İrq

Vikisitat saytından
Jump to navigation Jump to search

İrq – müəyyən coğrafi regionda formalaşmış irsi bioloji əlamətlər və xarici oxşarlıqlarla birləşən insan qrupları sistemi[1]. Müxtəlif irqlərin xarakterik cizgiləri insanın müəyyən mühitə adapsasiyası nəticəsində yaranır. Əbdül Səttar Ədhi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Аsiyаlı və аvrоpаlı əcdаdlаrımızdаn bizə irs qаlаn irqi, mədəni, əxlаqi və sоsiаl kоnsеpsiyаlаr həmvətənlərimizə, оnlаrın istеdаd və rifаhınа hörmətdən kеçməklə hər şеyi qəbul еtməli və еhtirаm göstərməlidir. Pirаmidаnı öz şəxsi şərəfin üzərində qurmаq yоlvеrilməzdir. Nə qədər ki, biz şəxsi və milli аdətlərimizi möhkəm sаxlаyırıq, bizim həyаt еnеrjimizi sümürən təmtərаqlı özünüsеvmə оyunlаrının qurbаnı оlmаmаlıyıq. Atilla

B[redaktə]

  • Bildirmək istəyirəm ki, mən heç bir şəkildə ağ və qara irqlər arasında ictimai və siyasi bərabərliyin tərəfdarı deyiləm və heç vaxt da olmamışam. Mən zəncilərin səsvermə hüququnun, yaxud münsiflər heyətinin üzvü və ya hökumətə rəhbərlik etmək hüququna malik olmalarının, nə də ağ adamlarla nikah bağlamalarının tərəfdarı deyiləm və heç vaxt da olmamışam. Buna əlavə olaraq qeyd etmək istəyirəm ki, ağlarla qaralar arasında elə bir fiziki fərq mövcuddur ki, bu fərq onların ictimai və siyasi bərabərlik şəraitində birgə yaşamaq imkanını istisna edir. Bu iki irq bir-birinə bərabər ola bilməz. Amma nəzərə alsaq ki, indi onlar bir yerdə yaşayırlar, o zaman onlar arasında hökmranlıq və tabeçilik münasibəti olmalıdır. Hər bir insan kimi, mən də ağ irqin hökmran olmasının tərəfdarıyam. Avraam Linkoln
  • Bu mübarizədə mənim ən yüksək məqsədim ittifaqın qorunması, köləliyin qorunmaması və ya məhv edilməsidir. Əgər mən hər hansı bir qulu azad etmədən ittifaqı xilas edə bilsəydim, mən bunu edərdim və əgər mən bütün qulları azad edib onu xilas edə bilsəydim, bunu edərdim, əgər mən bəzi qulları azad edib, bəzilərini isə azad edə bilməyib onu xilas edə bilsəydim, bunu edərdim. Köləlik məsələsində və rəngli irq üçün etdiyim hər şeyi ona görə edirəm ki, bunun ittifaqı qorumağa kömək edəcəyinə əminəm... Avraam Linkoln

İ[redaktə]

  • İnsanlar din, məzhəb, irq, millət , rəng, mövqe və sinif fərqi qoymadan sevilməyə layiqdirlər. Madam ki, insanlar ruh yönü ilə Allahdan gəlməkdədirlər, elə isə insanlar heç bir şəkildə bir-birlərindən bu mənada ayrılmazlar.[2]Yunus Əmrə
  • İrq və millət olaraq məncə Türklər geniş imperatorluqlar içində yaşayan qövmlərin ən zadəganı və öndə gələnidir. Dini, sosial və ənənə fəzilətləri, bitərəf olanlar üçün təqdir və heyranlıq qaynağıdır. Alfons de Lamartin

M[redaktə]

  • Mən dinə bir xəstəlik, insan irqi üçün adı qoyulmamış bir səfalətin qaynağı kimi baxıram. Bertran Rassel
  • Müslüman və Türk məmləkəti olması etibarı ilə Qafqasya Azərbaycanı nə din, nə irq, nə də kültür baxımından özü ilə qətiyyən əlaqəsi olmayan Rusiya tərəfindən, ancaq silah gücü ilə tutulmuşdur və məlum olduğu üzrə, tarixi ənənəsi Türk və İslam düşmanlığına dayanan bu dövlətə heç bir zaman isinə bilmədiyindən gərək Türkçülük və gərəksə İslamçılıq idarələri burada daima canlı inikaslar tapmışdır. Məmməd Əmin Rəsulzadə

Y[redaktə]

  • Yoxsulam, doğrudur. Amma pula məndən çox ehtiyacı olanlar var. 20 ildir, eyni şalvarı və ayaqqabıları geyinirəm. Məncə, mömin müsəlman belə davranmalıdır. Çünki din, dil, irq ayrı-seçkiliyi etmədən insanlara xidmət etmək ən böyük cihaddır.

İstinadlar[redaktə]

  1. Рогинский А. А., Левин Н. Г. Антропология: Учебник для студентов ун-тов. — З-е изд., перераб.и доп. — М., Высшая школа, 1978 (с.341)
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.458