Maraqlı

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Aciz, köməksiz insanlar maraqlı xüsusiyyətə malikdirlər. Onlar milçəklərin qonduğu havayı bal kimidir. Onlara heç kim heç nə vermir, amma onlardan çox şey alırlar. Mülayim, güzəştə gedən, şəxsi mənfəət güdməyən insan həmişə kütlənin qurbanı olur. İnsanlar onların xeyirxahlığını və acizliyini uzaqdan hiss edirlər. Teodor Drayzer

B[redaktə]

  • Babalarımın kim olduğu mənə maraqlı deyil, mənə maraqlı olan nəvələrimin gələcəkdə kim olacağıdır. Avraam Linkoln
  • Birinci dəfə son dərəcə maraqlı görünən bir lətifəyə ikinci dəfə qulaq asmaq maraqsız olduğu kimi, insan üçün də bir dəfə yaşadığı halı ikinci dəfə yaşamaq çansıxıcı olardı. Nikolay Çernışevski
  • Böyük adamın fikirləri ilə məşğul olmaq ən maraqlı elmdir. Aleksandr Puşkin
  • Bu, əsl vulkandır, baxışları od saçır, sən şahmat taxtasında mövqe qurmağa macal tapmamış o, müxtəlif variantları yağdırmağa başlayır. Fantaziyasının hüdudu yoxdur, çox dərin hesablamalar aparmağı bacarır. Hətta ilk baxışda tamamilə ümidsiz vəziyyətlərdə də mübarizəni davam etdirmək üçün maraqlı və qeyri-standart imkanlar tapır.[1] (Vüqar Həşimov haqqında) Vitali Tseşkovski

D[redaktə]

  • Dünya səfehlik üzərində dayanır, onsuz Yer üzərində maraqlı heç nə baş verməzdi. Fyodor Dostoyevski

E[redaktə]

  • Evlilik, adətən səhv ünvanlanan, yalnız bağlı olduğu zaman maraqlı olan bir qeyd məktubudur. Branislav Nuşiç

Ə[redaktə]

  • Əgər qüsursuz olsaydın, başqalarının qüsurlarını axtarıb tapmağa bu qədər maraqlı olmazdın. Anton Çexov
  • – Əgər mənim fikrim sənin üçün maraqlıdırsa…

– Yox, maraqlı deyil, – qadın cavab verdi, – mənim öz fikrim var. Toni Morrison

  • Əvvəl seksdən daha çox həzz almaq olurdu. Qadınlar intim münasibətlərdən həzz almağa başladıqdan sonra seks əvvəlki kimi maraqlı olmadı. [1] Levis Qrizzard

H[redaktə]

  • Hər bir iş onu dəyişənə qədər maraqlı təsir bağışlayır. Terens Pratchett
  • Hər zaman özünüzə təkrar edin ki, insanlar sizi dinləməkdə maraqlı deyillər. Nəyə görə onlar öz həyatları ilə deyil, sizin həyatınızla maraqlanmalıdır? Aqata Kristi
  • Həyatımız pyes olduğu üçün maraqlı deyil, maraqlı olan orada bu qədər az iştirak edən şəxsin olmasıdır. Frederik Beqbeder

İ[redaktə]

  • İçirəm ki, yan-yörəmdəki insanlar daha maraqlı görünsünlər. Ernest Heminquey
  • İllüziyalar bizə maraqlı gəlir; çünki bizi əzabdan qurtarır, həzzə yönəldir. Elə ona görə hətta həqiqətlərlə mübarizə aparıb onları qırıq-qırıq edəndə də illüziyaları şikayətlənmədən olduğu kimi qəbul etməliyik.[2] Ziqmund Freyd
  • İnsanlara daha az, fikirlərə daha çox maraqlı olun. Mariya Küri

K[redaktə]

  • Kiçikkən heyvanlarla danışa bilsəm nə maraqlı olardı deyə düşünərdim. Məgər illərdir ünsiyyət qura bildiyim bir çox heyvan varmış. Özdəmir Asaf

Q[redaktə]

  • Qəribəliklər maraqlı olur: bunu nə isə nağıl edənlərin xoş olsun deyə birinin üstünə beşini qoymasından görmək olar. Aristotel

S[redaktə]

  • Səni heç vaxt gözləmədiyin başqa bir yerdə aldadacağam, hər ikimiz üçün daha da maraqlı olacaq. Leonid Andreyev
  • Sizdən yüksəkdə olan insanlar axtarın (həmçinin, sizə maraqlı olanlar) və onlarla vaxtınızı keçirin. Bu özlüyündə vacibdir, amma nəticə də vacibdir – qrupda adi olmağa çalışmayın, ən yaxşı olmağa çalışın. (maraqlı şeylər edin, ambisiyalı, xeyirxah, hərisli biri olun) Culian Smit

T[redaktə]

  • Tarixin ən ağır dərslərindən biri budur: uzun zaman aldadılmışıqsa, bunu üzə çıxaran bütün sübutları rədd edirik. Həqiqəti tapmaq bizə maraqlı deyil. Karl Saqan
  • Televiziyada möhtəşəm aktyorlar, maraqlı süjet və heyrətamiz dialoqla möhtəşəm bir film görürsənsə, deməli bir reklamı izləyirsən. Erma Bombek
  • Təkrar mənim üçün maraqlı deyil. Mən daha irəliyə necə gedəcəyimi bilmədiyim nöqtəyə çatmaq istəmirəm. Özünə məhdudiyyət qoymaq yaxşıdır, amma elə bir an gəlir ki, onda biz öz tikdiklərimizi dağıtmalı oluruq. Cozef Kudelka
  • Təqdimatınız maraqlı deyilsə, düşüncəniz maraqlı olmadığı üçün; məhduddursa, bunun səbəbi özünüzün məhdud olmağınızdır. Cek London

Y[redaktə]

  • Yaxşı, maraqlı kitab çoxlu bilik verir, çoxlu gözəl fikir oyadır. Nadejda Krupskaya

İstinadlar[redaktə]

  1. [1] Dahilərin seks haqqında fikirləri - "Kişilər yataqda xəyanət edərkən möhtəşəm olurlar.
  2. [2]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015