Cozef Kudelka
Jump to navigation
Jump to search

Cozef Kudelka - 10 yanvar 1938 - Çexiyalı fotoqraf.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
F[redaktə]
- Foto çəkərkən çox da düşünmürəm. Fotolentlərimə baxsanız, özünüzdən soruşa bilərsiniz ki, “Bu oğlan neyləyir?” Lakin mən fotolent və çap olunmuş fotolarla işləyirəm, həmişə onlara baxıram. İnanıram ki, işin nəticəsi içimdə dayanıb və fotonu çəkdiyim həmin an o üzə çıxır, bu haqda düşünməsəm belə, o üzə çıxır.
M[redaktə]
- Mən intellektual, ya da filosof olmağa iddialı deyiləm. Mən sadəcə baxıram.
Ş[redaktə]
- Şəkillərim haqqında özüm danışmıram, heç vaxt izah etmirəm.
T[redaktə]
- Təkrar mənim üçün maraqlı deyil. Mən daha irəliyə necə gedəcəyimi bilmədiyim nöqtəyə çatmaq istəmirəm. Özünə məhdudiyyət qoymaq yaxşıdır, amma elə bir an gəlir ki, onda biz öz tikdiklərimizi dağıtmalı oluruq.