Əlaqə

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ayrıldığın adamla görüşdüyün adam arasında hansısa qəribə bir əlaqə var. Aleksandr Düma (ata)

B[redaktə]

  • Bəli. Sərbəst ölkənin fərdləri arasında həmrəylik əsasdır. Bir azad olmayan yerlərə baxın. Orada fərdlər və ailələr ayrı-ayrı yaşayırlar, aralarında əlaqə və münasibət çox azdır… Burada əsas məsələ ayrılıqdır, eqoizmdir. Vətəndaşlar bir-birinə yaddır; hər kəs başqasına laqeyddir. Belə bir cəmiyyətin fərdlərini əzmək asan olduğu kimi, cəmiyyət özü də cansız, qansız əsgi parçası kimi atılıb tutulur, oyuncağa çevrilir.[1] Əhməd bəy Ağaoğlu
  • Bitən sevgidən sonra bir başqasıyla başlayan şeyin adı əlaqə yox, ziddiyyətdir. Pablo Neruda
  • Biz özümüzü evlərimizin və əşyalarımızın təsirindən kənarda və hətta üstün olan bir fərd hesab edirik. Amma onların arasında, eləcə də onlarla bizm aramızda incə bir əlaqə var. Bu əlaqə əşyaların bizi, bizim isə əşyaları əks etdirməyimizə imkan verir. İnsanlar və əşyalar bir-birilərinə üstünlüklərini, incəliklərini və güclərini xəbər verirlər: gözəllik və ya bunun əksi dəzgahdakı məkik kimi bir-birinə qarışır. İnsanı onun üçün xarakterik və ona məxsus olan əşyadan aralaşdırın və siz görəcəksiniz ki, qarşınızda hüquqları, imtiyazları qaytarılmayana qədər özünə gələ bilməyən, torsuz hörümçəyi xatırladan nə xoşbəxt, nə də bədbəxt görünən bir fiqur dayanacaq. Teodor Drayzer

C[redaktə]

  • Camaatdan kənara çəkilmək, onları tanımağın həddi ilə əlaqəlidir.[2] Həsən əl-Əskəri
  • Cinsi əlaqə; mahnı oxuyarkən ölümün qıçına ayağını basmaqdır. Çarlz Bukovski

İ[redaktə]

N[redaktə]

  • Nikah zaman keşdikcə möhkəmlənə bilən yeganə əlaqə formasıdır. Emil Alen

Ö[redaktə]

  • Özünüzün intellektual rəqibləriniz ilə sıx əlaqə saxlayın. Ceyms Uotson

P[redaktə]

  • Pul və insan arasındakı qarşılıqlı əlaqəsi belədir: İnsan pulun saxtasını edər, pul da insanın. Bencamin Franklin

Ş[redaktə]

  • Şərq təsəvvüfünün Kainatı bir xəyaldır. Özü ilə öz işi arasında əlaqə qurmağa çalışan fizikdən kənara çıxıb. Stiven Hokinq

Y[redaktə]

  • Yuxarı və aşağı siniflər arasındakı düzgün əlaqə, onlar arasındakı qarşılıqlı təsir, insan növünün yaxşılaşmasının dayandığı həqiqi təməldir. Yuxarı siniflər bəşəriyyətin böyük və bütöv düşüncəsini təşkil edir; aşağı siniflər onun əzalarını təşkil edir; birincisi düşüncə və dizayn, ikincisi icra hissəsidir. İohann Fixte

İstinadlar[redaktə]

  1. "Sərbəst insanlar ölkəsində" kitabından səhifə 201
  2. Biharul-Ənvar, c. 70, səh. 111, hədis 14