Kənd
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Abadan kənd tüstüsündən bilinər. Azərbaycan atalar sözləri/A
- Ağıllı yaşayış yeri kəndlərin və harmoniyada işləyən şəhərin inteqrasiya olunmuş ərazisidir və kənd və şəhər fərqinin incə xəttə qədər azaldığı yerdir. Abdul Kalam
B
[redaktə]- Bacın, qardaşın səndən şübhələnsə, bütün kənd şübhələnəcək. Vyetnam atalar sözləri
- Bilinməyən, sirr, xəyali, mifik, möcüzəvi, inanılmaz və hətta dəhşətli olanı aşkar, sadə və sağlam olandan üstün tutmaq cəhalətə xasdır. Həqiqət heç vaxt təxəyyülü mövhumatlar qədər güclü şəkildə sarsıtmaz ki, hər kəsin özünə uyğunlaşdıra bilər. Adi insanlar nağılları dinləməyi hər şeydən üstün tuturlar. Kahinlər və qanunvericilər dinlər uydurur və bu nağıllardan sirlər çıxarırlar. Onlardan adi insanların xarakterinə, xasiyyətinə uyğun istifadə edirdilər. Adi camaatın bu meylinə görə keşişlər, şəriət və qanunvericilər vəcd həvəskarlarına, qadınlara və cahillərə bağlandılar. Bu məzmunda olan insanlar tədqiq edə bilmədikləri fikirləri asanlıqla qəbul edirlər. Saflıq və həqiqi sevgi ancaq təxəyyüllərini araşdırma və düşünməklə təşkil edən müəyyən insanlarda olur. Bir kəndin sakinləri heç vaxt öz keşişindən latın dilini dini nitqlərinə həddən artıq qarışdırdıqda ondan məmnun olmurlar. Cahillər, başa düşmədikləri şeylərdən danışan hər kəsi çox alim hesab edirlər. Bu, qəbilələrin sadəlövhlük prinsipi və onlara rəhbərlik iddiasında olanların təsir və hökmranlığıdır. Pol Anri Holbax
- Bir kənd bütöv qohum olunca, hər kənddə bir qohum olması yaxşıdır. Adıgey atalar sözləri
Ç
[redaktə]- Çörəksiz ev olmaz, köpəksiz kənd. Azərbaycan atalar sözləri/Ç
D
[redaktə]- "Dəyişmərəm bir kəndimi,
Yüz Parisə, min Londona."[1] Rəhim Alxas - Dovşan feyz alanda kənd qırağında gəzər. Azərbaycan atalar sözləri/D
G
[redaktə]- Görünən kənd bələdçi istəməz. Azərbaycan atalar sözləri/G
İ
[redaktə]- İlahiyyat elmdir, lakin bu elmə nə qədər elmlər sığışıb! İnsan bir çox hissələrdən ibarətdir, lakin onu hissələrə ayırsan, hər bir hissə ayrılıqda insan ola bilərmi? Baş, ürək, damar, damarın hər parçası, qan, qanın hər damlası? Şəhər, yaxud kənd uzaqdan şəhər, yaxud kənd kimi görünür, lakin yaxına gələndə evləri, ağacları, yarpaqları, otu, qarışqanı, qarışqanın ayaqlarını, beləcə sonsuzluğa qədər minlərlə detalı görürsən. Və bütün bunlar "kənd" anlayışına daxildir. Blez Paskal
K
[redaktə]- Kampunq yanar - tüstüsü görünər, ürək yanar - heç nə görünməz. (Kampunq - kənd, qəsəbə) İndoneziya atalar sözləri
- Keyf sənin, kənd kovxanın. Azərbaycan atalar sözləri/K
- Kənd bir ovuc qəhrəmandan deyil, bir çox fərddən yaranır. Çinua Açebe
P
[redaktə]- Partiya təlimatçılarımızın işini sərt tənqid əsasında düzgün qura bilsək, bütün kommunistləri, komsomolçuları, kolxozçuları birləşdirə bilsək, yaxşı, yaradıcı, canlı, bolşevik fəaliyyət nümayiş etdirsələr, sizi əmin edə bilərəm Ki, inkişaf mərhələmizdə indiki zamanda kənd yerlərində möcüzələr yarada biləcəyik. Sergey Kirov
U
[redaktə]- Uşaq böyütmək üçün bir kənd lazımdır. Nigeriya atalar sözləri
İstinadlar
[redaktə]- ↑ Rəhim Alxas. "Xınalıq" (poema), Vətən təranələri. Bakı, "Elm", 1990, səh. 69.