Məzmuna keç

Fəlsəfi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aforizmlər, fəlsəfi fikirləri ifadə etməyin ən yaxşı formasıdır. Lev Tolstoy
  • Burada "heç nə çox olmasın" fəlsəfi atalar sözü yalnız əxlaqa deyil, sözlərə də tətbiq edilməlidir; çünki ölçüdən artıq olan şey çirklənmişdir. Alkuin
  • Diogen meydanda fəlsəfi nitq söyləyərkən insanların onu dinləmədiklərini görmüş və buna görə də onların diqqətini cəlb etmək üçün quş səsləri çıxarmışdır. O zaman hamı susub onu dinləməyə başlamış və bunun qarşılığında Diogenes onlara demişdir: “Bu da sizin ağlınız. Mən ağıllı şeylər haqqında danışanda məni dinləmədiniz, indi isə ağılsız quşun səslərini çıxardıram, siz də ağzıaçıq məni eşitməyə başladınız".[1] Sinoplu Diogen
  • Əgər geniş kütlə fəlsəfi ideyaları mənimsəyə bilmirsə, filosoflar kütlənin içinə getməyi və publisistik üslubda yazmağı öyrənməlidirlər. Tur Xander
  • Əsl fəlsəfi ruh elmi yüksək istəklərlə mayalandıran, onu hələ də naməlum həqiqətləri axtarmağa sövq edəndir. Klod Bernard
  • Heç bir fəlsəfi məqsəd olmadan empirik elmlərlə yalnız onların özləri üçün məşğul olmaq gözsüz sifət kimidir. Artur Şopenhauer
  • Həqiqi jurnalist fəlsəfi fikirlə kütləvi şüur arasında vasitəçi kimi çıxış etməyi bacarmalıdır. Tur Xander
  • Fəlsəfi düşüncəni elm və sənətdən fərqləndirən daha bir cəhət fikrin ətaləti və ləngəridir. Əbu Turxan
  • Fəlsəfi mübahisələrdə uduzan qalibdir, çünki o, yeni bir müdriklik əldə etdi. Epikür
  • Filosoflar heç də həmişə fəlsəfi yaradıcılıq məqamında olmurlar. Lakin bircə dəfə də bu məqama yüksəlmiş adam ömrü boyu filosof adlandırılmağa layiqdir. Əbu Turxan
  • Formal məntiq fəlsəfi daltonizmdir. Tur Xander
  • Mən maliyyə bazarlarını öz fəlsəfi nəzəriyyələrimi sınaqdan keçirmək üçün bir laboratoriya kimi istifadə etmişəm. Corc Soros
  • Mən öz dinimi, öz ədəbiyyatımı, öz duyğularımı, kədər və iztirablarımı, dərdlərimi və ehtiyaclarımı düşündüyüm zaman, gerçəkdə özümü düşünürəm. Mənim fərdi deyil, ictimai və tarixi özüm bu mədəniyyətin doğulub ortaya çıxdığı qaynaqdır. Bu səbəbdən mədəniyyət mənim cəmiyyətimin, tarixin varlığı olan quruluşun təcəllisidir, əks olunmasıdır; lakin xüsusi şərtləri olan özünə xas tarixi dövrdə iştirak edən, fərqli mənşəyi olan, maddi, iqtisadi və ictimai quruluşun meydana gətirdiyi xüsusi dərdlərə, düşüncələrə, anlayış və meyllərə alışmış bir cəmiyyətdə bir sıra saxta taktikalar, o cəmiyyətin mədəniyyətini zehnindən silir. Sonra başqa bir zamana və tarixi dövrə, başqa bir iqtisadi sistemə, başqa sosial və siyasi bağlara aid olan mədəniyyəti mənim mədəniyyətimin yerinə yerləşdirir. Artıq mən özümü düşünmək istədiyim zaman, başqa bir cəmiyyətin mədəniyyətini öz mədəniyyətim olaraq düşünürəm, o zaman özümə aid olmayan dərdlərə həmsöhbət oluram. Mənim mədəni, fəlsəfi və ictimai həqiqətimlə uyğunlaşmayan problemlərdən ötəri fəryad edirəm. Nəticədə o cəmiyyətə və o cəmiyyətin sosial, iqtisadi, siyasi və tarixi şərtlərinə aid olan, lakin mənə aid olmayan ideallar və iztirablarla qarşılaşıram. O dərdləri, iztirab və idealları öz dərd, iztirab və ideallarım olaraq görməyə başlayıram. Əli Şəriəti
  • Poeziya tarixdən daha fəlsəfi və daha ciddidir.[2] Aristotel
  • Siyasi quruluşlar bir-birləri ilə qarşılıqlı mənfəətlərindən ötəri saxta razılaşarlar. Mənim fəlsəfi doktrinam dünyanı təkrar xoşbəxt bir şəkildə yaşadacaq gücə malikdir. Belə bir idealda əlbəttə ki, keçici razılaşmalara yer yoxdur. Adolf Hitler

İstinadlar

[redaktə]
  1. Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı,2016. səh.103
  2. Aristotel.Poetika. (Poeziya sənəti haqqında. – tərcüməçi Aslan Aslanovdur). Б., «Azərnəşr», 1974, səh. 63