Vəhşi

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Bu heyvan o qədər vəhşi ki.. Onun öhdəsindən ancaq insan gələ bilər. Özdəmir Asaf

C[redaktə]

  • Cəsarət bizim irsimizdən yoxa çıxıb. Güman ki, o bizdə heç vaxt olmayıb da. Cəmiyyətin zəhmi, hansı ki, əxlaqın təməlindədir, Allahın zəhmi, hansı ki, dinin sirridir — bu iki şey bizi idarə edir. Və hələ də, inanıram ki, əgər bir insan öz həyatının çərçivələrindən kənara çıxıb onu bütünlüklə, dolu-dolu yaşaya bilsə, hər hissə bir surət, hər fikrə bir təbir, hər arzuya reallıq qata bilər. Mən inanıram ki, dünya elə yeni sevinc impulsları əldə edər ki, biz orta əsrin bütün bəlalarını unudarıq və Antik idealdan da daha yaxşı, daha zəngin bir ideala qayıda bilərik. Ancaq aramızdakı ən cəsur insan belə özü özündən qorxur. İçimizdəki vəhşi insanın dağıdıcı hissi özümüzü təkzib etmədə faciəvi bir yer alır və həyatımızı korlayır. Biz öz imtinalarımızın cəzasını yaşayırıq. Hər impuls hansı ki, haqqında düşünməyi daxilimizdə boğmağa çalışırıq bizi zəhərləyir. Oskar Uayld

F[redaktə]

  • Fəziləti olmayan insan, heyvanların ən çirklisi,ən vəhşisi və ən doymaq bilməz olanıdır. Aristotel

İ[redaktə]

  • İndi olduğu kimi keçmişdə də qədim hayların ağızlardan-ağızlara keçən nəğmələrə həvəsləri olmayıb. Ona görə də kəmağıl, nadan və vəhşi adamlar haqqında danışmaq artıqdır. Musa Xorenatsi

M[redaktə]

  • Mədəniyyətdən uzaq yaşayan insanları gördükcə insanın təbiəti haqqında daha yaxşı fikirləşməyə fürsətim oldu və sözdə mədəni insan ilə sözdə vəhşi insan arasındakı təməl fərqlərin yoxa çıxdığını gördüm. [1] Alfred Rassel Uolles

Ö[redaktə]

  • Özünü hisslərin ixtiyarına buraxmaq vəhşi azadlığın əlamətidirsə, hissləri cilovlamaq şəxsiyyət azadlığının əlamətidir. Əbu Turxan

S[redaktə]

  • Silahsıza hər cür vəhşi qorxuludur. Monqol atalar sözləri
  • Sinoplu Diogendən soruşanda ki "ən təhlükəli heyvanlar hansılardır?", o belə cavab vermişdi: "Vəhşi heyvanlardan böhtançılar, ev heyvanlarından isə yaltaqlar." Sinoplu Diogen

V[redaktə]

  • Vəhşi heyvan tələ ilə, insan oğlu yaxşılıqla ovlanar. Sədi
  • Vəhşi qabanın dalınca qaçarsan, evdəki donuz da əlindən qaçar. Koreya atalar sözləri

Y[redaktə]

  • Yeni ideya vəhşi at kimidir; sənə xidmət etməsi üçün gərək əvvəlcə onu ram edəsən. Əbu Turxan

Istinadlar[redaktə]