. Ancaq qələbə, şücaətini və qoçaqlığını birliyin, inamın gözə görünməyən əlaqəsi ilə birləşdirən cəsurlara qismət olur. Qay Yuli Sezar
D[redaktə]
- Dua- birinci dərəcəli ibadət, dünyanın başlıca gücü, güc mənbəyidir. İbn Sina
Ə[redaktə]
- Ər arvada münasibətdə özünü üç şeydən saxlamalıdır:
- Birinci, arvadının məhəbbətindən ölsə, onun eşqindən dəli-divanə olsa, sevgisindən ağlını çaşdırsa, elə etməlidir ki, arvadın xəbəri olmasın, özünü saxlaya bilməsə, eşq əlacı haqqında deyilənlərə əməl etməlidir. Hər halda, eşqini gizlətməlidir, əks təqdirdə bundan çox fəsadlar törəyə bilər.
- İkinci, ümumi işlərdə arvadla məsləhətləşməməli, öz sirrini ona verməməli, malının-mayasının bir qismini ondan gizli saxlamalıdır, çünki onların belə işlərdən başı çıxmadığı üçün verəcəkləri yanlış məsləhətlər böyük zərər gətirər.
- Üçüncü, arvadını nabələd qadınlarla dostlaşmağa, xüsusilə kişilərin eşqbazlıq macəralarından danışanlara qulaq asmağa qoymamalıdır. Əlbəttə, elələrini evə buraxmamalıdır. Belələri çox böyük bədbəxtliyə səbəb olarlar. Ən təhlükəlisi kişi məclislərində olmuş qarıların nağıllarıdır. Nəsirəddin Tusi
G[redaktə]
- Gözəl qadın gözə, yaxşı qadın isə ürəyə xoş görünür.Birincisi bərbəzək, ikincisi isə xəzinədir. Napoleon Bonapart
Q[redaktə]
- Qəzəb xəstəliyinin nəticəsi yeddi növdür: birinci, “peşmançılıq”, ikinci, “dünya və axirət cəzası”, üçüncü, “dostların inciməsi”, dördüncü, “rəzillərin tənəsi”, beşinci, “düşmənlərin tənbehi”, altıncı, “məzacın pozulması”, yeddinci, “bədənin birdən sarsılması”, çünki “dəlinin tutması bir saatlıq olar” (deyiblər). Nəsirəddin Tusi
- Qəzəbin səbəbi ondur: birinci, “iddialılıq”, ikinci, “iftixar”, üçüncü, “dava-dalaş”, dördüncü, “höcət”, beşinci, “zarafat”, altıncı, “təkəbbür”, yeddinci, “təlxəklik”, səkkizinci, “xəyanət”, doqquzuncu, “qisas”, onuncu, “mübahisə, münaqişə və həsədə səbəb olan nəfis şeylərə hərislik”. Bu səbəblərin birgə son nöqtəsi intiqam arzusu olar. Nəsirəddin Tusi
M[redaktə]
- Məhəbbət üç il yaşayır: Birinci il deyirlər: Əgər sən getsən özümü öldürərəm. İkinci il deyirlər: Əgər sən getsən, mənə çətin olacaq, ancaq dözərəm. Üçüncü il deyirlər: Əgər sən getsən, bunu şampanla qeyd edəcəm. Frederik Beqbeder
- Məhəbbət üç il yaşayır: Birinci il mebel alırlar. İkinci il mebeli yerləşdirirlər. Üçüncü il mebeli bölürlər. Frederik Beqbeder
R[redaktə]
- Romada ikinci olmaqdansa, burada birinci olmaq daha yaxşıdır. Qay Yuli Sezar - İspaniyaya gedən yolda Qalliyanın kasıb şəhərinin yanından keçərkən (e.ə.58) (Plutarx, "Sezar", 11)
S[redaktə]
- Səxavət ona deyilir ki, mal-dövlətin sərf edilməsi necə lazım, necə layiqdirsə, elə də yerinə yetirilsin və sona qədər bu cür də davam etdirilsin. Səxavətin özünün də bir çox növləri vardır. Onlardan bəziləri haqqında aşağıda izahat veriləcəkdir. Lakin “səxavət” cinsinə daxil olan fəzilətlər səkkizdir: birinci, kərəm, ikinci, əliaçıqlıq, üçüncü, əfv, dördüncü, mürüvvət, beşinci, xeyirxahlıq, altıncı, yardım, yeddinci, pay, səkkizinci, üzüyumşaqlıq. Nəsirəddin Tusi
Ş[redaktə]
- “Şücaət” cinsinə daxil olan növlərin miqdarı on birdir: birinci, nəfsin ağayanalığı, ikinci, qoçaqlıq, üçüncü, alicənablıq, dördüncü, mətanət, beşinci, helm, altıncı, nəfsin sakitliyi (təmkin), yeddinci, hünər, səkkizinci, dözümlülük, doqquzuncu, təvazökarlıq, onuncu, qeyrət, on birinci, riqqət. Nəsirəddin Tusi