Məzmuna keç

Sinoplu Diogen

Sinoplu Diogen
Doğum tarixi e.ə. 400
Doğum yeri Sinop
Vəfat tarixi e.ə. 323
Vəfat yeri qədim Korinf
Vikipediya məqaləsi

Sinoplu Diogen — Qədim yunan filosofu.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağalarla odla dolanan kimi rəftar et: ona nə çox yaxın, nə çox uzaqda durma.
  • Biri, "Adam nə vaxt evlənməli?" deyə soruşduğunda, "Gənc isə, hələ evlənmə zamanı gəlməmişdir. Qoca isə, vaxtı keçmişdir " cavabını vermişdir.
  • Biz "insan" deyəndə ilk növbədə onun əxlaqını nəzərdə tuturuq. Əxlaqdan kənarda insan yoxdur, yalnız heyvan var.
  • Diogen meydanda fəlsəfi nitq söyləyərkən insanların onu dinləmədiklərini görmüş və buna görə də onların diqqətini cəlb etmək üçün quş səsləri çıxarmışdır. O zaman hamı susub onu dinləməyə başlamış və bunun qarşılığında Diogen onlara demişdir: "Bu da sizin ağlınız. Mən ağıllı şeylər haqqında danışanda məni dinləmədiniz, indi isə ağılsız quşun səslərini çıxardıram, siz də ağzıaçıq məni eşitməyə başladınız".[1]
  • Diogenə bir adamın nə qədər ağıllı olduğunun necə aydın olduğunu soruşdular. Cavabı qısa oldu; "Danışmasından" dedi.
Bir sual daha soruşdular: "Yaxşı adam ya heç danışmazsa"
Diogenin cavabı bu dəfə belə oldu: " O qədər ağıllı olan insan hələ yoxdur dünyada."
  • Dostlara əl uzadarkən barmaqlarını yumruqda sıxma.
  • Dünyada ən böyük xeyr elm, ən böyük şər nadanlıqdır.
  • Əgər sən başqaları üçün bir iş görmürsənsə, heç kəsdən, hətta dostlarından belə yaxşılıq uma bilməzsən.
  • Əyyaş və qumarbaz öz malının, vaxtının, müstəqilliyinin və sağlamlığının ən qatı düşmənidir.
  • Fəlsəfə taleyin hər bir döngəsinə hazırlığı verir.
  • Fəlsəfə və tibb insanı heyvanlardan ən ağıllısı etdi; fala baxma və astrologiya (münəccimlik) — ən düşüncəsiz; mövhumat və despotizm — ən bədbəxt.
  • Heç bir şey istəməmək tanrıların imtiyazıdır, allaha oxşayan insanların isə az şey istəməsidir.
  • Heç kimin hisslərini incitməyən filosofun nə faydası var?.
  • Hər bir dövlətin təməli onun gənclərinin təhsilidir.
  • Hər şeydən tez minnətdarlıq qocalır.
  • Həya — insani dəyərlərin tamamlayıcısıdır.
  • Xəsislər pulu söyür, özləri isə onları hər şeydən çox sevirlər.
  • Qeybət etmək — vəhşi heyvanlardan ən amansızıdır, yaltaq isə — əl heyvanlarından ən təhlükəlisi.
  • Qrammatiklar Odisseyin fəlakətlərini öyrənir, lakin özlərinkindən xəbərsizdirlər.
  • Mən dünya vətəndaşıyam.
  • Musiqiçilər lirada simlərin ahəngini kökləyir, lakin öz şəxsi xasiyyətləri ilə bacara bilmirlər.
  • Özünü yaxşı döşənilmiş bir evə aparan bir adam "Bir daha yerlərə tüpürməməsini" tənbehləyincə Diogen dərhal adamın üzünə tüpürər və "Buradan daha çirkli bir yer tapa bilmədim" deyər.
  • Ritorlar (qədim Yunanıstanda natiqlikdən dərs deyən müəllim) düzgün danışmağı öyrədir, amma düzgün hərəkət etməyi öyrətmirlər.
  • Savadsızları və cahillərı Siz, əgər belə demək mümkündürsə, zərif sənətlərə (incəsənətə) öyrədirsiniz ki, sizə nə vaxt lazım olsa, əlinizin altında təhsilli insanlar olsun. Niyə siz pis insanları yenidən tərbiyələndirmirsiniz ki, sonra namuslu insanlara ehtiyac olanda, onlardan istifadə edə biləsiniz, necə ki, siz özgə şəhərləri və düşərgələri zəbt edərkən, başkəsənlərə ehtiyac duyursunuz?
  • Sinoplu Diogendən soruşanda ki "ən təhlükəli heyvanlar hansılardır?", o belə cavab vermişdi: "Vəhşi heyvanlardan böhtançılar, ev heyvanlarından isə yaltaqlar."
  • Son məqsəd təbiətə uyğun olanı ehtiyatla seçməkdir.
  • Yaltaq əhliləşdirilmiş heyvanların ən təhlükəlisidir.
  • "Yer üzündə ən yaxşı şey nədir?" deyə soruşduqlarında,"Azad olmaq," deyə cavab verdi.
  • Yer üzündə müəllimdən daha bir şərəfli peşə tanımıram.
  • Yoxsulluq özü fəlsəfəyə yol çəkir: o şeyi ki, fəlsəfə sözlə inandırmağa çalışır, yoxsulluq işdə həyata keçirməyə məcbur edir.

Mənbə

[redaktə]
  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014

Skript xətası: "Əlaqəli layihələr" modulu mövcud deyil.

İstinadlar

[redaktə]
  1. Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı,2016. səh.103