Cinayət
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bu dünyada ən böyük cinayət, insanların daşıdıqlarından qaçmağı deyilsə nədir? Alber Kamyu
- Bütün cinayətlər və pisliklər acizlikdən doğular, onun üçün hamısı ancaq mərhəmətə layiqdir. - Alfred De Viqni
- Bütün ehtiraslar bizə cinayət törədir, amma, bizi ən gülünc səhvlərə salan eşqdir. Fransua de Laroşfuko
C[redaktə]
- Cinayət səhnəsini bərpa etmək detektivin məqsədidi. Faktları ardıcıl sıralamaq lazımdı,kartdan ev düzəldərkən kartları düzdüyünüz kimi. Aqata Kristi
D[redaktə]
- Dövlət öz zorakılığını qanun,amma fərdin zorakılığını cinayət adlandırır. Maks Ştirner
- Düşmək cinayət deyil, düşüb qalmaq günahdır. Alman atalar sözləri
E[redaktə]
- Elə cinayət var ki, bağışlanmır, bu, vətənə xəyanətdir. Ə.H.Bəhmənyar
Ə[redaktə]
- Əla bir ideya düşünmək, lakin onu gerçəkləşdirməyə cürət etməmək – maliyyə dünyası üçün bundan böyük cinayət ola bilməz! Donald Tramp
G[redaktə]
- Gəncliyimdən bu yana ət yeyililməsinə qarşıyam. Bir gün insanların heyvanları öldürməyi eynilə insan öldürmək kimi cinayət qəbul edəcəyinə inanıram. Leonardo da Vinçi
H[redaktə]
- Hər böyük sərvətin altında bir cinayət yatar. Xaç atası (film, 1972)
K[redaktə]
- Kimə yönəlməsindən asılı olmayaraq, heç vaxt cinayət törətməyin, qocalığa təmiz əllərlə gedin. Mixail Bulqakov
- Kor nadandan üstündür, çünki kor quyuya düşə bilər, nadan isə cinayət uçurumuna. Sirakuzlu Monim
Q[redaktə]
- Qadın müharibə üçün bəhanə, cinayət üçün səbəbdir. Viktor Hüqo
M[redaktə]
- Mənim anlayışıma görə, adi bir cinayət, müharibədə adam öldürməkdən daha pis deyil. Albert Eynşteyn
- Millətin taleyini müdafiə etmirsə, hərb bir cinayətdir. Mustafa Kamal Atatürk
S[redaktə]
- Saf niyyətlə gələni mərasimlə, bəd niyyətlə gələni isə cinayət qanunları ilə qarşılamaq lazımdır. Sun Dzı
- Səhv etmə qorxusuyla cinayət törədirik. Horatsi
T[redaktə]
- Televiziyada bir cinayət görmək adamın kinini apara bilər. Əgər siz heç kimə kin bəsləmirsinizsə, reklamları izləyin. Alfred Hiçkok
- Televiziyanın etdiyi ən böyük qatqılardan biri, cinayəti təkrar evə gətirməsidir, aid olduğu yerə. Alfred Hiçkok
Y[redaktə]
- Yalnız zəiflər cinayət edir—güclü və xoşbəxt insanın cinayət etməyə ehtiyacı yoxdur. Volter