Çarə
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
D[redaktə]
- Dəf edilməsi mümkün olmayan dərdə dözməkdən başqa çarə yoxdur. Türkmən atalar sözləri
- Doğuşdan çarəsi olmayan bir xəstəliyim var: Hər gördüyümü insan zənn edirəm. Yılmaz Ərdoğan
E[redaktə]
- Ey dünyanı pisləyən, qınayan, sonra da onun aldanışlarına qapılan, baş tutmayacaq işlərinə aldanan, sonra yenə də onu qınamağa başlayan! Dünyaya aldanan sən deyilmisən ki, indi onu yamanlayırsan? Dünyada günah işləyən sənsən, yoxsa odur? Dünya nə vaxt sənin yolunu azdırdı, nə vaxt səni aldatdı? Bədənləri çürüyüb dağılmış ata-babalarınlamı aldatdı səni, yoxsa torpaq altında yatan analarının məzarlarıylamı tovlatdı səni? Onlar xəstələnəndə nə qədər xidmət etdin onlara, sağalmaları üçün nə qədər çalışdın, şəfa tapmalarına arzu etdin, həkim çağırdın, çarə dilədin. Amma bu zəhmətlərin heç birinə fayda vermədi, arzuların baş tutmadı, gücünlə, qüvvətinlə onları ölümün əlindən ala bilmədin. Getdilər. Dünya onların halıyla örnək göstərdi sənə, məzarlarıyla məzarını xatırlatdı sənə. Əli
X[redaktə]
- Xoşbəxtliyi dadmağın yeganə çarəsi onu paylaşmaqdır. Corc Bayron
Q[redaktə]
- Qüsur deyil, çarə tap. Henri Ford
N[redaktə]
- Nə təxəyyül, təsəvvür, nə də istedad olmayan yerdə internasionalist olmaqdan başqa çarə qalmır. Adolf Hitler
Ö[redaktə]
- Ölümdən başqa hər şeyə çarə var. Azərbaycan atalar sözləri/Ö
T[redaktə]
- Tərbiyəsizin çarəsi var, ağılsızın yox. Adıgey atalar sözləri
Ü[redaktə]
- Üç dərdə çarə yoxdur: tənbəllikdən doğan yoxsulluğa, həsəddən doğan düşmənçiliyə, qocalıqdan doğan xəstəliyə. Ərəb atalar sözləri
Y[redaktə]
- Ya ümidsizsiniz. Ya da ümid sizsiniz. Ya çarəsizsiniz. Ya da çarə sizsiniz. Behçet Necatigil