Ernest Renan
Jump to navigation
Jump to search

Ernest Renan - fransız filoloqu və tarixçisi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
В[redaktə]
Ə[redaktə]
- Əxlaq da, sənətdə olduğu kimi, sözlə deyilmir, ancaq yaşanır.
- Ən sadə məktəbli indi Arximedin həyatını qurban verəcəyi həqiqətlərlə tanışdır.
H[redaktə]
- Heç kim tarixi dəyişdirmədən yaza bilməz.
- Hər bir ideyanın həyata keçirilməsi böyük qurbanlar tələb edir.
X[redaktə]
- Xalq, xatırladıqlarımız qədər unutduqlarımızla meydana gələr.
İ[redaktə]
- İnsan özünün bütün qüvvələrini hərəkətə gətirmək üçün qarşısına onu ruhlandırmağa qabil olan nəcib bir məqsəd qoymalıdır.[1]
- İnsanları inandıqları şeylərdən imtina etdirmək bir şeyə inandırmaqdan daha çətindir.
- İsti xatirələri olmayanlar üçün qış hər bir halda soyuq keçər.
M[redaktə]
- Millət bir ruhdur, ruhani prinsipdir. İki şey bu ruhu, bu ruhani prinsipi yaradır. Biri keçmişdə, o biri indidədir. Biri zəngin ümumi xatirələrə malik olmaqdır; o biri ümumi müqavilə, birgə yaşamaq arzusudur, bizə miras qalmış bölünməz irsdən birgə istifadəni davam etdirmək iradəsidir... Qəhrəman keçmiş, dahi şəxsiyyətlər, şöhrət (amma həqiqi) - milli ideyanın söykəndiyi başlıca kapital budur. Keçmişdə ümumi şöhrətə, gələcəkdə ümumi istəyə malik olmaq, birgə böyük işlər görmək, onları gələcəkdə də arzulamaq - xalq olmağın başlıca şərtləridir... Keçmişdə ümumi şöhrəti və peşmançılıqları bölüşmək, həmin proqramı gələcəkdə də həyata keçirmək, birgə əzab çəkmək, sevinmək, ümid etmək, bunlar ümumi gömrük və sərhədlərdən də önəmlidir; irq və dil fərqindən asılı olmayaraq başa düşülən məhz budur. İndicə "birgə əzab çəkmək" dedim, bəli, ümumi əzab insanları ümumi sevincdən daha çox birləşdirir..."
T[redaktə]
- Tarixçinin istedadı yalnız yarısı doğru olan hissələrdən həqiqi bir bütöv yaratmaqdır. [2]
- Tarixinin səhv yazılması bir millət olmağın parçasıdır.
V[redaktə]
- Vay o kəsin halına ki, bəşəriyyətin tərəqqisi üçün faydasız olur!
|