Məzmuna keç

Qüvvə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıla qarşı çıxa bilən yeganə qüvvə hissdir. Blez Paskal
  • Almastı sevinir ki, itlər onu adam bilib üstünə hürür. (Almastı - fantastik şər qüvvə, ifritə) Adıgey atalar sözləri
  • Amerikada Prezident dörd il hökmranlıq edir və jurnalistika əbədi olaraq idarə edir. Xoşbəxtlikdən, Amerikada jurnalistika öz nüfuzunu ən kobud və ən qəddar ifrat həddə çatdırdı. Təbii nəticə olaraq o, üsyan ruhu yaratmağa başlayıb, insanlar öz xasiyyətlərinə uyğun olaraq bundan əylənir və ya ondan iyrənirlər. lakin o, artıq real qüvvə deyil. Ciddi müalicə olunmur. İngiltərədə jurnalistika, bir neçə tanınmış hal istisna olmaqla, bu qədər vəhşilik həddinə çatdırılmamış, hələ də böyük amil, diqqətəlayiq gücdür. İnsanların şəxsi həyatı üzərində tətbiq etməyi təklif etdiyi tiranlıq mənə olduqca qeyri-adi görünür. Oskar Uayld
  • Artıq heç kim gözlərini yumaraq yaşamaq, əldə etdiyi ilə kifayətlənmək istəmir. İnsanlar asan qazanc əldə etməyi düşünürlər. Nəticəsi isə budur: keçmiş mənəvi əsaslar dağılır və bu prosesi dayandıra biləcək heç bir qüvvə yoxdur. Rəşad Nuri Güntəkin
  • Bədii ədəbiyyatın tərbiyəvi əhəmiyyəti olduqca böyükdür. Ona görə ki, bədii ədəbiyyat fikrə və hisslərə eyni vaxtda və eyni qüvvə ilə təsir edir. Maksim Qorki
  • Birləşmiş qüvvə daha güclüdür. Latın atalar sözləri
  • ...bütün insan resursları tükəndikdə, ilahi qüvvə insanlara yeni yollar göstərir. Jül Vern
  • Dünya qüvvələrindən daha böyük qüvvə vardır: O Vaxtı gəlmiş ideyadır. Viktor Hüqo
  • Dünyanı ilahi qüvvə idarə edir (Stoiklərin fikri). Mark Tulli Siseron
  • Elə də əhəmiyyətli olmayan mövzular haqqında qərar verəndə baş verə biləcək bütün mənfi və müsbət halları nəzərdən keçirməyi həmişə faydalı hesab etmişəm. Ancaq iş və ya həyat yoldaşı seçimi kimi həyati məsələlərdə verilən qərarların daxilimizdən qeyri-şüuri şəkildə gəldiyinə inanıram. Məncə, həyatda bu cür vacib qərarlar verdiyimiz vaxt bizi yönləndirən qüvvə insan təbiəti üçün zəruri olan ən dərin ehtiyaclardan biridir. Ziqmund Freyd
  • "Elmdən əvvəlki günlər" adlandırdığımız dövrlərdə insanlar yuxuların yozulmasında heç də çətinlik çəkmirdilər. O vaxtlar yuxular cinşeytan kimi xəbis ruhların, yaxud mələkTanrı kimi müqəddəs qüvvələrin ifadə tərzi kimi qəbul edilirdi. Ancaq elmi düşüncənin yaranması və yayılması ilə birlikdə bu mitalogiya psixologiya ilə əvəz olundu. Müasir dövrümüzdə yuxunun insanın ruhi fəaliyyət olduğundan şübhələnən savadlı şəxslərin sayı çox azdır.[1] Ziqmund Freyd
  • Elmi fikirlər beyinə dəmir mismarlar kimi yeridilməlidir ki, onları oradan heç bir qüvvə çıxara bilməsin. Deni Didro
  • Əgər diqqətlə yanaşsaq, görərik ki, insanları hərəkət etməyə məcbur edən əsas hərəkətverici qüvvə şəhvətpərəstlik və şöhrətpərəstlikdir. İkinciyə məxsus olanı birincidən alsanız, sonda hər şeyin şöhrətpərəstliyə gətirib çıxaracağını görəcəksiniz. Jan Jak Russo
  • Həyatda ən vacib şey həyatın özüdür. Həyatın məqsədi xoşbəxtlik olmalıdır. Əks halda, od kifayət qədər parlaq, hərəkətverici qüvvə kifayət qədər güclü, uğur isə tam olmayacaqdır. Teodor Drayzer
  • Hikmətlə tənzimlənməyən kobud qüvvə öz məxsusi ağırlığı altında məhvə məhkumdur. Horatsi
  • İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. Fridrix Nitsşe
  • Öz vətənini, öz azadlıq və istiqlaliyyətini sevən bir xalqın ruhunu məhv edəcək heç bir qüvvə yoxdur. Mixail Kalinin
  • Universitet! desək, hərdən adama elə gəlir ki, müasir universitetlərin vəzifələri yalnız təhsil haqlarını yığmaqdan və bunun müqabilində təhsil almaq haqqında diplom vermək təlabatından ibarətdir.Təəsüflər olsun ki, tələbənin – müasir dövrdə əsas aparıcı qüvvə olmasını çox adam başa düşmür. Anna Bartkulaşvili

İstinadlar

[redaktə]
  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015
  2. Blatter: Bu ənənə Azərbaycanda da davam etdiriləcək