Vəhbi Qoç

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Vəhbi Qoç (türk. Vehbi Koç; 20 iyul 1901, Ankara, Ankara vilayəti – 25 fevral 1996, Antalya) — Türkiyənin məşhur "Qoç Şirkətlər Qrupu"nun yaradıcısı.

B[redaktə]

  • Bir bölgə xalqı lazımınca öyrədilmədən o bölgədə inkişafdan bəhs edilə bilməz.

D[redaktə]

  • Daim doğru olanı etməyə səy göstərdim. Ailəmə, məmləkətimə və yaşadığım çağa xidmət etdiyim inancıyla böyük bir dinclik duydum.
  • Din insanlar üçün böyük bir mənəvi gücdür. Dinsiz xalq olmaz. Mən dindar bir insanam. Amma din ilə dünya işlərini bir-birinə qarışdırmamaq gərəyinə qətiliklə inanmışam.
  • Dindarlığım işlərimin irəliləməsinə mane olmadı, mənə böyük bir güc təmin etdi. Bəzi işlərimdə günlərlə, aylarla, hətta illərcə çalışdıqdan sonra müvəffəqiyyətli ola bilmədim. Ağılımın çatdığı qədər məşğul oldum, müvəffəqiyyətli ola bilmədim. "Allah belə istədi" dedim və rahatladım.
  • Doğrusunuzsa , əzmlisinizsə, hər çarəyə müraciət etməniz və haqqınızı axtarışınız lazımdır, iş düzələr.

G[redaktə]

  • Gəncliyin yetişməsinə xidmət bir insanlıq və vətən borcudur.

H[redaktə]

  • Həyat universiteti diplom verməyən bir universitetdir. Hər gün dərs alınacaq o qədər çox inkişaflar olur ki! Bunlardan hamımız istifadə etməliyik.

İ[redaktə]

  • İşlər pisə getdiyi zaman kef pozular. O zaman birdən-birə hər şeyi qapqara görüb, pis düşüncələrə batmamaq lazımdır.

K[redaktə]

  • Keçmiş günün hadisələri ilə məşğul olacağına gələcəyi düşün.

M[redaktə]

  • Mənim konstitusiyam budur: dövlətim və ölkəm var olduqca mən də varam. Demokratiya varsa hamımız varıq. Məmləkətimizin iqtisadiyyatını qüvvətləndirmək üçün əlimizdən gələn bütün səyi göstərməliyik. İqtisadiyyatımız gücləndikcə demokratiya daha yaxşı yerləşər, dünyadakı etibarımız artar.
  • Müvəffəqiyyət başqalarının keçirdiyi təcrübələrdən faydalanmaqdır.

S[redaktə]

  • Sağlamlıq hər şeyin başıdır, o varsa hər şey ola bilər, yoxsa heç bir şey olmaz.
  • Sərmayə qoyacaqsansa torpaq al. Torpaq qızıldır. Üstünə bina etsən gümüş olar. İçinə də kirayəçi soxsan tənəkə olar.

U[redaktə]

  • Uşaqlarına: bir gün məni qaçırmağa qalxsalar, bir qəpik fidyə verməyin!

İstinadlar[redaktə]