Məzmuna keç

London

London
Alice Maud Fanner, "Hyde Park"

London — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, həmçinin İngiltərənin paytaxtı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bu şəhərdə ilkin və inanılmaz dərəcədə yeni bir-biri ilə toqquşur - həyasızcasına yox, amma heç bir hörmət olmadan. Bu, mağazalar və ofislər, restoranlar və qocalar evləri, parklar və kilsələr, heç kimin fərqinə varmadığı abidələr və heç də saraylara bənzəməyən saraylar şəhəridir; heyrətamiz adları olan yüzlərlə unikal rayondan ibarət bir şəhər <…>. Turizmlə yaşayan və turistlərə xor baxan səs-küylü, çirkli, şən, narahat bir şəhər; küçələri genişləndirmək və piyadalarla nəqliyyat vasitələrini barışdırmaq üçün beş yüz illik qızğın cəhdlərə baxmayaraq, son üç əsrdə nəqliyyatın orta sürətinin bir zərrə də artmadığı bir şəhər <…>. Londonda zamanın dayandığı, heç bir şeyin dəyişmədiyi yerlər var. Bu, kəhrəba rəngindəki hava qabarcıqları kimidir. <…> Şəhər çox uzun müddətdir mövcuddur. Keçən zaman isə harasa getməlidir. Dərhal yox olmur. Nil Qeyman
  • Əgər sən Londondan yorulmusansa, deməli sən həyatdan yorulmusan. Samuel Conson
  • Əgər təcrübə, öyrətmək qabiliyyətinə malik olsaydı, o vaxt London küçələrinə döşənmiş daşlar ən müdrik adamlardan belə ağıllı olardılar. Corc Bernard Şou
  • London bizə qanunlar, müharibələr və fahişələr təqdim edir. Lakin "fahişələr" dedikdə, onlar kral qubernatorlarını nəzərdə tuturdular. Edvard Rezerford
  • Londonla bağlı ən kədərlisi duman deyil, mənəviyyatdır. Xulio Kamba
  • Mən son otuz ildir Londonda gəzirəm və hər gün onun haqqında yeni bir şey tapıram. Uolter Besant

İstinadlar

[redaktə]
  1. Rəhim Alxas. "Xınalıq" (poema), Vətən təranələri. Bakı, "Elm", 1990, səh. 69.