Ölçü
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ana! Dünyada sənin müqəddəsliyini təmin edə biləcək hələ heç bir ölçü yoxdur, sənin əzəmətini təsvir edə biləcək hələ heç bir kitab yazılmamışdır. Məmməd Səid Ordubadi
- Ancaq xoşbəxtlik məhəbbət üçün ölçü ola bilər. Vissarion Belinski
- Aşiqə min ri də bir görünər. (Ri - ölçü vahidi, 3,9 km-ə bərabərdir). Yapon atalar sözləri
B[redaktə]
- Başqalarının qüsurlarını ölçərkən barmağı ilə tərəzinin gözünü basmayan adam çox azdır. Fransua de Laroşfuko
- Başqalarını öz ölçü meyarınla ölçmə. Latın atalar sözləri
Ç[redaktə]
- Çörəyi olmayanın dili də bir kəz olmaz. (Kəz - ölçü vahidi, təqribən 102 sm-dir). Fars atalar sözləri
H[redaktə]
- Harada çovdar - orada ölçü, harada insan - orada inam. Rus atalar sözləri
- Hər şeydə ən yaxşı ölçü vahidi təcrübədir. Platon
- Hər şeydə ölçünü gözlə. Ölçü, ehtiras axınını, tufanını, qasırğasını zəiflədir, ona yumşaqlıq verir və siz bu ölçünü mənimsəməlisiniz. Uilyam Şekspir
İ[redaktə]
- İnsan ömrünü mahiyyətcə nə uzun, nə də qısa adlandırmaq olmaz. Belə ki, o, bizim bütün başqa müddətləri ölçməyimiz üçün ölçü rolunu oynayır. Artur Şopenhauer
- İnsanın əsl dəyəri, ilk növbədə, özünün "Mən"indən imtina edə bildiyi ölçü və məna ilə müəyyən edilir. Albert Eynşteyn
- İnsanlar çox vaxt yanlış ölçü standartlarına müraciət edirlər. Məsələn, özləri güc, müvəffəqiyyət və var-dövlət dalınca qaçdıqları vaxt bu cür davranan başqa insanları da təqdir edirlər. Lakin bu həyatda həqiqi dəyərə malik olan şeylərə layiqincə qiymət vermirlər. Ziqmund Freyd
Q[redaktə]
- Qadına münasibət - namusun, vicdanın, təmizliyin, nəcibliyin çox incə ölçü cihazıdır. Vasili Suxomlinski
- Qüsurda ölçü axtarmaq, bu, Levkad qayasından özünü atıb hündürlüyün yarısında dayanmağa ümid etmək kimi bir şeydir. Mark Tulli Siseron
M[redaktə]
- Mühakimə etməyin, siz də mühakimə olunmazsınız. Hökm çıxarmayın, sizə də hökm çıxarılmaz. Başqalarını bağışlayın, siz də bağışlanacaqsınız. Verin, sizə də veriləcək: silkələnib basa-basa dolan bol bir ölçü ilə sizə qucaq-qucaq veriləcək. Çünki hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək.[1] İsa
Ö[redaktə]
- Ölçü özü-özünü ölçməz. Malayal atalar sözləri
S[redaktə]
- Söz ruhun ölçüsüdür, ağıl isə tərəzidir,
Ölçü sözə lazımdır, ancaq miqdarı tərəzi təyin edir. Qətran Təbrizi
İstinadlar[redaktə]
- ↑ Luka 6:37-38