Məzmuna keç

Həya



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aclıq dad bilmir, yuxu səliqə-sahman, ehtiras - həya. Teluqu atalar sözləri
  • Axmaqlığın ilk əlaməti abır-həyanın tam olmamasıdır. Ziqmund Freyd
  • Aşkarda insanlardan həya etdiyiniz kimi, gizlində də Allahdan həya edin. İmam Kazım
  • Əql ilə həya ən yaxın və ayrılmaz dostdur, bunlardan biri itdikdə o birisini tapmaq olmur. Kəlilə və Dimnə
  • Həya gözəldir, lakin qadınlarda olsa, daha gözəl olar. Məhəmməd peyğəmbər
  • Həya insan qəlbinin bütün ehtiraslarının ən gözəli olan məhəbbətin anasıdır. Stendal
  • Həya - insani dəyərlərin tamamlayıcısıdır. Sinoplu Diogen
  • Həya olmasa, nə dünyanın faydası var, nə də yaşamağın. Ərəb atalar sözləri
  • Həya ona deyilir ki, məzəmmət edilib danlanmamaq, nalayiq hərəkətlər müqabilində utanmamaq üçün nəfs biabır işlərin qarşısını alsın. Nəsirəddin Tusi
  • Həya və iman bir beşikdə iki körpə kimidir. Məhəmməd peyğəmbər
  • İnsan nə qədər daha çox şeydən həya edərsə, o qədər şərəf və qürur sahibi olar. Corc Bernard Şou
  • Sevgi həya-abır, xəcalət hissindən qurtulmağın ən etibarlı yoludur.[1] Ziqmund Freyd

İstinadlar

[redaktə]
  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015